Icma.az
close
up
RU
Paşinyan qəfil ölsə, nə olacaq? SSENARİLƏR AÇILQLANDI

Paşinyan qəfil ölsə, nə olacaq? SSENARİLƏR AÇILQLANDI

Yenisabah saytına istinadən Icma.az xəbər verir.

Nikol Paşinyanın hakimiyyətdən ya qəfil fiziki yoxluğu, ya da könüllü getməsindən sonra Ermənistanda siyasi sistemin gələcəyinə dair maraqlı versiyalar var.

"Yeni Sabah" xəbər verir ki, aravot.am saytında dərc olunan təhlilə görə, Ermənistanın baş naziri Nikol Paşinyanın hakimiyyətdən “ya vəlvələdən, ya zəlzələdən” getməsi avtomatik olaraq ölkədə siyasi sistemin dəyişməsi demək deyil.

Müəllif hesab edir ki, əsas məsələ təkcə rəhbərin dəyişməsi deyil, onun hakimiyyəti dövründə formalaşmış institutların gələcəkdə necə fəaliyyət göstərəcəyidir. Marqarita pizza

Müəllif Ermənistanın əvvəlki rəhbərləri ilə Paşinyan arasında müqayisə apararaq yazır ki, Paşinyan hakimiyyəti könüllü şəkildə təhvil verməyə meylli görünmür. Abramyanın fikrincə, baş nazirin hakimiyyətdən getməsindən sonra üzləşə biləcəyi siyasi və hüquqi nəticələr də onun vəzifədən ayrılmaq istəməməsinin səbəblərindən biri ola bilər.

Aram Abramyan avtoritar idarəçilik sistemlərinin liderin ölümündən sonra inkişaf edə biləcəyi üç əsas ssenarini nəzərdən keçirir.

Birinci ssenariyə görə, rəhbərin ölümü ilə hakimiyyətin əsas prinsipləri dəyişmir, mövcud sistem fəaliyyətini davam etdirir. Müəllif bu baxımdan İosif Stalinin ölümündən sonra Sovet İttifaqında siyasi sistemin qorunub saxlanmasını nümunə göstərir.

İkinci ehtimal hakim elita daxilində hakimiyyət uğrunda mübarizənin başlanmasıdır. Abramyan Maonun ölümündən sonra Çində baş verən prosesləri xatırladır. Onun fikrincə, belə mübarizə bəzi siyasət dəyişikliklərinə səbəb olsa da, bütövlükdə idarəçilik sisteminin dəyişməsinə zəmanət vermir.

Üçüncü ssenari isə rəhbərin ölümünün siyasi islahatlar üçün imkan yaratmasıdır. Müəllif İspaniyada Fransisk Frankonun ölümündən sonra başlanan demokratik keçidi bu variantın nümunəsi kimi təqdim edir. Abramyanın təhlilində diqqət çəkən məqamlardan biri hakimiyyət dəyişikliyindən sonra dövlət institutlarının vəziyyətidir. Müəllifin fikrincə, uzun müddət bir liderin ətrafında cəmləşən idarəçilik sistemi müstəqil siyasi qüvvələrin və alternativ rəhbərlərin formalaşmasına mane ola bilər.

Belə şəraitdə rəhbərin hakimiyyətdən getməsi dövlət institutlarının avtomatik şəkildə güclənməsi ilə nəticələnmir. Əksinə, yeni rəhbərlik hakimiyyət daxilində rəqabət, idarəetmə böhranı və institusional zəifliklə üzləşə bilər.

Müəllif hakimiyyətin şəxsiləşdirilməsinin siyasi sistemin gələcəyi üçün yaratdığı risklərə diqqət çəkir. Aram Abramyan Rusiyanın Paşinyana təzyiq göstərərək onun hakimiyyətdən getməsinə nail olacağı ehtimalına şübhə ilə yanaşır. Müəllif hesab edir ki, belə bir ssenari nəzəri baxımdan Qərbin mövqeyi ilə də əlaqəli ola bilər.

Onun fikrincə, Avropa və ABŞ müəyyən şəraitdə Ermənistanda siyasi azadlıqlar, repressiyalar, korrupsiya və hakimiyyətlə Erməni Apostol Kilsəsi arasındakı qarşıdurma məsələlərinə daha sərt münasibət göstərə bilərlər. Lakin müəllif bunun üçün beynəlxalq siyasi şəraitin dəyişməli olduğunu vurğulayır.

Qənaətimizə görə, aravot.am-da dərc olunan təhlilin əsas nəticəsi budur: Paşinyanın hakimiyyətdən getməsi Ermənistanın siyasi gələcəyi ilə bağlı bütün sualları həll etməyəcək. Əsas məsələ hakimiyyət dəyişikliyinin dövlət institutlarının möhkəmlənməsinə, siyasi rəqabətin genişlənməsinə və demokratik islahatların başlanmasına gətirib çıxarıb-çıxarmayacağıdır./Musavat.com


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 21 Oktyabr 2026 18:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see331

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see323

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see312

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see299

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see296

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see265

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see254

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see252

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see234

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see233

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see232

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see227

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see216

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see214

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see197

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see186

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see176

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see170

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see165

Rəşad Mahmudov: Struktur dəyişiklikləri səhiyyə siyasətinin məntiqi davamıdır

19 Oktyabr 2026 20:17see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri