Icma.az
close
up
RU
Paşinyan niyə nazirləri işdən çıxarıb, Vatikana uçdu? KONKRET

Paşinyan niyə nazirləri işdən çıxarıb, Vatikana uçdu? KONKRET

Konkret.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Nikol Paşinyan ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla telefon danışığı aparıb, yüksək rütbəli məmurlarının, əsasən də təhlükəsizlik işçilərinin demək olar ki, yarısını işdən çıxarıb, sonra isə dərhal Vatikana – Papa Fransisklə görüşə getdi. Ola bilsin ki, bunlar eyni zəncirin müxtəlif həlqələridir, öz gücünü qorumağa hesablanıb, daha dəqiq desək, Paşinyan dünyada baş verən dəyişikliklərə uyğunlaşmağa və hakimiyyətini saxlamaq üçün yeni kənar dəstək tapmağa çalışır.

KONKRET.az xəbər verir ki, bu sözləri erməni politoloq Avetis Babacanyan qeyd edib.

O bildirib ki, respublikaçı namizəd Donald Tramp və Demokratlar Partiyasının namizədi Kamala Harris arasındakı mübarizə təkcə iki partiya və fərqli ideologiyaya malik iki qüvvə deyil, həm də iki dünya ideologiyası – mühafizəkarlıq və neoliberalizm arasında mübarizə kimi təqdim edilir:

“Nəinki ABŞ-da, bütün dünyada siyasi proseslər üçün ciddi nəticələr vəd edən seçkilərdə mühafizəkarlar qalib gəldi. ABŞ dünya dövlətidir və orada baş verən hadisələr bütün dünyada və müxtəlif ölkələrdə gedən proseslərə təsir edir. Təbii ki, Ermənistan da istisna deyil. Paşinyan administrasiyasının ideologiyası tamamilə neoliberalizmdən ibarətdir. 2018-ci ilin məxməri inqilabı neoliberalların mühafizəkar ideologiyaya sadiq qalan respublikaçılar üzərində qələbəsidir.

Paşinyanın Ermənistanda təmsil etdiyi siyasi hərəkat ABŞ-da məğlub oldu. Güman edilir ki, Trampın qələbəsi Paşinyanı xarici siyasətdə əsas sponsoru olan Vaşinqtonun dəstəyindən məhrum edəcək və bunsuz Paşinyan hakimiyyətdə qala bilməyəcək. Paşinyanın gücü yalnız xarici dəstəyə əsaslanır. Ona qarşı siyasi mübarizə uğursuzluğa düçar olur, çünki o, ABŞ-ın açıq dəstəyindən istifadə edir. Onun hər hansı antidemokratik, diktator addımları ya “demokratik Qərb” tərəfindən bəyənilir, ya da diqqətdən kənarda qalır. Paşinyan çox yaxşı bilir ki, Trampın dövründə o, ABŞ-ın dəstəyini itirəcək. Yeri gəlmişkən, eyni şey Ukrayna Prezidenti Zelenski ilə də baş verir. İndi o (Paşinyan – red.), dəstəyini çox tez dəyişdirməyə və dünyada baş verən dəyişikliklərə uyğunlaşmağa çalışır; qızğın neoliberalistdən superkonservatora çevrilmək istəyir.

Dünyadakı mühafizəkar hərəkatın lideri kimdir? Təbii ki, Paşinyanın yanına tələsdiyi Papa Fransisk. Onun məqsədi Roma Papasını kökündən mühafizəkar, milli və ümumbəşəri dəyərlərin, xristianlığın və kilsənin sarsılmaz müdafiəçisi olduğuna, hər zaman LGBT hərəkatlarına və təbliğatına qarşı çıxdığına və sadəcə olaraq təsadüf nəticəsində bu qüvvələr tərəfindən əsir düşdüyünə inandırmaqdır. O, Trampın qələbəsini şəxsi qələbəsi kimi qiymətləndirir ki, bu da ona bu qüvvələrin əsarətindən xilas olmaq imkanı verir. Dediklərini daha inandırıcı etmək üçün yüksək vəzifəli məmurlarının yarısını işdən çıxarır və hökuməti az qala dağılmış halda Papanın yanına gedir. Papa Paşinyana dəstəyini ifadə edərsə, o, yeni hökumət qurmağa, neoliberalları mühafizəkarlarla əvəzləyərək yeni tip, yeni dəyərlər sistemi tərəfdarlarını vəzifələrə təyin etməyə hazırdır. Hətta ona hakimiyyətdə qalmaq imkanı verilsə, yeni parlament seçkiləri də təşkil edəcək və parlamentin tərkibini dəyişəcək. Onlar Papa Fransiskin cavabının nə olacağını bilmirlər, lakin onun rədd ediləcəyi güman edilir, çünki adamyeyən humanist, antixrist isə müqəddəs ola bilməz.

İddia oluna bilər ki, Tramp 2016-2020-ci illərdə hakimiyyətdə olub və Paşinyanın məxməri çevrilişi məhz bu dövrdə baş verib. Tramp administrasiyası dövründə Paşinyan neoliberal siyasətini həyata keçirə bildi. Amma hamı Trampın ikinci prezidentliyinin əvvəlkindən əhəmiyyətli dərəcədə fərqli olacağı qənaətindədir. O vaxt Tramp açıq müqavimətin onun fiziki məhvinə səbəb ola biləcəyindən ehtiyat edərək neoliberalların xarici siyasətinə uyğunlaşmaq üçün kompromislərə getməyə məcbur oldu. İndi o, həm hakimiyyətdə özünü güclü hiss etmək, həm komandasını, həm də bütün hakimiyyət sistemini tərəfdarları ilə təchiz etmək baxımından artıq daha hazırlıqlıdır”. (axar.az)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:281
embedMənbə:https://konkret.az
archiveBu xəbər 20 Noyabr 2024 11:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see401

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see379

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see358

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see344

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see340

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see318

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see301

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see232

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see226

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see225

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see221

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see220

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see215

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see210

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see204

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see204

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see201

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see201

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see201

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri