Icma.az
close
up
RU
Статья не опубликована
Paşinyan Qərb Azərbaycanlıların dialoq çağırışına cavab verməlidir

Paşinyan Qərb Azərbaycanlıların dialoq çağırışına cavab verməlidir

Icma.az, Aznews.az portalına istinadən məlumat yayır.

Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan 10 fevral 2025-ci il tarixində bu ölkənin “Armenpress” xəbər agentliyində dərc olunmuş məqaləsində regional proseslərə və Qərbi Azərbaycan mövzusuna dair əsassız və qərəzli fikirlər səsləndirib.

Ermənistan Baş naziri Paşinyan Qərbi Azərbaycan İcmasının öz tarixi yaşayış məskənlərinə geri qayıdışı ilə bağlı beynəlxalq hüquqa uyğun tələblərini təhrif etməkdənsə, İcmanın istəyini elə onların özlərindən öyrənmək məqsədi ilə İcma nümayəndələrini qəbul etməlidir. Qərbi Azərbaycan İcması artıq xeyli vaxtdır ki, belə bir dialoqun başlanması niyyəti ilə Ermənistan hökumətinə müraciət ünvanlayıb və cavabını gözləyir.

Nikol Paşinyanın hadisələri və faktları təhrifedici formada təqdim etməsi ilk dəfə deyildir.

Vaşinqton səfərindən uğursuz qayıdan, “strateji tərəfdaşlıq” xülyası üçün yeni ABŞ Administrasiyası ilə dialoq qura bilməyən Paşinyan ardınca etdiyi Paris səfərində revanşist məqsədləri üçün yenidən dəstək aldı. İrəvana qayıdan kimi militarist niyyətlərini ört basdır etmək üçün növbəti dəfə mətbuata üzv tutdu.

Dövlət sərhdədinin delimitasiyası və sərhəd təhlükəsizliyi üçün iki dövlət arasında komissiyanın fəaliyyət göstərdiyini, bu fəaliyyət üçün komissiyanın reqlamentinin hər iki tərəfdən təsdiq edildiyini vurğulayan Paşinyan unudur ki, elə bir neçə həftə öncə Avropa İttifaqının sərhəddəki mülki müşahidə missiyası adı altında yarımhərbi və kəşfiyyat zabitlərinin fəaliyyət müddətinin uzadıması üçün onun hökuməti Brüsselə müraciət ünvanladı.

Təbii ki, Fransanın xeyir duası, Avropa İttifaqı üzvü olmayan Kanadının iştirakı ilə daha iki il müddətə uzadılan müşahidə missiyası etimada xidmət etməyən fəaliyyətini davam etdirəcək. Missiya özünün də elan etdiyi kimi, müşahidələrini aparacaq və hazırladıqları hesabatları regiondan kənar qüvvələrə təqdim etməkda davam edəcəklər.

Azərbaycan ərazilərini 30 il beynəlxalq hüquqa zidd işğal altında saxlamaqla, 700 000 Azərbaycanlını Qarabağ və ətraf ərazilərdən, 300 000 Azərbaycanlını isə Ermənistandan güc tətbiq etməklə qovaraq, etnik təmizləməyə məruz qoyması Ermənistanın dövlət məsuliyyətini yaradıb.

Ermənistan dövlətinin və onun silahlı qüvvələrinın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri törədilib. Təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən şəxslərin əməllərinin hazırda Bakıda keçirilən məhkəmə prosesində sübutu Ermənistanın dövlət məsuliyyətinin sübutu yolunda cox ciddi addımlardır.

Bu cinayət əməllərinin Bakı məhkəməsində sübutu isə zaman məsələsidir və Paşinyan hökuməti də bunu başa düşür və çox narahatdır. Buna görə də, Paşinyan bir neçə həftə öncə Bakıda müttəhimlər kürsüsündə əyləşən və təqsirli bilinən şəxslərə “narkotik maddələr verilməsi kimi” absurd iddianı səsləndirdi.

İndi isə Ermənistan baş naziri növbəti manipulyasiyaya ələ ataraq, bəşəriyyətin gözü qarşısında, şəffaf və açıq şəkildə baş tutan, “İkinci Nürnberq prosesi” kimi tanınan məhkəməni aşağılayır. Bu bir daha təsdiqləyir ki, İrəvanın siyasi dairələrinin Bakıda baş tutan məhkəmə prosesinin nəticəsi və onun perspektivindən ciddi narahatdırlar.

Rizvan Nəbiyev,

Milli Məclisin deputatı, siyasi elmlər doktoru


Warning: Invalid argument supplied for foreach() in /home/aznewsaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 91

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:77
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 11 Fevral 2025 17:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see286

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see233

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see207

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see184

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see180

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see170

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see166

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see165

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see145

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see145

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see141

İraqdan Hizbullah və husilərlə bağlı şok qərar: Maliyyə hesabları donduruldu

04 Dekabr 2025 19:19see139

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see134

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see132

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see132

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see129

Azərbaycan ATƏT ikitərəfli əməkdaşlığının cari gündəliyi və perspektivləri müzakirə olunub

04 Dekabr 2025 21:07see127

Bakıda vəkilə hücum etdilər Anar Bağırov münasibət bildirdi

04 Dekabr 2025 19:27see126

Bakının mərkəzində bu küçəni su basdı VİDEO

05 Dekabr 2025 09:46see124

Donald Tramp əfsanəvi restlerin vida qarşılaşmasına canlı baxmaq istəyir

05 Dekabr 2025 05:07see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri