Icma.az
close
up
RU
Menu

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

Dəm qazı qatil deyil, amma... Qaydalara əməl etməyəndə ölümcül olur

Dəm qazı qatil deyil, amma... Qaydalara əməl etməyəndə ölümcül olur

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Dedektorlar həyat qurtarır, kustar qaz sobaları və yoxlanılmamış borular faciəyə yol açır

Fövqəladə Hallar Nazirliyi əhaliyə növbəti dəfə müraciət edib: dəm qazından ehtiyatlı olun! Eşidirikmi, əhəmiyyət veririkmi, tədbir görürükmü? Cavabımız müsbət olsaydı, dəm qazından ölüm halları barədə məlumatlar belə tez-tez yayılmazdı. FHN, digər qurumlar da vaxtaşırı xəbərdaqlıq müraciətləri yayır. Vətəndaşları ehtiyatlı olmağa səsləyir. FHN-nin budəfəki çağırışı da dəm qazı təhlükəsi llə bağlıdır. Müraciətdə deyilir ki, havaların soyuması ilə əlaqədar qazla işləyən qızdırıcı cihazlardan istifadənin çoxalması məişətdə dəm qazı təhlükəsini daha da artırır. Qaz cihazlarından istifadə zamanı təhlükəsizlik qaydalarına əməl edilməməsi sonda acı nəticələrə səbəb ola bilər. Bu istiqamətdə Fövqəladə Hallar Nazirliyinin apardığı kütləvi maarifləndirmə işlərinə baxmayaraq, təəssüflə qeyd edilməlidir ki, hələ də dəm qazının törətdiyi faciəli hadisələr baş verir. Yuxarıda qeyd olunanları, habelə dəm qazının iysiz olduğunu və hiss edilmədiyini nəzərə alaraq, mümkün fəsadların qarşısının alınması üçün Fövqəladə Hallar Nazirliyi təhlükəsizlik qaydalarını vətəndaşlara bildirir. Qeyd edilir ki, istismar olunan qaz cihazı saz və standartlara uyğun vəziyyətdə olması əsas şərtdir. Cihaz olan məkanın hündürlüyü 2 metr 20 santimetrdən az olmamalıdır. Havaçəkən sistem işləməli, nəfəslik açıq olmalı, hamam otağında ventilyasiya borusu, qapının aşağısında dəliklər qoyulmalı, tüstü bacaları ildə iki dəfə təmizlənməlidir.”Yadda saxlamaq lazımdır ki, qaz cihazının olduğu məkandakı insanlarda baş ağrısı, baş gicəllənməsi, ürək bulanması, halsızlıq dəm qazından zəhərlənmənin əsas əlamətləridir. Dəm qazından zəhərlənmə baş verdikdə dərhal zərərçəkmişi təmiz havaya çıxarıb, nəfəsalmasını çətinləşdirən geyimlərdən azad etmək, təcili tibbi yardım çağırmaq lazımdır. Qaydalara biganəlik – həyatımıza təhlükədir! Təhlükə zamanı 112-yə zəng edin”. 

Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev Sherg.az-a açıqlamasında bildirdi ki, dəm qazından boğulma hallarının qarşısını almaq olar, əgər vətəndaşlar təhlükəsizlik qaydalarına əməl etsələr: 

- FHN-nin müraciətində qızdırıcı cihazlar necə olmalıdır, cihazların otaqlarla ölçü nisbəti necə olmalıdır, hər bir məsələ dəqiqliklə qeyd edilir. Lakin insanlarımız bu qaydalara məhəl qoymur. Kustar üsulla hazırlanmış qızdırıcılardan istifadə edirlər. Qaz borusunda sızma olub-olmadığı, cihazın saz vəziyyətdə olması yoxlanmır, etinasız yanaşırlar. Hamam otaqlarında təhlükəsizlik qaydaları daha çox pozulur. Su qızdırıcıların ölçüsü ilə hamam otağınını ölçüsü tərs mütənasib olur. Hamam otaqları kiçik, dar, alçaq tavanlı inşa edilir, amma su qızdırıcı aldıqda hamam otağının ölçüsünü nəzərə almırlar. Halbuki hər bir cihaz otaqların ölçüsünə uyğun olmalıdır. Hətta televizor alanda da satıcı alıcıdan soruşur, otağın ölçüsünü, iri diametrli ekrana kiçik ölçülü otaqda baxmaq düzgün deyil. Qızdırıcı cihazlar da belədir. Otaqların ölçüsü mütləq nəzərə alınmalıdır. Quraşdırma zamanı mütəxəssis dəvət edilməlidir. Qaz, su borusunun düzgün quraşdırıldığı, sızmaların olmamasına diqqət edilməlidir. Havalandırma sisteminin olması mütləqdir. Dəm qazından zəhərlənmə təhlükəsini artıran digər səbəblər də var, məsələn, tüstü bacalarının vaxtlı-vaxtında, heç olmasa ildə 1 dəfə təmizlənməməsi, texniki xidmətin düzgün aparılmaması və buna ciddi nəzarətin təmin edilməməsi bədbəxt hadisələrə, insan tələfatına yol açır. “Azəriqaz”ın ərazilər üzrə fəaliyyət göstərən bölmələri vaxtaşırı mənzillərdə, binalarda yoxlamalar aparmalı, qaz cihazlarının, boruların işlək vəziyyətdə olduğuna nəzarət etməlidir. Qeyri-standart qaz sobalarından, su qızdırıcılardan istifadə etmək olmaz. Hesab edirəm ki, mütləq geniş konsepsiya hazırlanmalıdır və orada bütün bu problemlərin aradan qaldırılması yolları, təhlükə ehtimalları və səbəblər göstərilməlidir. Belədə problemə daha geniş yanaşma mümkün olacaq. Əlaqədar qurumlar çalışmalıdır ki, mərkəzləşdirilmiş istilik sisteminin şəbəkəsi genişlənsin və daha çox abonenti əhatə etsin. Bu, təhlükələrin minimuma endirilməsinə kömək edəcək. Vətəndaşlar da daim məlumatlandırılmalıdır. Məsələn, dedektorların faydası barədə məlumat verilməlidir. Təbii qazın yanmasında problem yarandıqda, yəni dəm qazı əmələ gəldikdə, dedektor xəbərdarlıq siqnalı verir. Yaxşı olar ki, mənizllərdə dedektorlardan istifadə edilsin. Bu da təhlükəni azaldır. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:101
embedMənbə:https://sherg.az
archiveBu xəbər 15 Dekabr 2025 16:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see527

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see255

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see246

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see245

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see233

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see231

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see227

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see225

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see214

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see213

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see211

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see210

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see207

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see202

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see182

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see176

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see175

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see173

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see156

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri