Icma.az
close
up
RU
Paşinyan Putinlə danışdı, İrəvana təcili xəbərdarlıq göndərdi Nə baş verir?

Paşinyan Putinlə danışdı, İrəvana təcili xəbərdarlıq göndərdi Nə baş verir?

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ermənistanın Baş naziri Nikol Paşinyan hakim partiyanın üzvlərinə Rusiya ilə bağlı açıqlamalardan çəkinməyi tapşırıb. Yerli mətbuatda yayılan məlumatlara görə, Paşinyan deputatlara “az danışın, çox işləyin” göstərişi verib və xüsusilə Moskva ilə bağlı məsələlərdə susmağı tələb edib.

Maraqlıdır ki, bu xəbərdarlıq Paşinyanın Çində Rusiya Prezidenti Vladimir Putinlə görüşündən dərhal sonra edilib.

Paşinyanın Putinlə görüşündə nə yaşanıb? Baş nazirin komandasına bu qədər sərt təlimatlar verməsinin arxasında hansı amillər dayanır? Mövcud proseslər Ermənistanın regional siyasətinə necə təsir göstərə bilər?

Globalinfo.az-a danışan politoloq Mütəllim Rəhimov deyib ki, Paşinyan hazırda daha çox praqmatik siyasət yürüdür:

“Xüsusilə, 44 günlük müharibədən sonra xəyallardan uzaqlaşaraq həqiqəti dərk etməyə başlayıb. O, Ermənistanı həm utopik ideyalardan uzaqlaşdırmağa, həm də qonşularla münasibətlərdə reallığa üstünlük verməyə çalışır. Ermənistan hər zaman özünü “ərköyün” aparıb, kimlərinsə əlində bir vasitəyə çevrilib. Xarici güclərə arxalanaraq regionda mütəmadi şəkildə destabilizasiya yaradıb, əsassız iddialarla çıxış edib. Bu isə hər zaman onun özünə ziyan vurub.

Həmçinin oxuyun:

Əliyev dediyini etdi, mesaj Paşinyanı sevindirdi: Region bu görüntüdən danışır

Nikol Paşinyan anlayır ki, başqasına arxalanaraq qonşularla münasibət qurmaq düzgün deyil. Bu, ölkəsini fəlakətə sürükləyə bilər. Baş nazir Ermənistanın Qərbə inteqrasiya prosesini dəstəkləyir. O, çıxışlarında dəfələrlə ölkəsinin gələcəyinin Avropa ilə sıx əməkdaşlıqdan asılı olduğunu vurğulayıb. Bəzən bu yolda radikal yanaşmalardan da çəkinməyib. Lakin Rusiyanın dünyada və regionda təsir gücünü qiymətləndirə bildiyindən, ehtiyatlı siyasət yürütməyə çalışır”.


Mütəllim Rəhimov

Politoloqun sözlərinə görə, Ermənistan cəmiyyətində belə bir fikir formalaşıb ki, Rusiya onların maraqlarını qorumayıb və məhz buna görə Qarabağ cəbhəsində məğlubiyyətə düçar olublar:

“Cəmiyyətin düşüncəsi siyasi qüvvələr tərəfindən də səsləndirilir. Bu isə iki ölkə arasında münasibətlərə mənfi təsir göstərir və Paşinyanın manevr imkanlarını məhdudlaşdırır. Rusiyanın hakim partiya nümayəndələrinin səsləndirdiyi tənqidlər isə müxalif qüvvələrin revanşına səbəb olur. Nəticədə iqtidar heç bir qazanc əldə etmədən böyük siyasi itkilərlə üzləşir.

Paşinyanın bu siyasəti yürütməsinə Ukrayna cəbhəsindəki vəziyyət də təsir edə bilər. Rusiya gözlənildiyi kimi məğlub olmadı. Artıq üç ildən çoxdur ki, müharibə aparır və cəbhədə müəyyən irəliləyişlər də əldə edir. Üstəlik, Ukraynanın müttəfiqləri arasında fikir ayrılıqları yaranıb. ABŞ bu müharibəyə tərəddüdlə yanaşır. Paşinyan isə bütün bunları nəzərə alaraq, həm Rusiyanın qəzəbinə tuş gəlməmək, həm də müxalifətə özünə qarşı əsas verməmək məqsədilə belə bir təşəbbüslə çıxış edib”.

Safura Bənnayeva
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 04 Sentyabr 2025 14:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see518

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see469

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see366

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see312

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see275

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see252

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see248

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see230

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see229

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see225

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see218

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see216

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see204

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see199

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see190

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see189

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see184

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see183

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see177

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri