Icma.az
close
up
RU
Paşinyan niyə Putinə zəng vurdu? Hiyləgər GEDİŞ

Paşinyan niyə Putinə zəng vurdu? Hiyləgər GEDİŞ

News24 saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin mətni ilə bağlı əldə edilən razılaşma barədə niyə əvvəlcə yaxın dostu Fransa Prezidenti Emmanuel Makronu deyil, ara-sıra tənqid etdiyi ölkənin – Rusiyanın Prezidenti Vladimir Putini telefonla məlumatlandırmağa qərar verib?

News24.az xəbər verir ki, bu barədə danışan siyasi şərhçi Elxan Şahinoğlu Paşinyanın bu hərəkətini hiyləgər gediş adlandırıb.

Politoloq Ermənistan baş nazirinin narahatlıqlarını sadalayıb:

"Birincisi, Paşinyan Rusiyanın Ukrayna müharibəsindən sonrakı planlarından narahatdır. Ona görə də o Putinlə münasibətləri istiləşdirməyə çalışır. Ermənistanın baş nazirinin Rusiya Prezidentinin dəvətini qəbul edərək mayın 9-da Moskvada Böyük Vətən müharibəsində Qələbənin 80 illiyi münasibətilə yubiley tədbirlərində iştirakını təsdiq etməsi də bununla bağlıdır. 

İkincisi, Nikol Paşinyan telefon zəngi məsələsində Azərbaycan Prezidenti İlham Əliyevi qabaqlamaq istəyib. Məsələ burasındadır ki, Azərbaycanın sərnişin təyyarəsi qəzasıyla bağlı Moskva Bakının istəklərini hələ yerinə yetirməyib. Belə olan halda, İlham Əliyevin rusiyalı həmkarına zəng edib Kreml sahibini İrəvanla əldə edilən razılaşma barədə məlumatlandırması problematikdir. Ancaq bu zənglər Paşinyana xüsusi üstünlük qazandırmır. Sülh sazişinin imzalanması birinci növbədə Paşinyana lazımdır ki, Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılması prosesinə başlaya bilsin. Ancaq onun atacağı daha iki addım var". 

E.Şahinoğlu vurğulayıb ki, Paşinyan konstitusiyada zəruri dəyişiklik etməli və Zəngəzur dəhlizinin açılmasını ləngitməməlidir.

Məryəm İlhamqızı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:304
embedMənbə:https://news24.az
archiveBu xəbər 15 Mart 2025 09:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see784

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see702

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see257

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see246

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see243

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see233

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see231

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see220

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see213

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see194

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see188

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see187

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see186

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see183

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see181

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see180

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see172

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see172

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see165

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri