Icma.az
close
up
RU
Paşinyan Naxçıvana gediş gəlişlə bağlı yeni təklif verib “Erməni sərhədçiləri ilə qarşılaşmadan...”

Paşinyan Naxçıvana gediş gəlişlə bağlı yeni təklif verib “Erməni sərhədçiləri ilə qarşılaşmadan...”

Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.

Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında Azərbaycanla sülh prosesi çərçivəsində sərhəd nəzarəti məsələsindən də danışıb.

O, bildirib ki, 2022-ci ildə Azərbaycan vətəndaşlarının Ermənistan ərazisindən keçərkən erməni sərhədçiləri və gömrükçüləri ilə qarşılaşmaqdan ehtiyatlanacaqları ilə bağlı səslənən fikirlərə cavab olaraq, Ermənistan hökuməti beynəlxalq praktikaya uyğun alternativ təklif irəli sürmüşdü. “O zaman biz açıq şəkildə beynəlxalq bir şirkətin cəlb olunmasını təklif etdik. Yəni, bu, müştəri ilə birbaşa işləyən “front office” modelidir. Bu təcrübə bir çox ölkələrdə tətbiq olunur. Təklif etdik, amma qəbul olunmadı və bu gün bu variant müzakirə olunmur. Amma əgər maraq olsa, biz yenə də müzakirəyə hazırıq”, - deyə Paşinyan bildirib.

Baş nazir əlavə edib ki, hazırda texnologiyalar sürətlə inkişaf edir və yaxın 5-10 il ərzində bir çox ölkələrin hava limanlarında sərhəd keçid sistemi tam avtomatlaşdırıla bilər: “Biometrik pasportların geniş tətbiqi ilə şəxs sadəcə sənədini oxudacaq və keçid prosesi texnoloji şəkildə həyata keçiriləcək. Bu zaman artıq pasportu əllə vərəqləyən və insanla ünsiyyətdə olan məmur olmayacaq. İnsan faktoru aradan qalxacaq və nəticədə korrupsiya və digər müdaxilələrin qarşısı alınacaq”.

Nikol Paşinyan sonda bildirib ki, hazırda tərəflər konkret bir variant üzərində razılaşmayıblar: “Əgər bu gün konkret bir həll variantı üzərində dayanmış olsaydıq və ya ən azı ehtimal olunan seçimi görə bilsəydim, daha dəqiq danışardım. Amma indi sadəcə olaraq, üzərində düşündüyümüz və seçim edə biləcəyimiz bir “menyudan” bəhs edə bilərəm. Hələlik yekun qərar yoxdur”.

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 16 İyul 2025 14:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Penitensiar xidmətdə dəyişiklik: iki hərbi struktur nazirliyə birləşdirildi

13 Dekabr 2025 17:36see388

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

14 Dekabr 2025 15:28see258

Sabahın havası Leysan, qar

14 Dekabr 2025 13:12see203

Azərbaycanda tanınmış tiktoker saxlanıldı Foto

13 Dekabr 2025 16:57see196

“Qarabağ bu gün Araz Naxçıvan ı sınağa çəkəcək

14 Dekabr 2025 08:37see184

Fransada XVI əsrə aid qeyri adi dar ağacı tapıldı

14 Dekabr 2025 01:26see184

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı Nazirlik hərəkətə keçdi

15 Dekabr 2025 04:21see164

Qəbələ 10 nəfərlə qaldı YENİLƏNİR

14 Dekabr 2025 15:19see154

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see146

Mayonezin gizli riskləri Həkimdən XƏBƏRDARLIQ

14 Dekabr 2025 02:37see145

Kral xalqa müraciətində nə danışıb?

13 Dekabr 2025 19:01see144

Zaxarovanın bu zarafatı gündəm oldu

13 Dekabr 2025 17:08see142

“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz Naxçıvan”a qarşı YENİLƏNİR

14 Dekabr 2025 08:06see141

Ermənistanda ARA QARIŞDI: Xocalı qatili SAVAŞ MESAJI verdi

14 Dekabr 2025 11:07see140

Almaniyada məcbur hərbi xidmət gündəmdədir, qadınlar da çağırıla bilər

14 Dekabr 2025 01:08see136

FİFA Argentinanı DÇ 2026 dan uzaqlaşdıra bilər

13 Dekabr 2025 21:23see134

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see134

İnkişaf etmək istəyirsizsə, necə belə meydançada oynayırsız? Valdas Dambrauskas

13 Dekabr 2025 19:42see133

Müharibənin sonu görünür Zelenski artıq sülh masasına hazırdır

14 Dekabr 2025 02:59see133

İllərin qəzalı binaları tarixə qovuşurlar: Sumqayıtda böyük söküntü BAŞLAYIR

14 Dekabr 2025 08:41see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri