Icma.az
close
up
RU
Paşinyan ordu ilə bağlı ifadəni dəyişdi, Rusiyaya işarə etdi Daha iki ölkə ilə barışır

Paşinyan ordu ilə bağlı ifadəni dəyişdi, Rusiyaya işarə etdi Daha iki ölkə ilə barışır

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ermənistanın Baş naziri Nikol Paşinyan 2026-cı ilin büdcə müzakirələri zamanı ordunun sürətlə inkşaf etdiyini söyləyib. O, Ermənistan Silahlı Qüvvələrinin ölkənin beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda heç bir fəaliyyət öhdəliyinin olmadığını bildirib.

Paşinyan həmçinin gündəlik danışıqda “döyüş qabiliyyətli ordu” ifadəsini “müdafiə qabiliyyətli ordu” anlayışı ilə əvəzləməyi zəruri hesab etdiyini vurğulayıb.

Globalinfo.az-a danışan politoloq İlqar Vəlizadə deyib ki, təkcə Ermənistan deyil, KTMT-nin digər üzv dövlətləri də ərazi hüdudlarından kənarda hərbi əməliyyatlarda iştirak etmək barədə düşünmür:

“Paşinyanın son açıqlamaları, əlbəttə ki, diqqət çəkir. Ümumiyyətlə, biz onun açıqlama və bəyanatlarına baxdıqda keçmiş “dənizdən dənizə böyük Ermənistan” tezisini yox, “real Ermənistan” konsepsiyasını tətbiq etməyə çalışdığını görə bilirik.

Paşinyanın “real Ermənistan” konsepsiyası qonşu ölkələrin ərazilərinə iddia irəli sürmədən, dinc şəkildə əlaqələrin qurulmasına hesablanıb. Burada həm də daxili maraqlar nəzərə alınmalıdır. Baş nazir eyn zamanda yeni Konstitusiyanın qəbuluna da hazırlaşır. Artıq bu istiqamətdə real işlər görülür. Yəni qarşımızda təkcə bəyanatlar verən deyil, həm də praktik addımlar atan bir Paşinyan var”.

Politoloq qeyd edib ki, Paşinyan Ermənistanın xarici siyasəti kimi, daxili siyasətini də sıfırlayır:

Təbii olaraq bu, hərbi sferadan da yan keçmir. Hesab edirəm ki, həm “döyüş qabiliyyətli ordu” ifadəsinin “müdafiə qabiliyyətli ordu” anlayışı ilə əvəzlənməsi, həm də “Ermənistan ordusunun beynəlxalq səviyyədə tanınmış suveren ərazisindən kənarda hər hansı məsələni həll etmək kimi bir vəzifəsi yoxdur” ifadəsi bir-birinə bağlıdır.

Paşinyanın dediklərini KTMT ilə əlaqələndirməkdənsə, daha çox Rusiya aspektində dəyərləndirmək lazımdır. Yəni o, faktiki olaraq “Rusiya üçün döyüşməyəcəyik” deyir. Baş nazir fərqindədir ki, Moskva ondan və ölkəsindən Cənubi Qafqazda maraqlarını təmin etmək üçün alət kimi istifadə edir. Ona görə də artıq siyasi xəttini dəyişmək qərarına gəlib.


İlqar Vəlizadə

Proses bu şəkildə davam edərsə, Ermənistan Azərbaycan, Gürcüstan və Türkiyə ilə problemlərini həll edə bilər. Bunun üçün mütləq şəkildə davamlı təmaslar və praktik addımlar zəruridir”.

Hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov isə deyib ki, Paşinyanın sözləri bir çox baxımdan şərh edilə bilər:

“İlk növbədə onun hərbi xərcləri azaltmaq və büdcəyə qənaət etmək barədə düşünməsi mümkündür. Məsələyə məntiqlə yanaşsaq, demək olar ki, İrəvanın siyasəti həqiqətən də bu gün dəyişir. Yəni artıq aqressiv bir Ermənistan yox, qonşularına ərazi iddiasından əl çəkən bir Ermənistan var.

Ölkənin indiyə kimi əsas ərazi iddiası Türkiyə və Azərbaycana idi. Prinsipcə, Ermənistan iki ölkə ilə də qarşı-qarşıya gələcək gücə sahib deyil. Elə isə bu ambisiyaları saxlamağın heç bir mənası yoxdur. Düşünürəm ki, Ermənistanın işğalçılıq siyasətindən qonşuluq prinsipinə keçməsi zərurətdən qaynaqlanır. Paşinyan da bunu praktik addımlarla əsaslandırmağa çalışır.

Fikrimcə, bu ölkənin KTMT-dən çıxması haqda danışmaq tezdir. Maraqlıdır ki, Ukraynada gedən döyüşlərdə təşkilatın heç bir ölkəsi iştirak etmir. KTMT ilə bağlı Ukrayna müharibəsindən sonra daha geniş müzakirələr açılacaq. Hətta təşkilatın daha da genişlənməsi mümkündür”.

Turan Rzayev
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 27 Oktyabr 2025 16:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see215

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see214

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see193

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see176

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see174

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see169

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see168

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see168

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see165

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see162

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see158

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see150

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see146

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see146

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see142

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see140

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see140

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see140

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see138

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri