Icma.az
close
up
RU
Tramp cavab atəşi ilə “susduruldu”: Hələlik sözdə

Tramp cavab atəşi ilə “susduruldu”: Hələlik sözdə

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Donald Tramp dünya ölələri üçün yei rüsumları elan edib. 

“Cebheinfo.az” xəbər verir ki, rüsumların həddən artıq çox olması ölkələrin ciddi narazılığına səbəb olub və Trampa cavab gecikməyib. Lakin cavablar loyallığı ilə diqqəti çəkib.Kanadanın Baş naziri Mark Karni ABŞ Prezidenti Donald Trampın elan etdiyi cavab rüsumlarının beynəlxalq ticarət sistemini kökündən dəyişəcəyini deyib və bununla bağlı əks tədbirlərlə mübarizə aparacağına söz verib.

“Prezident Tramp indicə beynəlxalq ticarət sistemini kökündən dəyişdirəcək tədbirləri açıqladı”, – Kanada mediası Karninin sözlərindən sitat gətirib.

İsveçin Baş naziri Ulf Kristersson sosial mediada ölkəsinin "azad ticarət və beynəlxalq əməkdaşlığı müdafiə etməyə davam edəcəyini" yazib: 

"Azad sahibkarlıq və rəqabət Qərbin uğurunun əsasını qoydu.  Buna görə də mən ABŞ-nin daha yüksək tariflərlə ticarəti məhdudlaşdırmaq üçün tutduğu yola dərin təəssüflənirəm”. 

Avstraliyanın Baş naziri Entoni Albanese mətbuat konfransı zamanı Trampın tariflərinin gözlənilməz olmadığını, lakin onların tamamilə “əsassız” olduğunu bildirib:

“Prezident Tramp cavab rüsumlarından bəhs etdi. Cavab tarifi 10% yox, sıfır olacaq. Administrasiyanın tarifləri məntiqə əsaslanmır və ölkələrimiz arasında tərəfdaşlıq prinsiplərinə ziddir. Bu, dostluq hərəkəti deyil".

Yeni Zelandiyanın ticarət naziri Todd Maklay ABŞ-nin tariflərinin ölkə ixracatçılarına təsir edəcəyini, bəzilərinin başqa bazarlara baxa biləcəyini söyləyib.Onun sözlərinə görə, Yeni Zelandiya ABŞ-yə qarşı cavab rüsumları tətbiq etmək niyyətində deyil:

"Bu, Yeni Zelandiya istehlakçıları üçün daha yüksək qiymətlərə səbəb olacaq və bu, inflyasiyaya səbəb olacaq".

Meksikanın Baş naziri Klaudiya Şeynbaum Trampın tariflərinə cavab verəcəyinə söz verib.İrlandiyanın Baş naziri Maykl Martin sosial mediada yayımlanan videoda İrlandiyanın Avropa İttifaqı ilə birlikdə "bu tariflərdən gələn zərəri məhdudlaşdırmaq üçün ABŞ ilə danışıqlar yoluna keçmək" üçün çalışacağını bildirib.

Danimarkanın xarici işlər naziri Lars Lokke Rasmussen hesab edir ki, qoyulan rüsumlardan heç kim faydalanmayacaq.Norveçin ticarətvə sənayenaziri Sesili Mirset deyib:

“Bu, ciddi bir gündür və indi bunun Norveç üçün nə demək olduğu barədə ümumi təsəvvür əldə etməliyik". 

Xəzər
“Cebheinfo.az”

 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 03 Aprel 2025 12:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see506

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see315

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see305

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see252

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see252

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see238

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see238

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see236

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see233

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see227

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see224

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see224

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see219

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see214

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see210

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see201

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see200

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see197

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see196

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri