Paşinyan Putinlə görüşdə rədd etdi Kreml hərəkətə keçdi
Icma.az, Axar.az saytına istinadən bildirir.
Bir gün ərzində 4 siyasi qurum “Samvel Karapetyanla Güclü Ermənistan” blokuna qoşulub: Azadlıq, Sabitlik, İrs və Ermənistan Liberal Demokratik İttifaqı.
Axar.az xəbər verir ki, bu barədə “Samvel Karapetyanla Güclü Ermənistan” bloku məlumat yayıb.
Qeyd edək ki, 1 apreldə Kremldə Nikol Paşinyanla görüş zamanı Rusiya lideri Vladimir Putinin “Rusiya pasportu olanlar da seçkiyə qatılmalıdır” sözlərini deyərkən, rusiyalı milyarder Samvel Karapetyanı nəzərdə tutmuşdu. Çünki görüşdə “o, sizdə həbsdədir və biz buna bir söz demirik, daxili işinizdir” deyərək, Karapetyanın həbsini də vurğulamışdı.
Paşinyan isə Rusiya pasportu olan insanların seçkilərdə iştirakını Ermənistan konstitusiyasının qadağan etdiyini bildirməklə, birbaşa Kremldə Putinə qarşı açıq mövqe nümayiş etdirmişdi. Bunun ardınca Ermənistanda Samvel Karapetyanın təbliğatı güclənib və “ona qoşulanlar”la bağlı müzakirə artıb.
Ermənistanda parlament seçkiləri 7 iyunda keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 05 Aprel 2026 21:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















