Icma.az
close
up
RU
Nikol niyə nazirləri işdən çıxarıb, Vatikana uçdu? Sensasiya

Nikol niyə nazirləri işdən çıxarıb, Vatikana uçdu? Sensasiya

Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Nikol Paşinyan ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla telefon danışığı aparıb, yüksək rütbəli məmurlarının, əsasən də təhlükəsizlik işçilərinin demək olar ki, yarısını işdən çıxarıb, sonra isə dərhal Vatikana - Papa Fransisklə görüşə getdi. Ola bilsin ki, bunlar eyni zəncirin müxtəlif həlqələridir, öz gücünü qorumağa hesablanıb, daha dəqiq desək, Paşinyan dünyada baş verən dəyişikliklərə uyğunlaşmağa və hakimiyyətini saxlamaq üçün yeni kənar dəstək tapmağa çalışır.

Axar.az xəbər verir ki, bu sözləri erməni politoloq Avetis Babacanyan qeyd edib.

O bildirib ki, respublikaçı namizəd Donald Tramp və Demokratlar Partiyasının namizədi Kamala Harris arasındakı mübarizə təkcə iki partiya və fərqli ideologiyaya malik iki qüvvə deyil, həm də iki dünya ideologiyası – mühafizəkarlıq və neoliberalizm arasında mübarizə kimi təqdim edilir:

“Nəinki ABŞ-da, bütün dünyada siyasi proseslər üçün ciddi nəticələr vəd edən seçkilərdə mühafizəkarlar qalib gəldi. ABŞ dünya dövlətidir və orada baş verən hadisələr bütün dünyada və müxtəlif ölkələrdə gedən proseslərə təsir edir. Təbii ki, Ermənistan da istisna deyil. Paşinyan administrasiyasının ideologiyası tamamilə neoliberalizmdən ibarətdir. 2018-ci ilin məxməri inqilabı neoliberalların mühafizəkar ideologiyaya sadiq qalan respublikaçılar üzərində qələbəsidir.

Paşinyanın Ermənistanda təmsil etdiyi siyasi hərəkat ABŞ-da məğlub oldu. Güman edilir ki, Trampın qələbəsi Paşinyanı xarici siyasətdə əsas sponsoru olan Vaşinqtonun dəstəyindən məhrum edəcək və bunsuz Paşinyan hakimiyyətdə qala bilməyəcək. Paşinyanın gücü yalnız xarici dəstəyə əsaslanır. Ona qarşı siyasi mübarizə uğursuzluğa düçar olur, çünki o, ABŞ-ın açıq dəstəyindən istifadə edir. Onun hər hansı antidemokratik, diktator addımları ya “demokratik Qərb” tərəfindən bəyənilir, ya da diqqətdən kənarda qalır. Paşinyan çox yaxşı bilir ki, Trampın dövründə o, ABŞ-ın dəstəyini itirəcək. Yeri gəlmişkən, eyni şey Ukrayna Prezidenti Zelenski ilə də baş verir. İndi o (Paşinyan – red.), dəstəyini çox tez dəyişdirməyə və dünyada baş verən dəyişikliklərə uyğunlaşmağa çalışır; qızğın neoliberalistdən superkonservatora çevrilmək istəyir.

Dünyadakı mühafizəkar hərəkatın lideri kimdir? Təbii ki, Paşinyanın yanına tələsdiyi Papa Fransisk. Onun məqsədi Roma Papasını kökündən mühafizəkar, milli və ümumbəşəri dəyərlərin, xristianlığın və kilsənin sarsılmaz müdafiəçisi olduğuna, hər zaman LGBT hərəkatlarına və təbliğatına qarşı çıxdığına və sadəcə olaraq təsadüf nəticəsində bu qüvvələr tərəfindən əsir düşdüyünə inandırmaqdır. O, Trampın qələbəsini şəxsi qələbəsi kimi qiymətləndirir ki, bu da ona bu qüvvələrin əsarətindən xilas olmaq imkanı verir. Dediklərini daha inandırıcı etmək üçün yüksək vəzifəli məmurlarının yarısını işdən çıxarır və hökuməti az qala dağılmış halda Papanın yanına gedir. Papa Paşinyana dəstəyini ifadə edərsə, o, yeni hökumət qurmağa, neoliberalları mühafizəkarlarla əvəzləyərək yeni tip, yeni dəyərlər sistemi tərəfdarlarını vəzifələrə təyin etməyə hazırdır. Hətta ona hakimiyyətdə qalmaq imkanı verilsə, yeni parlament seçkiləri də təşkil edəcək və parlamentin tərkibini dəyişəcək. Onlar Papa Fransiskin cavabının nə olacağını bilmirlər, lakin onun rədd ediləcəyi güman edilir, çünki adamyeyən humanist, antixrist isə müqəddəs ola bilməz.

İddia oluna bilər ki, Tramp 2016-2020-ci illərdə hakimiyyətdə olub və Paşinyanın məxməri çevrilişi məhz bu dövrdə baş verib. Tramp administrasiyası dövründə Paşinyan neoliberal siyasətini həyata keçirə bildi. Amma hamı Trampın ikinci prezidentliyinin əvvəlkindən əhəmiyyətli dərəcədə fərqli olacağı qənaətindədir. O vaxt Tramp açıq müqavimətin onun fiziki məhvinə səbəb ola biləcəyindən ehtiyat edərək neoliberalların xarici siyasətinə uyğunlaşmaq üçün kompromislərə getməyə məcbur oldu. İndi o, həm hakimiyyətdə özünü güclü hiss etmək, həm komandasını, həm də bütün hakimiyyət sistemini tərəfdarları ilə təchiz etmək baxımından artıq daha hazırlıqlıdır”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:134
embedMənbə:https://axar.az
archiveBu xəbər 20 Noyabr 2024 08:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see203

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see187

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see159

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see150

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see146

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see137

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see136

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see131

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see129

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see128

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri