Icma.az
close
up
RU
525ci qəzet Ermənistanın militarizasiya siyasəti sülhə başlıca maneədir Mətin Məmmədli

525ci qəzet Ermənistanın militarizasiya siyasəti sülhə başlıca maneədir Mətin Məmmədli

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ermənistanın silahlanmasını bütövlükdə iki ölkə arasında danışıqlar prosesinə, bölgədə davamlı sülhün əldə olunmasına mane olan amillərdən biri kimi qəbul edirik. Eyni zamanda, bu silahlanma Ermənistanda revanşizm meyillərini xeyli gücləndirir.

Bu fikirləri 525.az-a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin ekspert Mətin Məmmədli deyib.

Ekspert bildirib ki, Ermənistanın silahlanması sülhə maneədir: “Çünki Ermənistan 30 ilə yaxın müddət ərzində Azərbaycan torpaqlarını işğal altında saxlayıb, hələ də öz qanunvericiliyində dövlətimizə qarşı ərazi iddiaları yer alır. Belə bir ölkənin silahlanması əlbəttə ki, Azərbaycan üçün müəyyən təhdidlər yaradır. Ermənistanın silahlanması  gələcəkdə Azərbaycana qarşı yeni işğalçı müharibəyə başlamağa təşviq edir. Amma açığı mən gözləmirəm ki, çox yaxın zamanda Ermənistan Azərbaycanla yenidən müharibəyə cəhd etsin. Ermənistan İkinci Qarabağ müharibəsində hərbi və siyasi baxımdan elə zərbə alıb ki, hərbi gücünü bərpa etmək üçün ona hələ çox vaxt lazımdır. İndi də iki ölkə arasında hərbi balans o dərəcədə onun ziyanınadır ki, hər halda mən güman etmirəm ki, Ermənistan Azərbaycana qarşı müharibəyə cürət etsin. Təbii ki, mən çox yaxın perspektivdən danışıram”.

Ekspert əlavə edib ki, silahlanmanın bir məqsədi var: “Gələcəkdə onlar qeyd etdiyim kimi yenidən ölkəmizə qarşı hərbi təxribatlara, müharibəyə əl ata bilərlər. Bu səbəbdən biz Ermənistanın militarizasiya siyasətini bölgədə sülhə başlıca maneələrdən biri kimi dəyərləndiririk”.

M.Məmmədli söyləyib ki, Ermənistanın silahlanmasında digər dövlətlər də iştirak edir: “Xüsusilə, aparıcı Qərb dövlətləri Fransanın timsalında Ermənistanın silahlanmasında iştirak edirlər. Bu da bölgədə sülhə daha bir maneə yaradır”.

Qərb dairələrinin Ukrayna cəbhəsində istədiklərinə nail ola bilməyib, Rusiyanın diqqətini başqa səmtə yönəltmək üçün yeni münaqişə ocağı yaratmaqla bağlı fikrə gəlincə, ekspert deyib ki, əslində Ukraynada heç bir tərəf öz məqsədinə çatmayıb: “Nə Qərb, nə Rusiya əsas məqsədinə çatıb. Deməkdə çətinlik çəkirəm ki, istər Rusiya olsun, istər Qərb olsun, yeni münaqişə ocağı açmağa çalışırlar. Hər halda daha çox Rusiya Ukrayna müharibəsinə fokuslanıblar, amma bütövlükdə mənzərə ondan xəbər verir ki, Fransanın və bəzi digər dövlətlərin Ermənistanı silahlandırması bütövlükdə regionda hərbi siyasi eskalasiyanı artıran amildir və belə də dəyərləndirilməlidir”.

Pərvanə Sultanova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:121
embedMənbə:https://525.az
archiveBu xəbər 02 Dekabr 2024 15:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri