Icma.az
close
up
RU
Köçəryandan hiyləgər gediş: İrana pas ötürdü

Köçəryandan hiyləgər gediş: İrana pas ötürdü

Icma.az xəbər verir, Ayna saytına əsaslanaraq.

Köçəryan İrandakı mühafizəkarlara belə bir mesaj göndərib: “Nikol Paşinyan ABŞ-ın Ermənistanda yerləşməsinə şərait yaradıb”

Ermənistanın keçmiş Prezidenti Robert Köçəryan hiyləgər gediş edib. İran mühafizəkarları Baş nazir Nikol Paşinyanın ABŞ-la yaxınlaşması, o cümlədən “Tramp yolu” layihəsinə razılaşması siyasətindən narazılıqlarını açıq ifadə etməyə başlayıblar. Bundan başqa mühafizəkarların saytlarında Paşinyanın İranın İrəvan səfirliyi qarşısında etiraza şərait yaratması tənqid olunur. Mövcud durumdan faydalanmaq istəyən Köçəryan isə tələsik mətbuat konfransı keçirərək ““Tramp yolu” İrana qarşıdır, ABŞ Ermənistan-İran sərhədini nəzarətə götürmək istəyir” fikrini səsləndirib. Bununla Köçəryan futbol termini ilə desək, Tehrana pas atıb.

Köçəryan Kremlə bağlı olsa da, açıqlamalarında son zamanlara qədər ABŞ əleyhinə birbaşa açıqlama verməməyə çalışırdı. Görünür, eks-prezident Kremldən aldığı yeni təlimat əsasında anti-Amerika mövqeyini tam ortaya qoymağa qərar verib. Köçəryan “Tramp yolu”nun Ermənistan üçün iqtisadi səmərəsinin olmadığını, ABŞ-ın bu layihə vasitəsilə Cənubi Qafqazda hərbi növqeyi-nəzərdən möhkəmlənəcəyini söyləyib.

Köçəryan son açıqlamalarıyla Paşinyanla yanaşı, Tramp administrasiyasını da hədəf seçib. Fikrimcə, ABŞ-ın İrəvandakı səfirliyi Köçəryanın açıqlamalarına cavab vermək məcburiyyətindədir. Çünki Köçəryan “Tramp yolu”nu bölgədə qarşıdurmaya rəvac verəcək layihə kimi təqdim edib. Halbuki layihə bölgə ölkələri arasında sabitliyə və əməkdaşlığa imkan verəcək. Bəli, sirr deyil ki, Vaşinqton “Tramp yolu” xətti ilə Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin zənginliklərinin Qərb bazarlarına daşınmasında maraqlıdır. Buna baxmayaraq, nəqliyyat yolu vasitəsilə Ermənistan - İran sərhədinin nəzarətə götürülməsi fikrinin absurd olduğu dəfələrlə sübut olunub. Azərbaycan İran ərazisindən keçəcək “Araz dəhlizi” nəqliyyat xəttindən də istifadə edəcək. Köçəryanın məntiqinə görə, onda Azərbaycan da “Araz dəhlizi” vasitəsilə Ermənistan-İran sərhədini nəzarətə götürəcək. Halbuki bu da sırf iqtisadi layihədir.

Hər halda, Köçəryan İrandakı mühafizəkarlara belə bir mesaj göndərib: “Nikol Paşinyan ABŞ-ın Ermənistanda yerləşməsinə şərait yaradıb və bu İrana qarşıdır, buna görə də baş naziri devirmək lazımdır”. Yəni Köçəryan İranın Ermənistanın daxili işlərinə qarışmasını – ölkəsinə müdaxiləsini istəyib. Buna görə Köçəryanı cinayət məsuliyyətinə cəlb etmək lazımdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:162
embedMənbə:https://ayna.az
archiveBu xəbər 29 Yanvar 2026 20:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see347

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see308

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see276

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see266

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see258

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see247

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see247

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see245

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see233

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see232

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see225

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see222

“Bakıya uçuş”: Həftəsonu gələcəyi birgə duyaq

26 Avqust 2026 13:14see220

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see219

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see212

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see208

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see208

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see187

“Bitcoin”in qiyməti 78 min dollara endi

26 Avqust 2026 19:18see177

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri