Tənha qalmayın: ÖLDÜRÜR
Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST ) tənhalıqdan saatda neçə insanın öldüyünü açıqlayıb.
Belə ki, tənhalıq saatda 100-ə yaxın insanı öldürür.
“Cebheinfo.az” xəbr verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Sosial Əlaqələr Komissiyasının qlobal hesabatında gəldiyi nəticədir.
Sənəddə deyilir ki, dünyada hər altı nəfərdən biri tənhalıqdan əziyyət çəkir. Bu da sağlamlıq və rifaha əhəmiyyətli təsir göstərir.
"Tənhalıq hər saatda təxminən 100 ölümlə nəticlənir, bu da ildə 871 000-dən çox ölüm deməkdir. Güclü sosial əlaqələr daha yaxşı sağlamlıq və uzun ömür gətirə bilər", - ÜST qeyd edib.
Tənhalıq hər yaşda olan insanlara, xüsusən də gənclərə, aşağı və orta gəlirli ölkələrdə yaşayan insanlara təsir göstərir. 13-29 yaş arası insanların 17-21%-i özünü tənha hiss etdiyini bildirdi ki, bu da yeniyetmələr arasında ən yüksək göstəricidir.
Komissiyanın həmsədri Çido Mpemba deyib: "Hətta hər şeyin bir-birinə bağlı olduğu rəqəmsal dünyada bir çox gənc özünü tənha hiss edir. Texnologiya həyatımızı dəyişdikcə, biz onun insan əlaqələrini zəiflətməkdənsə, gücləndirməsini təmin etməliyik. Hesabatımız göstərir ki, sosial əlaqələr rəqəmsal çıxışdan tutmuş səhiyyə, təhsil və məşğulluğa qədər bütün siyasətlərə inteqrasiya edilməlidir".
Sosial əlaqələr həyatı boyu sağlamlığı qoruya bilər. O, iltihabı azalda, ciddi sağlamlıq problemləri riskini azalda, psixi sağlamlığı inkişaf etdirə və erkən ölümün qarşısını ala bilər. Bundan başqa, sosial quruluşu gücləndirə, icmaların daha sağlam, təhlükəsiz və firavan olmasına kömək edir.
Xəzər
“Cebheinfo.az”
Baxış sayı:115
Bu xəbər 01 İyul 2025 11:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















