Icma.az
close
up
RU
Politoloq: Paşinyan erməni cəmiyyətinə Azərbaycanla əməkdaşlığı uğur kimi göstərir

Politoloq: Paşinyan erməni cəmiyyətinə Azərbaycanla əməkdaşlığı uğur kimi göstərir

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Yükdaşımalar sülh müqaviləsindən sonra daha etibarlı olacaq


Samir Hümbətov: “Kommunikasiyaların tam açılması üçün beynəlxalq təminat vacibdir”


Regionda kommunikasiya və ticarət əlaqələrinin inkişafı, həmçinin Ermənistan-Azərbaycan münasibətlərindəki dəyişikliklər diqqət mərkəzindədir. Baş nazir Nikol Paşinyan Rusiya taxılını daşıyan qatarın Azərbaycan və Gürcüstandan keçməklə Ermənistana gəlməsini tarixi və mühüm hadisə adlandırıb. O, Ermənistanın Marqaradan Kornidzora və əks istiqamətdə Azərbaycandan Türkiyəyə və Türkiyədən Azərbaycana yük qatarlarının tranzitini təmin etməyə tam hazır olduğunu bildirib. 


Politoloq Samir Hümbətov Sherg.az-a Paşinyanın kommunikasiya vasitələrinin açılması və yükdaşımaların həyata keçirilməsi ilə bağlı mövqeyini şərh edib: 

"Paşinyanın bu fikri onu ən çox sevindirən məqamın nə olduğunu göstərir. Artıq o, erməni cəmiyyətinə rahatlıqla mesaj verə bilir ki, təkcə müharibəni dayandırmayıb, həm də rəsmi Bakı ilə elə bir şərait yaradıb ki, öz məhsullarını, hətta Rusiyadan və Qazaxıstandan gələn yüklərini Azərbaycan üzərindən tranzit şəkildə daşıya bilirlər. O bunu bir uğur kimi qiymətləndirir. Həmçinin başqa bir mesaj da var. O demək istəyir ki, əgər Azərbaycan və Türkiyə istəsə, Ermənistandan öz yüklərini daşıya bilər. Paşinyan kommunikasiyaların tədricən açılma imkanlarını görür və bunu qabardır. Ola bilər ki, bu mərhələdə yük daşınmasında problem olmasın. Amma bunun etibarlı olub-olmaması sual altındadır. Dəhlizin rəsmi şəkildə açılması daha məqsədəuyğun olar. Bu məsələlər sülh müqaviləsindən sonra daha rahat həll oluna bilər".


Ekspert təminat məsələsinin yalnız Ermənistanla həll oluna bilməyəcəyini söyləyib: 

"ABŞ və Türkiyənin təminatı olmadan bu yüklərin qarşılıqlı şəkildə daşınması o qədər də asan deyil. Çünki erməni cəmiyyətində Azərbaycana qarşı aqressiya hələ də bəzi kəsimlərdə qalır.

Paşinyanın bu istiqamətdə istəkləri var, amma qeyd etdiyim məsələlər üzrə suallar tam cavablandırıldıqdan sonra biz bunu daha rahat həll edə bilərik".


Banuçiçək Kalbalıyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:53
embedMənbə:https://sherg.az
archiveBu xəbər 06 Noyabr 2025 17:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see161

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see161

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see160

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see156

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see151

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see149

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see144

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see137

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see126

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri