Icma.az
close
up
RU
Paşinyan seçki tarixini əvvələ çəkə bilər SƏBƏB

Paşinyan seçki tarixini əvvələ çəkə bilər SƏBƏB

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ermənistanda 2026-cı ilin iyununda keçiriləcək parlament seçkiləri öncəsi siyasi gərginlik artıb.

Xarici ekspertlər Ermənistanda Rusiyayönümlü qüvvələrin yeni seçki bloku üzərində işlədiyini və məqsədin Baş nazir Nikol Paşinyanın əsas siyasi xətti hesab edilən “sülh gündəmi"ni zəiflətmək, onun Qərblə yaxınlaşma siyasətini gözdən salmaq olduğunu qeyd edirlər.

“Beşinci kolon” adlandırılan qüvvələr kilsə faktorundan da geniş istifadə edirlər. Paşinyanla II Qaregin arasında gərginlik fonunda xaricdə, xüsusilə ABŞ-da “Ermənistanda xristianlara təzyiq” kimi iddiaların tirajlanması diqqət çəkir.

Bütün bunların fonunda gələn il keçiriləcək seçkilərdə Nikol Paşinyanın qalib gəlib-gəlməyəcəyi ciddi suallar doğurur.

Modern.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu bildirib ki, hazırda Baş nazir Nikol Paşinyanın qarşısındakı əsas hədəflərdən biri kilsəni parçalamaqdır:

“Nikol Paşinyanın partiyası erməni kilsəsinin yerləşdiyi Eçmiədzin ərazisində bələdiyyə seçkilərini qazandı.  Bunun özü belə parlament seçkilərində Paşinyanın qələbəsini təmin edə bilər. Paşinyanın qarşısındakı əsas hədəflərdən biri kilsəni parçalamaqdır. Hesab edirəm ki, bu gedişlə o, istəyinə nail olacaq”.

E.Şahinoğlu Rusiyanın seçkilərə müdaxilə imkanlarının olmadığını söyləyib:

“Rusiyanın elə bir güclü fiquru hazırda Ermənistanda yoxdur. Rusiya müxtəlif yollara əl atsa da, uğur qazanmadı. Köçəryanla Sarkisyanın reytinqi yoxdur. Karapetyanı ortaya atdılar, o da həbs olundu. İnanmıram ki, Paşinyan parlament seçkilərindən öncə onu həbsdən azad etsin. Bircə kilsə qalır. Kilsə də ittifaq qurub, Paşinyanı zəiflədə bilər. Amma Paşinyan bu istiqamətdə də üzərinə düşənləri edir. Əgər fövqəladə hadisə, terror, çevriliş alınmasa, Paşinyanın və partiyasının seçkidə qələbə qazanma ehtimalı getdikcə artır”.

Politoloqun fikrincə, Nikol Paşinyan terror və çevriliş cəhdlərini hesaba alaraq seçkiləri nəzərdə tutulan vaxtdan daha erkənə çəkə bilər:

“Terror və ya çevriliş cəhdi olub-olmayacağını söyləmək çətindir, çünki erməni radikalları bu işləri yaxşı bacarırlar. Bunu əvvəllər öz əməlləri ilə sübut ediblər. Paşinyan da bu ehtimalı hesablayır. Hesab edirəm ki,  Paşinyan radikal müxalifətin planlarını pozmaq məqsədilə seçkiləri iyunda yox, daha erkən keçirə bilər”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://modern.az
archiveBu xəbər 18 Noyabr 2025 11:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see294

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see292

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see280

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see259

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see251

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see246

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see239

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see235

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see229

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see228

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see215

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see205

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see201

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see200

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see198

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see198

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see196

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see185

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see184

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri