Icma.az
close
up
RU
Paşinyan sabiq prezidentləri hədələdi: “Əsəblərimizlə oynamağı dayandırın, sizi tapdalayacağam, divara sürtəcəyəm və...

Paşinyan sabiq prezidentləri hədələdi: “Əsəblərimizlə oynamağı dayandırın, sizi tapdalayacağam, divara sürtəcəyəm və...

Icma.az, Mia.az portalına istinadən məlumatı açıqlayır.

“Ermənistanın hər üç keçmiş prezidenti hazırkı vəziyyətə görə indiki hökuməti günahlandırmağa çalışırlar, lakin hakimiyyət biz gəlməmişdən əvvəl uğursuzluğa düçar olub”.

Bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, keçmiş prezidentlər Ermənistanın Baş naziri ilə teledebatlarda iştirakdan imtina edirlər. Lakin bu debatlar baş tutsa belə, Paşinyan Ter-Petrosyanı, Robert Köçəryanı və Serj Sarkisyanı divara sürtməklə hədələyib.

“2020-ci ildən biz hakimiyyətə gələndə qaçılmaz olan vəziyyətə görə bizi günahlandırmağa çalışırlar, lakin onların hər üçü teledebatlarda iştirakdan imtina edirlər. Onlar deyirlər ki, mənimlə müzakirə edəcəkləri heç nə yoxdur. Sonra övladlarını, nəvələrini, nəticələrini, qayınanalarını, gəlinlərini, baldızlarını mətbuat konfransına göndərirlər. Mübahisə edəcək bir şeyin yoxdursa, susun. Hazırsınızsa, gəlin, danışaq. Əsəblərimizlə oynamağı dayandırın, sizi tapdalayacağam. Sizi divara sürtəcəyəm və siyasi cəsədlərinizin qalıqları oradan çıxarılacaq”, - Paşinyan deyib.

Həmçinin onlar Nikol Paşinyanın parlamentdə Dağlıq Qarabağ məsələsi ilə bağlı mümkün müzakirələr kontekstində səsləndirdiyi sərt bəyanatlara münasibət bildiriblər. Paşinyanın bəyanatlarından sonra eks-prezidentlər yanaşmalarını dəyişməyiblər. Onlar debatlarda iştirak etmək fikrində deyillər. 

Birinci prezident Levon Ter-Petrosyanın mətbuat katibi Arman Musinyan birbaşa Paşinyanın adını çəkmədən sosial şəbəkələrdə cavab yayıb. 

“O, dişləyə, ağlaya, hədələyə, şikayət edə, xəyali və olmayan şeylərdən danışa bilər. Amma o, heç vaxt Minsk Qrupunun Qarabağla bağlı rəsmi təkliflərini və Ermənistanın rəsmi cavablarını, o cümlədən 2019-cu ildə rədd etdiyi planı dərc etməyəcək”, - Musinyan qeyd edib.

O, bu cür bəyanatları daha sakit qəbul etmək lazım olduğunu deyib və bunu “kasıb ənənə” adlandırıb.

Ermənistanın ikinci prezidenti Robert Köçəryanın ofisinin rəhbəri Baqrat Mikoyan da Baş nazir Nikol Paşinyanın bəyanatlarını şərh edib. O, Baş nazirin son təhdid və bəyanatlarına kəskin reaksiya verib.

“Müzakirələr üçün ən yaxşı variant ən yaxın psixiatriya xəstəxanasının əməkdaşlarıdır. Ümumiyyətlə, arağı həblə qarışdırmaq olmaz”, - Mikoyan deyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:92
embedMənbə:https://mia.az
archiveBu xəbər 27 Mart 2025 10:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Putin güclü Rusiya obrazı yaradır

03 Oktyabr 2025 12:35see239

Nəsə olsa varlılar yox, siz kasıblar öləcəksiniz Video

03 Oktyabr 2025 10:52see194

Ferrari nin rəhbəri ilə anası arasında varislik davası Məhkəmə qərarı nə olacaq?

02 Oktyabr 2025 12:04see185

Ağdamda nənə nəvə evdə yandı YENİLƏNİB

02 Oktyabr 2025 15:21see161

Masdar: İlk panelin quraşdırılması Biləsuvar GES layihəsi üçün mühüm mərhələdir

02 Oktyabr 2025 14:55see160

Onlara qarşı əsassız və haqsız ittihamları qəbul etməyəcəyəm”

02 Oktyabr 2025 18:06see142

Zərdabda direktor və müavini İŞDƏN ÇIXARILDILAR

02 Oktyabr 2025 12:38see138

Samuxda ər boşanmaq istəyən arvadını başından bıçaqlayıb

02 Oktyabr 2025 07:46see136

Nura Surinin anası qazi imiş FOTO

03 Oktyabr 2025 00:20see130

Türkiyəli yutuber “Qarabağ”a görə TRT ni tənqid etdi Video

02 Oktyabr 2025 14:33see130

Xalq artisti Tünzalə Ağayeva “Best of Aygun” layihəsində VİDEO

03 Oktyabr 2025 19:21see126

Bu ölkədə sinəsinə silikon edən qadınlara AĞIR CƏZA KONKRET

03 Oktyabr 2025 00:37see123

Oktyabrın 3 də havanın temperaturu dəyişəcək

02 Oktyabr 2025 12:35see123

Donald Tramp Yaxın Şərqdə sülh planına dəstək verən ölkələrlə bağlı paylaşım edib

02 Oktyabr 2025 08:41see123

MDB Oyunları: Bu gün güləş və karate yarışlarına start veriləcək

03 Oktyabr 2025 08:12see122

HƏMAS üçün alternativ yol qalmayıb ŞƏRH

02 Oktyabr 2025 18:33see121

I Liqa: Səbail in Şamaxı sınağı, Şəfa MOİK ə qarşı

02 Oktyabr 2025 11:52see121

Tez tez boranı yeməyin orqanizmə 5 faydası

03 Oktyabr 2025 01:01see119

Yer getdikcə qaranlıqlaşır: Alimlər səbəbini açıqladılar

03 Oktyabr 2025 03:37see119

Polkovnik yeni generaldan yazdı: “Atası...”

02 Oktyabr 2025 18:04see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri