Icma.az
close
up
RU
Paşinyan Rusiya ilə Qərb arasında reveranslar edir Mətin Məmmədli

Paşinyan Rusiya ilə Qərb arasında reveranslar edir Mətin Məmmədli

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanla sülh prosesindən tam şəkildə geri çəkiləcəyini düşünmür. Amma hesab edirəm ki, o, hələ bir müddət də öz ziddiyyətli mövqeyini davam etdirəcək.

Bu barədə 525.az-a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Mətin Məmmədli Ermənistan rəsmilərinin  sülh prosesi ilə bağlı son açıqlamalarını şərh edərkən deyib.

Onun sözlərinə görə, Paşinyanın ziddiyyətli mövqeyini davam etdirməsinin əsas səbəblərindən biri Ermənistan daxilində revanşist qüvvələrin fəaliyyətdir:

“Yəni, Ermənistanın Baş naziri ehtiyat edir ki, hər hansı ciddi kompromisə getsə, ciddi addım atsa, hakimiyyətini itirə bilər. Ona görə də daxili siyasi təlatümlərdən ehtiyat edərək, vurğuladığım ziddiyyətli mövqeyi nümayiş etdirir. Amma son zamanlar revanşistlər kifayət qədər fəallaşıblar, o cümlədən də sabiq prezidentlər Robert Köçəryan və Serj Sarkisyan. Düşünürəm ki, revanşistlərin fəallaşması bütövlükdə sülh prosesinə neqativ təsir göstərir. Eyni zamanda, Ermənistan hakimiyyətinin addımlarına mənfi təsir edir”.

Ekspert , həmçinin İrəvanın son zamanlar Rusiyaya yönəlməsinin əsas səbəbləri ilə bağlı suala da aydınlıq gətirib:

“Paşinyanın tam olaraq Rusiyaya yönəldiyini güman etmirəm. Hər halda düşünürəm ki, o, Rusiya ilə Qərb arasında reveranslar edir. Xüsusilə, son zamanlar Rusiyaya doğru reveranslarını görürük. Bunun əsas səbəbi qlobal nizamda, daha dəqiq desək, Birləşmiş Ştatların siyasətində, mövqeyində baş verən dəyişikliklərdir. Əvvəllər Bayden administrasiyası birmənalı olaraq Ermənistana dəstək verirdisə, Ermənistan mərkəzli siyasət həyata keçirirdisə, regional siyasətində İrəvana böyük önəm verirdisə, Tramp administrasiyası sələfindən hələ ki, fərqli mövqe tutub, fərqli siyasət yürüdür. Görünür ki, Paşinyan və ətrafı düşünür ki, Birləşmiş Ştatların Ermənistana dəstəyi zəifləyib və bu səbədən də Rusiya ilə də ehtiyatlı davranmağa çalışırlar. Bütövlükdə isə hesab edirəm ki, Paşinyan Qərblə bağlı strateji siyasət həyata keçirir - Rusiyadan uzaqlaşmaq, Qərbə yaxınlaşmaq. Bu strategiyanı dəyişməyiblər, amma qeyd etdiyim ki, ABŞ-də baş verən dəyişiklikdən sonra Rusiyaya doğru müəyyən qədər  revereansları müşahidə olunur ki, bu da Tramp administrasiyasının mümkün siyasəti, perspektivdə, həm də cari həyata keçirdiyi regional siyasəti ilə bağlıdır”.

Pərvanə  Sultanova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://525.az
archiveBu xəbər 23 May 2025 15:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see204

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see130

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri