Icma.az
close
up
RU
Статья не опубликована
Paşinyan Makrondur, Makron Paşinyan Sahib Alıyev DƏVƏT ÜZRƏ yazır

Paşinyan Makrondur, Makron Paşinyan Sahib Alıyev DƏVƏT ÜZRƏ yazır

Aznews.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ermənistan baş naziri Nikol Paşinyanın ABŞ-yə beş günlük səfərinin ardından “böyük bacı”larnı ziyarət etməsi səbəbsiz deyil. Xatırlayırsınızsa, ötən il dekabrın 7-də Notr-Dam kilsəsinin bərpadan sonra açılışı zamanı sevimli Makronları Paşinyanla Gürcüstanın eks prezidenti Zurabişvilini Trampla görüşdürmüşdü. Burada da məqsəd təbii ki, onların ABŞ-nin yeni rəhbərliyinə çıxışlarını və Ağ evlə Yelisey sarayının Bayden dönəmindəki kimi bizim regionda pozucu sinxron fəaliyyətlərinin davamını təmin etmək idi. Çox güman ki, elə həmən görüş zamanı da Makron Trampdan Paşinyanla Zurabişvilni andiçmə törəninə çağırmasını təvəqqe etmişdi. Zurabişvili çağrıldı, Paşinyan isə yox.

Bunu görən Paşinyan elə özünün də, Trampın da hakimiyyətə gəlmələrində az rol oynamayan yevangelistlərin dəstəyi ilə ABŞ Prezidenti ilə görüşə növbəti cəhd etdi və mahiyyətcə təqribən Parisdəki tədbirə bənzəyən, yəni eyni sivilizasiyaya bağlılğın qabardıldığı Beynəlxalq Dini Azadlıq Sammitinə qatılmaq üçün Vaşinqtona üz tutdu. Ancaq nə bu sammit çərçivəsində, nə də ikili formatda Prezident Tramla görüşə bildi.

Onun ABŞ-nin vitse-prezidenti Ceyms Devid Venslə görüşü isə sırf formal xarakter daşıdı. Bu görüş haqda sadəcə Ermənistanın açıqlama yayması, orada ancaq ABŞ bayrağının olması qarşı tərəfin bu haqda bir kəlmə bildirməməsinin özü artıq çox şey deməkdi.

Bu, ilk növbədə o demək idi ki, Paşinyan Vaşinqtondan Bayden adminstrasiyası dönəmindəki dəstəyi ala bilməyəcək.

Görünür, o, Vaşinqton səfəri haqda təəssüratlarını bölüşmək, eləcəcə də Baydendən sonra yaranmış dəstək boşluğunun necə doldurulacağıyla bağlı məsləhət almaq məqsədilə Yelisey sarayına yollanıb.

Paşinyan-Makron görüşündə guya Azərbaycanla Ermənistan arasında sülh gündəliyindən bəhs edildiyi, sərhədlərin delimitasiyası prosesinə, regional kommunikasiyaların blokadasının açılmasına toxunulmasıyla bağlı deyilənlərin isə bir qara qəpik belə qiyməti yoxdur.

Birinisi ona görə ki, Fransa bu regionda sülhdə qətiyyən maraqlı deyil.

İkincisi, Paşinyan da nə qədər sülh göyərçinliyi etsə də, məqsədi rəqibləri kimi revanşizmidir.

Bunu onun Vaşinqtonda olarkən ABŞ məhkəməsinin korrupsiyada ittiham edərək haqqında 12 illik həbs qərarı çıxardığı Menendesin əqidə yoldaşları senator Rocer Uiker, konqresmenlər Endi Harris, Frenk Pallone və Riçard Hadsonla görüşləri də təsdiqləyir. Məhz həmən görüşdən sonra bir neçə muzdla haylara çalışan konqresmenlər o sıradan da Frenk Pallone “hərbi cinayətlər” törətməkdə suçlandırdılqarı Azərbaycana qarşı tədbir görmək, keçmiş “miatsum”çu rejimin başında duranların azad edilməsi, hayların Qarabağa qaytarılması tələbini səslənidirdilər.

Və bununla bağlı ABŞ-nin yeni dövlət katibi Marko Rubioya çağırış etdilər. Paşinyanın kimliyini, əsl niyyətinin nədən ibarət olduğunu bax, bu muzdlu hay nökərlərinin onunla görüşdən sonra səsləndirdikləri tələb açıq-aydın ortaya qoyur.

Ancaq haylarla havadarlarının nə planlaşdırmalarından asılı olmayaraq bu regionda sülh əldə edilcək və azərbaycanlılar Ermənistandakı yurd yerlərinə dönəcəklər.

Sahib ALIYEV

Redaksiyanın təqdimatı:

Sahib Eyvaz oğlu Alıyev 24.08.1964-cü ildə Qərbi Azərbaycanın Basarkeçər rayonunun Aşağı Şorca kəndində anadan olub. Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini fərqlənmə ilə bitirib. Milli Məclisin üzvü, Əməkdar jurnalistdir. 2023-cü ildə Azərbaycan Respublikasının "Şöhrət" ordeni ilə təltif olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:45
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 11 Fevral 2025 15:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see413

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see279

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see227

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see205

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see180

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see170

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see161

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see161

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see161

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see146

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see141

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see140

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see140

İraqdan Hizbullah və husilərlə bağlı şok qərar: Maliyyə hesabları donduruldu

04 Dekabr 2025 19:19see137

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see133

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see131

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see131

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see128

Bakıda vəkilə hücum etdilər Anar Bağırov münasibət bildirdi

04 Dekabr 2025 19:27see122

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri