Icma.az
close
up
RU
Menu

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

Sumqayıt ın Antalya toplanışı

İsrail bu aviabazadan personalı təxliyə edir

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

Ermənistan Naxçıvanla sərhəddə gömrük postu tikəcək

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

Mədəniyyət Nazirliyində “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib

Naxçıvana gedənləri erməni gömrükçüləri yoxlayacaq?

Naxçıvana gedənləri erməni gömrükçüləri yoxlayacaq?

Turkstan.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Zəngəzur dəhlizinin giriş-çıxışında gömrük-sərhəd rejimi üçüncü ölkələrə tətbiq olunmalıdır

Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirən dəhliz açılandan sonra vətəndaşlarımızın Naxçıvana gediş-gəlişinin necə təmin olunacağı müzakirə edilir. Təhlükəsizliyi kim təmin edəcək? Vətəndaşlarımız və daşınan yüklər yoxlanılacaqmı, əgər yoxlanılacaqsa, bunu kim edəcək? Ermənistan sərhəd xidmətinin, gömrüyünün buna aidiyyəti olacaqmı, gömrük rüsumu ödəniləcəkmi?

Azpolitika.info yazır ki, Zəngəzur dəhlizi ilə bağlı Vaşinqton razılaşması imzalansa da, bir çox detallar, texniki məsələlər hələ açıqlanmayıb. Ona görə də yuxarıda sadalanan sualların bir çoxunun cavabı açıq qalır. Ancaq Azərbaycan tərəfinin bu məsələ ilə bağlı mövqeyi aydın və bəllidir.

Rəsmi Bakı dəfələrlə vətəndaşlarımızın dəhlizlə maneəsiz və təhlükəsiz gediş-gəlişinin əsas şərt olduğunu bəyan edib. Ermənistanda isə ruspərəst və qatı millətçi müxalifət başda olmaqla, bir çoxları azərbaycanlıların Zəngəzur dəhlizi ilə gələcək maneəsiz, müstəqil hərəkətini Ermənistanın “suverenliyinin pozulması” kimi qələmə verməyə çalışırlar.

Bu mövzuyla bağlı suallara cavab verən Ermənistan xarici işlər naziri Ararat Mirzoyan bir qədər dolaşıq açıqlamalar verib. Erməni jurnalist ondan Ermənistan gömrükçülərinin Naxçıvana və əks istiqamətə gedən azərbaycanlıları yoxlayıb-yoxlamayacağını soruşub. Mirzoyan birabaşa və konkret cavab verməkdən yayınıb.

O, Zəngəzur dəhlizinə aid dərc olunmuş sənədə istinad edərək Paşinyanın açıqlamalarını təkrarlayıb: “Biz Azərbaycanın infrastrukturuna çıxış əldə edəcəyik və təbii ki, Azərbaycan da bizim infrastrukturumuza, o cümlədən Ermənistan ərazisindən Naxçıvana qoşulmaq üçün maneəsiz marşruta çıxış əldə edəcək. Bu da beynəlxalq və ölkədaxili daşımalar baxımından Ermənistan üçün qarşılıqlı fayda verəcək.

Bu infrastrukturları açmazdan əvvəl demarkasiya aparılmalı, bir tərəfdə Ermənistan bayrağı, o biri tərəfdə Azərbaycan bayrağı qoyulmalı, hansısa sərhəd-keçid məntəqəsi tikilməli, sərhəd xidməti göstərilməlidir. Bu, iki ölkənin suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyası çərçivəsində olacaq".

Beləliklə, Mirzoyanın dediklərindən dolayısı da olsa belə nəticə çıxır ki, azərbaycanlılar bu dəhlizdə maneəsiz, sərbəst hərəkət edə biləcəklər. Təbii ki, hansısa sərhəd və gömrük prosedurları müasir texnologiyalar vasitəsilə icra edilə bilər, amma bunun erməni gömrükçülərlə canlı təmasda icra olunacağı istisna ediləcək.

Bəs o zaman rentgen üsulu, yaxud hansısa müasir cihazlarla onlayn yoxlanış ola bilərmi? Yəni yüklərin canlı qüvvə təması olmadan yoxlanılması gözlənilirmi?

Qulamhüseyn Əlibəyli

Hüquq eksperti, siyasi şərhçi Qulamhüseyn Əlibəyli “Yeni Müsavat”a bildirdi ki, əslində qaldırılan sualların hamısının cavabı indi Tramp Yolu adlanan Zəngəzur dəhlizinin haqqında razılaşma ilə müəyyən olunmalıdır: “Bu razılaşma əsasən Azərbaycanla Ermənistan arasında olmalıdır. Yəni müəyyənləşməlidir ki, yüklər, vətəndaşlar, minik avtomobilləri həmin yoldan necə keçib gedəcək, onların təhlükəsizliyini kim təmin eləyəcək və orada gömrük yoxlamaları olacaqmı. Bu məsələni razılaşma əsasında həll eləmək mümkündür. Formalaşmış təcrübələr var. Məsələn, Kalininqradla Rusiya arasında əlaqə haqqında saziş var. Bu saziş Rusiya, Belarus və Litva tərəfindən birgə imzalanıb. Çünki bu ölkələrin birgə ərazisindən yol keçir. Həmin yolda razılaşmaya əsasən maneəsiz gediş-gəliş var, sərhəd-gömrük yoxlaması nəzərdə tutulmur. Hesab edirəm ki, əslində dəhliz ideyasının mahiyyəti də bundan ibarətdir ki, yüklər, şəxslər, minik maşınları buradan maneəsiz keçib getsinlər. Amma bu o demək deyil ki, müəyyən sənədləşmə işi aparılmamalıdır. Təbii ki, sənədləşmə işi aparılmalıdır. Elektron qaydada səndələrin hazırlanması mümkündür. Gömrük rüsumu tələbi olmadan, gömrük-sərhəd yoxlaması olmadan sənədlərin yoxlanması, keçib gedən yüklər, şəxslər, maşınlar haqqında elektron məlumatların verilməsi ilə hərəkətin təmini mümkündür. Gömrük rüsumu o mənada müzakirə oluna bilər ki, dəhlizin keçdiyi ərazi Ermənistan ərazisidir. Həmin ərazidən istifadəyə görə müəyyən rüsum nəzərdə tutula bilər. Sənədlərə baxılmasında Ermənistan nümayəndələri də iştirak edə bilərlər. İndi informasiya texnologiyaları o qədər inkişaf edib ki, hər şeyi elektron qaydada həll eləmək mümkündür”.

Aydın Quliyev

Siyasi şərhçi Aydın Quliyev bildirdi ki, Zəngəzur dəhlizinin açılması ilə əlaqədar bir sıra məsələlər hələ açıq qalır, bu məsələlərin gömrük və təhlükəsizliklə bağlı olması şübhəsizdir: “Gömrüklə, təhlükəsizliklə, nəzarətlə bağlı konkret məsələlərin necə həll olunacağı ilə əlaqədar müzakirələr getməlidir və yəqin ki, gedəcək. Xüsusilə də burada təhlükəsizliyin kim tərəfindən təmin olunacağı çox maraqlıdır. Vaşinqtonda 8 avqustda imzalanmış sənədin maddələrinin birində bu barədə müəyyən ilkin fikir var. Bu da ondan ibarətdir ki, Zəngəzur dəhlizinin iş rejiminin müəyyənləşdirilməsi üçün Ermənistan Amerika ilə və ikitərəfli razılaşma əsasında üçüncü tərəflərlə əməkdaşlıq etməlidir. Yəni Zəngəzur dəhlizində iş rejiminin müəyyən olunacağı təkcə Ermənistan və Amerika şirkəti arasındakı məsələ deyil. Amma bir sıra məsələlər var ki, bunlar Azərbaycanın ilkin şərtləri çərçivəsində dəyişməz olaraq qalır. Birinci növbədə Naxçıvana gediş-gəlişin ümumiyyətlə maneəsizliyinin, təhlükəsizliyinin təmin olunması Azərbaycan üçün olduqca vacib nüanslardır. Azərbaycan Prezidentinin çıxışında da aydın qeyd olunur ki, biz Ermənistanla müharibədən hələ yeni çıxdığımız bir vəziyyətdə insanların təhlükəsizliyi üçün ən etibarlı təminat olmalıdır. Bu təminat da birinci növbədə beynəlxalq instansiyaların iştirakı ilə edilməlidir. Burada təhlükəsiz hərəkətə tam təminat verilməlidir. Bununla bağlı Azərbaycana möhkəm təminat verilməlidir. Yerdə qalan digər nüanslar isə Ermənistanın Zəngəzur dəhlizinin ümumi iş qrafikini, rejimini müəyyənləşdirərkən öz tərəfdaşı ilə həll edəcəyi məsələdir. Ən kiçik detallara qədər bəri başdan razılaşma olmayınca təbii ki, Zəngəzur dəhlizinin işini təmin etmək asan deyil”.

Dəhlizdən Naxçıvana doğru daşınan yüklərin gömrük yoxlamasına gəldikdə isə ekspert qeyd etdi ki, burada da Azərbaycanın hələ çox əvvəldən ifadə olunmuş aydın mövqeyi var. Bu da ondan ibarətdir ki, Azərbaycan burada iki ölkəyə aidiyyəti olmayan, yəni üçüncü ölkələrə aid olan hərəkətlərin gömrük rüsumuna cəlb olunmasına etiraz etməyib: “Ancaq Azərbaycanın çox ciddi şərtlərindən biri budur ki, hər iki ölkəyə aid olan yüklərin və daşımaların gömrük rüsumuna cəlb olunması yolverilməzdir. Yəni qısa desək, Azərbaycan Naxçıvana gedən, Naxçıvandan gələn yüklərin gömrük rüsumundan azad edilməsi üzərində təkid edir. Eyni ilə də Azərbaycan ərazisindən Ermənistana gedən yüklərin gömrük rüsumundan azad edilməsi kimi bir qarşılıq mövqeyindədir. Amma üçüncü ölkələrin Zəngəzur dəhlizindən hərəkətinin gömrük rüsumuna cəlb olunub-olunmayacağı müzakirə oluna bilər”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 30 Avqust 2025 12:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see257

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see251

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see235

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see225

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see190

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see188

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see183

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see177

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see171

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see162

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see159

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see148

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see147

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see146

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see142

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see141

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see140

Ermənistan Naxçıvanla sərhəddə gömrük postu tikəcək

14 Yanvar 2026 13:34see137

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see132

Mədəniyyət Nazirliyində “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib

14 Yanvar 2026 18:51see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri