Icma.az
close
up
RU
Paşinyan Putinə yerini göstərdi

Paşinyan Putinə yerini göstərdi

Icma.az, Newscenter.az portalına istinadən məlumat verir.


Ermənistanın Baş naziri Nikol Paşinyanın Moskvaya səfəri zamanı Vladimir Putinlə keçirdiyi görüşdə nümayiş etdirdiyi cəsarətli mövqe ictimaiyyətdə birmənalı qarşılanmamaqdadır.
Kreml qonağın bu cür hazırlıqlı və üsyankar ritorikada cavab verəcəyini gözləmirdi və bu, Putin üçün də sanki məyusluq doğurdu.
Rusiya rəhbərliyinin bəyanatlarında məkrli niyyətlərin gizləndiyi açıq-aşkar görünürdü. Vladimir Putin Ermənistanı Avropa İttifaqı ilə yaxınlaşmasına etiraz edərək İrəvana eyni anda iki fərqli iqtisadi blokda təmsil olunmasını qəbuledilməz adlandırdı. Bu, açıq şəkildə Ermənistanın daxili işlərinə qarışmaq, müstəqil qərarvermə siyasətinə müdaxilədir.
Moskva, həmçinin Ermənistandakı rus klanının və icmasının maraqlarının müdafiəçisi kimi öz şərtlərini diqtə etdirməyə çalışaraq sanki bölgənin sahibi kimi davrandı. Paşinyana seçkilərdə Rusiyayönümlü partiyaların, siyasətçilərin rus pasporu olmasına görə, onlara şərait yaratmaq üslubu açıq təzyiq sayıla bilər. Dolayı yolla, bu, “Kremlin fikirlərini nəzərə alın” mesajıdır.
Rusiya tərəfi qaşınmayan yerdən qan çıxarmağa çalışmaqla, bölgəsəl inkişafa və birgə quruculuğa sanki mane olmaq xislətini biruzə verir. Bu, həm də Cənubi Qafqazda təsir gücünü və nüfuzunu itirən Rusiyanın yenə də özünü bölgənin sahibi kimi aparmaq niyyətindən xəbər verir.
Moskva görüşündə “Qarabağ hərəkatı” ifadəsinin ortaya atılması da əbəs yerə deyildi, bu mövzu məqsədli şəkildə Kreml tərəfindən Azərbaycan və Ermənistan arasında möhkəmlənən sülh və etimad quruculuğundan doğan qıcığın nəticəsidir. Ancaq Paşinyan “Ermənistan və Azərbaycan Alma-Ata Bəyannaməsi çərçivəsində bir-birinin suverenliyini və ərazi bütövlüyünü tanıyıb, Qarabağ Azərbaycanın tərkib hissəsidir” fikri ilə Putini bir daha gerçəklik və fakt qarşısında aciz qoydu. Bu, Rusiyanın ali rəhbərliyinə “qərarı biz özümüz verirk” xəbərdarlığı kimi səciyyələndirilə bilər.
Bir sözlə, Moskva “bəlkə də qaytardılar”xülyasına qapılmaqdansa, hazırda Cənubi Qafqazda dünya güclərinin artan maraq kəsişməsində özünə yer axtarmalı, nəqliyyat və logistika layihələrinə qoşulmaq barədə düşünməlidir. Əks halda, bu cür “provakasiyalar” Rusiyanı regiondan tamamilə uzaqlaşdıracaq, olan etibarı da tamamilə itəcək.
Vaqif Abdullayev, siyasi elmlər doktoru, professor
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 02 Aprel 2026 13:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see705

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see441

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see266

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see235

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see232

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see214

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see213

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see212

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see210

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see202

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see200

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see199

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see197

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see194

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see191

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see190

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see189

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see187

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see186

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri