Icma.az
close
up
RU
İrəvan kəndləri də Azərbaycana qaytarır: Əks halda, sülh olmayacaq

İrəvan kəndləri də Azərbaycana qaytarır: Əks halda, sülh olmayacaq

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanın bu ölkənin ərazisindəki anklavlarını-Sofulu, Barxudarlı, Yuxarı Əskipara və Kərki kəndlərini təhvil verməyə hazırlaşır.

Bu barədə Ermənistanın “Respublika Meydanı” teleqram kanalı məlumat yayıb.

Kanal məsələ ilə bağlı Paşinyandan sitat gətirib: “Azərbaycanın bizim nəzarətimizdə olan suveren əraziləri (anklavlar) var, bu məsələ demarkasiya prosesində öz həllini tapmalıdır”.

“Respublika Meydanı” hesab edir ki, Ermənistan Azərbaycanın Tavuş və Araratdakı anklavlarını Bakıya verməyə hazırlaşır. Mənbənin fikrincə, bununla Ermənistan-Gürcüstan və Ermənistan-İran yolları Azərbaycanın nəzarətinə keçəcək.

“Paşinyan və komandası “Tramp yolu”nu, əslində isə Zəngəzur dəhlizinin, yaxud Sünikin (Qərbi Zəngəzur) açarlarını ABŞ və Türkiyə-Azərbaycan tandeminə verir. Sünik bundan sonra tamamilə Azərbaycan mövqeləri və səngərləri ilə əhatə olunacaq. Paralel olaraq, Ermənistanın İranla əlaqəsi kəsiləcək”,- deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, avqustun 8-də ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanmasından sonra işğal altında qalmış dörd kəndin qaytarılması gözləniləndir. Böyük ehtimalla yekun sülh müqaviləsi imzalanana qədər  Ermənistan qoşunları işğal altındakı anklavlardan çıxarılacaq. Azərbaycan və Ermənistan liderlərinin sülh sazişinin Ağ Evdə imzaladığı ilkin mətnində  ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığına dair konkret maddələr var. Belə ki, qarşılıqlı razılaşmaya əsasən, Azərbaycan və Ermənistan bir-birinin suverenliyini, ərazi bütövlüyünü, beynəlxalq sərhədlərinin toxunulmazlığını və siyasi müstəqilliyini tanıyır, hörmət edirlər. 

Sazişin 2-ci maddəsində isə qeyd edilir ki, tərəflər bir-birinə qarşı hər hansı ərazi iddialarının olmadığını və gələcəkdə belə iddialar qaldırılmayacağını təsdiq edirlər.  “Tərəflər digər tərəfin ərazi bütövlüyü və ya siyasi birliyini tamamilə və ya qismən parçalamağa yönəlmiş hər hansı bir hərəkətə, o cümlədən belə hərəkətlərin planlaşdırılmasına, hazırlanmasına, həvəsləndirilməsinə və dəstəklənməsinə yol verməyəcəklər”,-deyə sənəddə göstərilir.

Bundan başqa, Azərbaycan və Ermənistan 3-cü maddədə bir-biri ilə qarşılıqlı münasibətlərdə ərazi bütövlüyü və ya siyasi müstəqilliyə qarşı,  BMT Nizamnaməsinə zidd olan hər hansı bir digər formada güc tətbiq etməkdən,  yaxud güc tətbiq etməklə hədələməkdən çəkinəcəkləri barədə razılaşma əldə ediblər. 

Azərbaycanın Ermənistana qarşı hər hansı ərazi iddiasının olmadığını nəzərə alsaq, bu sazişin icrası ilə bağlı əsas öhdəlik Ermənistanın üzərinə düşür. Çünki Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası qalmaqdadır. Eləcə də, Ermənistan Azərbaycanın dörd yaşayış məntəqəsini işğal altında saxlayır. Bu da öz növbəsində, paraflanmış sülh sazişinə ziddir. Ona görə də Ermənistan qısa müddətdə öz qoşunlarını həmin ərazilərdən çıxarmalı və Sofulu, Barxudarlı, Yuxarı Əskipara və Kərki kəndlərini Azərbaycana qaytarmalıdır.

Ermənistan qoşunlarının çıxarılması məsələsinə sərhədlərin delimitasiyası çərçivəsində baxılması barədə razılaşma əldə olunsa da, bu prosesin uzun müddət sürəcəyi gözlənilmir. Çünki ortada işğal faktı var. Bu isə sülh prosesinə ziddir. Ermənistanın kəndləri nəzarətdə saxlamaq cəhdi müharibə riski yaradır və yekun sülh müqaviləsinin imzalanmasına mane ola bilər. Qeyd edilən səbəbdən yaxın müddətdə anklavların Azərbaycana qaytarılacağı gözlənilir. Kəndlərin yerləşdiyi ərazidən keçən sərhəd xəttinə gəlincə, bu, Azərbaycan və Ermənistan arasında delimitasiya və demarkasiya komissiyalarının müzakirələri çərçivəsində müəyyənləşəcək. 

İşğal altındakı dörd kəndin qaytarılmasını zəruri edən digər vacib səbəb adları çəkilən yaşayış məntəqələrinin nəqliyyat-kommunikasiya marşrutlarının üzərində yerləşməsi ilə bağlıdır. Belə ki, hələ SSRİ dövründə fəaliyyət göstərən Bakı-İcevan dəmir yolu xətti Barxudarlı və Sofulu stansiyalarından keçirdi. Həmin kəndlərin işğalına son qoyulmadan Azərbaycanla Ermənistan arasında mühüm dəmir yolu marşrutlarından biri açıla bilməz.

Yuxarı Əskipara kəndi isə Ermənistan-Gürcüstan avtomobil yolunun üzərində yerləşir. Azərbaycanın qərb hissəsi ilə Naxçıvan MR arasında nəqliyyat əlaqəsini təmin edəcək “Tramp marşrutu”nun açılması bölgədə sabitliyin təmin olunmasını tələb edir. Bu baxımdan, Kərki kəndinin işğalına son qoyulması çox vacibdir. Eyni zamanda, Kərki kəndi Ermənistanın şimalını İran sərhədi ilə əlaqələndirən Şimal-Cənub magistral yolunun yaxınlığında yerləşir.

Paşinyan hökuməti əvvəllər bu kəndin qaytarılmasını Ermənistanın şimalı ilə cənubi birləşdirən yolu bloklaya biləcək təhlükə hesab edirdisə, indi əks mövqedən çıxış edərək “Sülh kəsişməsi” layihəsinin reallaşması imkanı kimi nəzərdən keçirir. 

Müşfiq Abdulla
"Cebheinfo.az"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:236
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 22 Avqust 2025 12:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri