Icma.az
close
up
RU
Menu

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

Qol vurdu, “ən yaxşı” oldu

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

Yaponiyada ayı xarici turistə hücum ETDİ

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

E vitamini ilə zəngin 5 məhsul

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

Paşinyan Moskvaya körpü salmağa gedir

Paşinyan Moskvaya körpü salmağa gedir

Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Müasir Avrasiya geosiyasi dramının paradoksal səhnələrindən biri yaşanır. Bir zamanlar "erməni demokratik baharının qəhrəmanı" kimi qələmə verilən, "Rusiya imperiya irsi"nə qarşı mübarizənin bayraqdarına çevrilmiş bir Nikol Paşinən indi İkinci Dünya Müharibəsindəki Qələbə Gününü, 9 Mayı qeyd etmək üçün Moskvaya yollanır. Həmin gün o, hələ bir neçə il əvvəl xalqı həmin qüvvələrə qarşı küçələrə çıxarmağa çağırdığı liderlərlə eyni tribunda dayanacaq. Əlində yasəmən çiçəyi, ürəyində ümidsiz siyasi alverin döyüntüləri, beynində isə dağılmış "Qərb arzuları"nın uğultusu.

Fəqət bu səfərin görünəndən qat-qat dərin mənası var. Bu, sadəcə diplomatik nəzakət aktı deyil - təlatümlü siqnaldır, iflasın və məcburi təslimin rəmzidir, həm də üzü olmayan bir hökumətin, maskasını taxmağa çalışdığı regionda üzünü qorumaq cəhdidir - elə bir məkanda ki, ikiüzlülüyə yer yoxdur, və əslində, qalmayıb da.

Son iki il ərzində Paşinyan təhlükəli oyuna girdi. O, Ermənistanı qərbə - Parisin, Brüsselin və Vaşinqtonun qucağına aparacağına inanırdı. Heç olmasa bərabər müttəfiq kimi olmasa da, faydalı piyadə kimi qəbul ediləcəyini zənn edirdi. NATO ilə flört etdi, MDB ölkələrinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) sıralarında ölkəsinin fəaliyyətini dondurdu, Sankt-Peterburqa getməkdən imtina etdi, Rusiyanı açıq-açığına "hərəkətsizlikdə" və "xəyanətdə" suçladı. Ermənistan getdikcə daha çox Avropa İttifaqı sənədləri imzaladı, Fransadan silah aldı.

Paşinyan isə ABŞ-nin "Mercury" adlı PR şirkətini işə götürərək Ağ Evə "yeni Ermənistan" ideyasını satmağa çalışdı - azad, Avropa yönlü, antikafqaz orientasiyalı Ermənistan.

Halbuki ABŞ prezidenti Donald Tramp erməni bayraqları və əməkdaşlıq yalvarışlarının yanından laqeydliklə keçir. Tramp aydın mesaj verir: Ermənistan - tutacağı qopmuş çamadan kimidir. Nə resursu var, nə infrastrukturu, nə də geosiyasi dərinliyi. Üstəlik, respublikaçılar elitasının gözündə erməni diasporası artıq çoxdan solçu və demokratlara bağlı sayılır - bu isə o deməkdir ki, Tramp nə geosiyasi, nə də geoiqtisadi baxımından bu kartdan qazanc götürə bilməz. Belə olan halda isə, niyə bu mövzuya zaman sərf etsin ki...

Bir qədər əvvəl Ermənistanın öz tərəfinə çəkmək istədiyi, Avropa Komissiyasının xarici siyasət və təhlükəzlik məsələləri üzrə ali komissarı Kaya Kallas Bakıya səfər etdi. O, orada demokratiyanı və "erməni ağrısını" yox, tamamilə real məsələləri müzakirə etdi - qazı, nefti, nəqliyyat dəhlizlərini və sabitliyi. Bəli, Kallas sürəkli olaraq postlibertarian şüarlarla - "insan haqları, azad seçkilər, trasnapert və açıq cəmiyyət" kimi klişelər - çıxış edir. Fəqət o, enerji təhlükəsizliyinə daha çox inanır. Bu təhlükəsizliyin açarı isə - Azərbaycandır. Ermənistan isə sadəcə problemdir. Paşinyan bunu çox gec anladı.

Artıq Ermənistanın arxasında "Amerika örtüyü" yoxdur. Avropa praqmatizmə keçib. Makron isə Fransadakı xaosla başı qatışıb. Paşinyan indi yenidən dönür - özü uzaqlaşdırmağa çalışdığı tərəfə, yəni Moskvaya. Ora artıq itaətsizlik ruhu ilə deyil, günahkar bir tələbə kimi gedir. O tələbə kimi ki, sərt, amma ədalətli müəllimin yanına qayıdır. Yeganə fərq - bu müəllim artıq çoxdan bütün sentimentallığını itirib.

Rusiya xəbərdarlıq etmişdi. Dəfələrlə. Son iki il ərzində Rusiya Xarici İşlər Nazirliyi İrəvana sadə bir həqiqəti çatdırmağa çalışırdı: "Qərbin marağı - mövsümidir. Onlar sizi Rusiyaya qarşı istifadə edib, sonra unudacaqlar". Ermənistan hakimiyyəti bu çağırışlara qulaq asmadı. İndi isə - başıaşağı, dağılmış "Avropa gündəmi" ilə Paşinyan geri dönür. Ola bilər ki, onu 9 May təntənələri zamanı rəmzi tənhalıq və səssiz soyuqluq qarşılasın. Rusiya ordusu təntənə ilə təriflənəcək, Paşinyan isə - bəlkə kimsə ona baxar deyə, gözdən-gözə axtarışa çıxacaq.

Bu, yalnız Ermənistana yox, ikili oyun oynamaq istəyən bütün postsovet ölkələrinə sərt siqnaldır. Moskva həmişəlik barmaq arasından baxmayacaq. Artıq çox şey toplanıb - Paşinyanın Rusiya bazaları haqda şikayətlərindən tutmuş, KTMT-dən çıxmaq bəyanatlarına və Rusiya sülhməramlılarını ittiham etməsinə qədər. Buna görə də Moskva Paşinyanı rəsmi, amma rəmzi olaraq soyudulmuş qəbul ilə qarşılaya bilər - nə qucaqlaşma, nə tostlar, nə də samimi baxışlar. Yalnız soyuq əl sıxma və diplomatik protokolun kölgəsində gizlənən dərin ikrah.

Paşinyanın əsas problemi - onun səhv etməsində deyil. Onun heç vaxt strategiyası olmayıb. O - "ani siyasətçi"dir. Reaksiya verir, amma qabağı görmür. Danışır, amma heç bir məramı reallaşdıra bilmir. Uzunmüddətli düşüncə yoxdur - yalnız emosiyalar, qısamüddətli faydalı sövdələşmələr və güclüyə xoş gəlmək cəhdləri. Amma belə bir yanaşma siyasətdə işləmir - xüsusən də burada, Cənubi Qafqazda, harada ki qalib olan - təzyiqə dözə bilən və sabitliyi təmin edə biləndir.

Paşinyan Ermənistan daxilindəki ideoloji revanşizmin girovuna çevrilib. Onun Azərbaycanla sülh ritorikası - miflər, şovinizm və siyasi fobiyalarla hörülmüş divara çırpılır. Ordunu islah edə bilmir, Qarabağ mifini dağıda bilmir, ölkəni regional sistemə inteqrasiya edə bilmir. Çünki onun arxasında hələ də dünyanın hər guşəsində düşmən görənlər dayanır. Bu revanşizm Ermənistanı toksik edir. İrəvanın siyasi, iqtisadi və nəqliyyat baxımından Cənubi Qafqazın bir hissəsinə çevrilməsinə mane olur.

Qərb isə Ermənistana tərəfdaş yox, alət kimi baxır. ABŞ və ya Aİ-dən heç bir lider İrəvanı "əvəzolunmaz" adlandırmaz. Ermənistan - Moskva əleyhinə arqument, bəyanat və sanksiyalar üçün bəhanə, mətbuat şouları üçün fon rolundadır. Amma orduya, iqtisadiyyata, sənayeyə bir qəpik də investisiya qoyulmur. Heç kim İrəvana təhlükəsizlik zəmanəti vermir. Heç kim Ermənistan üçün döyüşməyəcək.

Bunu Moskva anlayır. Bunu Bakı - daha artıq anlayır.

Bakıdan baxanda bu dönüş illüziyaların qanunauyğun sonu kimi görünür.

Azərbaycan dəfələrlə xəbərdarlıq etmişdi: regionun gələcəyi yalanlar, "əbədi zülm" mədəniyyəti və xarici xilaskarlara ümid üzərində qurula bilməz. Resurslara, infrastruktur üstünlüklərinə, iqtisadi potensiala və regional nüfuza sahib olan Bakı çoxdan cazibə mərkəzinə çevrilmişdi. Rəsmi Bakı siyasətini real maraqlar üzərində qurdu - erməni dərsliklərinin "türk-azərbaycanlı ekspansiyası" barədə şizofrenik fobiyalarını yox, məntiqli strateji hədəfləri əsas götürdü.

Paşinyan Qərb kartı ilə oynayanda, Bakı buna mane olmadı. Sadəcə gözlədi. Çünki bilirdi: Qərbin İrəvana sevgisi - ötəri bir haldır. Makron Yelisey sarayında istədiyini deyə bilər, amma o, heç vaxt Sünikdəki erməni mövqelərini qorumaq üçün əsgər göndərməyəcək. Almaniya islahatlar vəd edə bilər, amma pul verməyəcək. ABŞ "Qarabağ ermənilərinin hüquqları" haqqında danışa bilər, amma reallıqda Vaşinqton güclü, sabit və təminatlı tərəfdaş seçir - bu da, təbii ki, Bakı deməkdir.

İndi oyun bitdi. Yeni reallıqda Azərbaycan unikal bir mövqedədir. O, indi müşahidə edir: Paşinyan Kremlə təzimə getməyə məcburdur, özü ilə isə heç bir real təklif gətirmir. Nə Bakı ilə sülh, nə açıq kommunikasiyalar, nə də aydın strategiya var. Siyasi iradə isə ümumiyyətlə yoxdur. Bakı artıq post-münaqişə mərhələsində regionun yenidən formatlaşdırılmasına hazırdır. Amma bu mərhələyə keçid üçün bir sadə, lakin prinsipial şərt var: erməni revanşizminin kapitulyasiyası. Bu baş vermədikcə Ermənistan təkcə Moskva və Brüssel üçün deyil, ilk növbədə özü üçün yük olaraq qalacaq.

Paşinyan Moskvaya tərəfdaş kimi yox, xahiş edən kimi gedir. O, Rusiyaya sabit Ermənistan vəd edə bilməz - çünki ölkəsində vəziyyəti nəzarətdə saxlamır. KTMT məntiqinə uyğun davranış da vəd edə bilməz - çünki Ermənistan cəmiyyəti radikallaşıb və hər "rus izi"ndən qorxur. O, Azərbaycanla sülhdən danışa bilməz - çünki İrəvanda hələ də "Qarabağ məsələsi" öz fiaskolarının ideoloji örtüyü kimi istifadə olunur. Kremlə ciddi gündəmlə getmək haqqı isə yoxdur - çünki portfelində yalnız uğursuzluqlar var.

Bu arada Bakı Türkiyə ilə əməkdaşlığı gücləndirir, Avropa ilə enerji tərəfdaşlığını genişləndirir, regionlara yeni nəqliyyat və loqistika üfüqləri təklif edir. Ermənistan isə komplekslərinin tələsində dövrə vurur. Azərbaycan isə yoluna davam edir - incikliksiz, pafossuz, soyuq praqmatika ilə. Zaman keçdikcə iki ölkə arasında fərq daha aydın görünür - təkcə potensial baxımından deyil, həm də siyasi yetkinlik səviyyəsində.

Paşinyanın Moskvaya səfəri - yenidən yükləmə yox, onun kursunun təslim olmasının rəmzidir. Bu, "böyük Qərb"in Ermənistanı qurtaracağı, silahlandıracağı və "əbədi qurban" statusu verəcəyi ilə bağlı illüziyanın dağılmasının açıq etirafıdır. İndi yalnız iki yol qalır: ya reallığa dönmək, ya da gündəmdən silinmək. Əgər İrəvan doğrudan da gələcək istəyirsə, onda yeganə çıxış yolu - Bakı və Ankara ilə masa arxasında oturmaqdır. Qorxudan yox, alternativin olmadığını dərk etdiyinə görə.

Bunu Rusiya anlayır. Azərbaycan - daha artıq. Bəs, Paşinyan özü bunu anlayırmı?

Ona hər şey verildi: zaman, meydan, hətta səbr. Amma "ani siyasətçilər" tarix qura bilməzlər. Onlar yalnız tarixdə birtəhər sağ qalmağa çalışırlar. Əgər Paşinyan Ermənistanı öz keçmişinin caynağından çıxarmaq cəsarətini tapmasa, ölkəsinin gələcəyi İrəvanda yox, Moskva, Bakı və Ankara kabinetlərində müəyyən olunacaq. Regional mexanizmlərə inteqrasiya olunmayan Ermənistan isə başqalarının qərarlarının əks-sədası olaraq qalacaq. Və heç bir PR şirkəti - milyonlarla dollar qarşılığında belə - bu mənzərəni dəyişə bilməyəcək.

Paşinyanın oynadığı siyasi oyun məntiqli sonuna çatdı. O, saxtakarlığa bel bağladı, emosiyalarla ticarət etdi, diasporun duyğuları, Avropa parlamentarilərinin alqışları və erməni cəmiyyətinin yorğunluğu üzərində oynadı. Amma tarix - teatr deyil. Burada sonsuz improvizasiya mümkün deyil. Elə bir an gəlir ki, artıq mətn lazımdır. Strategiya. Xəritə. Və kompas.

Onun isə bunların heç biri yoxdur.

Bakı isə hara getdiyini çox yaxşı bilir. O, nə Qərbə boylanır, nə də Şərqdən asılıdır - öz marşrutunu özü qurur: gücün quru yolları ilə, marağın dəniz dəhlizləri ilə, ağlın diplomatik kanalları ilə. Məhz bu səbəbdən Azərbaycanın siyasi çəkisi artır, Cənubi Qafqazın geosiyasi oxu isə tədricən, lakin dönməz şəkildə Bakı istiqamətinə çevrilir - hissiyyatların, miflərin və incikliklərin fövqündə durmağı bacaranların tərəfinə.

Bu yeni dünyada Ermənistanın qarşısında cəmi iki ssenari qalır. Birincisi - əbədi qarşıdurma vəziyyətindən çıxmaq, müharibənin döyüş meydanında yox, strateji təfəkkür səviyyəsində uduzulduğunu etiraf etmək və Bakı ilə Ankara ilə dialoqa başlamaq. İkincisi - Kreml və Brüssel arasında çırpınmaq, birindən xahiş etmək, digərini təhqir etmək, simasını itirmək və nəticədə - başqalarının yol çəkdiyi, geosiyasi mənası olmayan boş bir coğrafiyaya çevrilmək.

İndi isə, Moskva səmasının fonunda, 9 Mayda Qələbə Salutu səslənəcək günə az qalmışkən Paşinyan - ard-arda məğlubiyyətlər yaşamış bir ölkənin başçısı - o anlarda tribunada dayanacaq və Rusiya bayrağı altında keçən hərbçilərə baxacaq. Bəlkə də məhz həmin an o, ilk dəfə dərk edəcək: böyük dövlətlər özünü xilas etməyənləri xilas etmirlər. Onlar güclülərlə işləyirlər. Bu mənada, gələcək - Azərbaycandır, Ermənistan isə - xatirə.

Hər bir xalqın kölgədən çıxmaq imkanı var. Sual budur: İrəvanın açıq həqiqəti qəbul etməyə iradəsi çatacaqmı? Qurtuluş yolu nə Moskvanın, nə də Parisin küçələrindən keçmir. O yol - Bakıdan keçir. Dürüst sülhdən. Yalan bütlərinin dağıdılmasından.

Paşinyan bu yola başlaya bilər. Amma yalnız bir şərtlə: əgər anlayarsa ki, "ani siyasət" artıq bütün körpüləri yandırıb. İrəli aparan körpülər isə alqış üçün tikilmir. Onlar gələcək üçün qurulur. Və o gələcək - çoxdan Qərbin əlində deyil.

Gələcək - buradadır. Gələcək - bu regiondadır. Gələcək - reallıqdadır.

O, bir sadə etirafla başlayır: Cənubi Qafqazda sabitliyə aparan tək bir yol var. O yol - Paşinyanın illərlə çəkinib yaxınlaşmadığı qapıdan keçir.

Azərbaycanın qapısından.

Və o qapını döymək artıq gecdir. O qapıdan içəri girmək lazımdır. Açıq üzlə. İkiüzlülüksüz. "Mercury"siz. İllüziyasız.

Elçin Alıoğlu
Trend

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 05 May 2025 13:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see294

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see278

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see273

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see239

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see226

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see218

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see212

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see210

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see202

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see201

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see199

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see195

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see192

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see187

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see182

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see179

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see178

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see178

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see165

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri