Icma.az
close
up
RU
Badamdardan Əhmədliyə avar çəkə çəkə üzüb gedirlər

Badamdardan Əhmədliyə avar çəkə çəkə üzüb gedirlər

Kulis.az saytına istinadən Icma.az xəbər verir.

Kulis.az Vüsal Bağırlının yeni yazısını təqdim edir.

Yağ, yağışım, yağ, sel ol, yağ!
Sırma-sırma, tel-tel ol, yağ!
Çözül, sən ki, kölgəli bir yar saçısan,
Bağrı yanıq səhraların əlacısan.
Yağ, yağışım, sellənərək,
Sırmalanıb tellənərək!

Mikayıl Müşfiq

Yağış yağır. Küçələr su içində. Əcəmi metrosunun ətrafı bir göl. Meylin çəkir tilov at, balıq tut. Maşınlar fısıltı ilə sağa-sola şütüyür, çirkli su şırnağı fəvvarə effektiylə ətrafa yayılır.

Ey yoldan ötən bəni-insan övladı, soyuqdan və rütubətdən büzüşüb cücəyə dönmüş piyada, sən diqqətli olmalısan! Sənin paltarın, şalvarın, plaşın, hətta alt paltarın bir anın içərisində lehməyə, lilli-gilli suya, palçığa, lıqqaya bata bilər.

Bax, mən də sənin kimi qəfləti yağışa düşmüşəm, narın damlalar altında cumculuq islanmışam. Birdən qarşıda bomboz səmanın və üşüdücü küləyin yırğaladığı ağaclar fonunda köhnə və xırıltılı avtobus görünür. O, nəhəng buzqıran gəmi kimi bulanıq suyu yara-yara düz üstümə gəlir. Ətrafa su şırnağı yağdırır.

İslanmamaq üçün üçün cəld kənara çəkilib taxta hasarın arxasında daldalanıram. Qarşıdakı səkidə gənc oğlan və qız dayanıb. Onların gizlənəcək yeri yoxdur. Avtobus isə lap yaxındadır, sürətlə gəlir. Heç dayanmaq, durmaq fikrində də deyil.

Vəziyyətdən çıxış yolu tapmayan oğlan qəribə varianta əl atır. Fürsət düşmüşkən qızı qucaqlayır, həm də onu gövdəsiylə fədakarca qoruyur. Təkərlərin altından sıçrayan bulanıq maye oğlanı soyuq, buz kimi duşa qonaq edir.

***

Fəsil girər-girməz intensiv başlayan yağışlar havaya nəm torpaq ətri əlavə etsə də, bəzi görünməyən məsələləri də yuyub lüt-üryan aşkara çıxarır. Şair demiş, göydə iki qara buludun toqquşub ildırımları şaqqıldatması, səmadan yağış ələməsi küçələri, həyət-bacaları və tunelləri sel-suyla doldurur. Yəqindir ki, azacıq da belə davam etsə, Xəzər hövzəsi Atlantik okeanı ilə birləşərək bizim Avropayla su yoluyla inteqrasiyamıza şərait yatadacaq.

Əvvəllər bu cür gur axınları, küçələri basan yağışı, qurşağadək suyun içinə girib dükan-bazara gedən şəhər sakinini yalnız sənədli filmlərdə, kinolarda, xəbər və informasiya buraxılışlarında təəccübdən donmuş, heyrətdən ağzı açıla qalmış şəkildə müşahidə edirdik. Hazırda isə bu hadisələr Bakının yaz-payız-qış həyatının gündəlik normasıdır.

İndi qosqoca şəhər Yanszı-Xuanxe, Missisipi çayı hövzələrində yerləşən selbasar şəhərlərə bənzəyir. Əgər təvazökarlığın uzaq sahillərindən boylanaraq hadisələrə fərqli rakursdan baxsaq, yağış və selin şəhər təsərrüfatındakı bəzi problemləri aşkara şıxarmasında müsbət məqamlar da tapa bilərik.

Axı bəzəkli idman komplekslərinə, örtülü su hovuzlarına, geniş və işıqlı idman basseynlərinə girişin, aylıq abunənin nə qədər baha olduğunu yaxşı bilirik! Etiraf etməliyik ki, küçələrimizin, tin və dalanlarımızın iti axan dağ çayına, həyət-bacalarımızın göl və nohur hövzəsinə çevirilməsi hamımızda üzgüçülüyə kütləvi maraq yaradacaq. Özü də pulsuz-parasız. Havayı məşğuliyyət. Soyun gir suya, üz də, nə qədər istəyirsən!

Düzdür, burada “Havayı pendir yalnız tələdə olur” ingilis atalar sözü yada düşsə də, digər tərəfdən, baş vermiş təbii hadisənin vindserfinq, dayvinq, raftinq kimi ekstremal idman növlərinin inkişafına təkan verəcəyini də qeyd etməliyik. Bundan başqa, turist və valyuta axını, beynəlxalq miqyasda ajiotaj, reklam-biznes işləri də öz yerində. Yağışların intensivliyi əgər gələcəkdə də bu qaydada davam edəcəksə küçə, tunel və prospektllərdə balıqların (osetrin, kütüm. beluqa) və digər ekzotik su heyvanlarının yaranması da mümkündür.

Təsəvvür edin, su gəlir, küçələr dolur, avtobus məcburi şəkildə dayanır, tıxacdır. Sərnişinlər isə darıxmasın deyə gölməçələrə tilov atıb balıq tuturlar. Yaxud da, qayığa minib Badamdardan Əhmədliyə avar çəkə-çəkə üzüb gedirlər. Kəsə yolla. Həm ətrafı canlı şəkildə seyr edirsən, həm təmiz hava udursan, həm də mənzil başına vaxtında çatırsan.

***
Yadınızdadırsa, bir neçə il əvvəl Parisdə də güclü leysanlar Sena çayını daşırmışdı. Kanalizasiya xətləri suyla dolmuş, yollar keçilməz olmuşdu. Özü də o kanalizasiya xətləri ki, onların unikal dolanbacları, qeyri-adi labirintləri, mükəmməlliyi barədə Viktor Hüqonun məşhur "Səfillər”ində söhbət açılır.

Gördüyünüz kimi inqilablar beşiyi, sivilizasiyanın mərkəzi, yüksək dəb, moda, müasirlik aləmi, əsrarəngiz parfümlər, şampan və şərablar diyarı, sevgi şəhəri belə adicə yağışın, daşan çayın əlində aciz qala bilir. Onda qalmış biz olaq.

Beləliklə, su aydınlıqdır və təbiət hadisələri həmişə bir hüzur gətirir, özünəməxsus romantika yaradır. Belə məqamlarda insanı fəlsəfi düşüncələrə dalır.

Yağış xeyirə yozulur həmişə. Yoxsa ki, xeyli müddətdir, tozun-torpağın, gilin içində batıb qalmışdıq. Yağış yağdı və küçələr təmizləndi, binalar, ağaclar yuyunub təravətləndi.

Biz isə bir növ, aydınlığa çıxdıq.

Qızını internetdə axtaran ana Hitler Bakını niyə ələ keçirmək istəyirdi? Qaloş pirinin kəraməti
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:360
embedMənbə:https://kulis.az
archiveBu xəbər 17 Aprel 2025 15:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see556

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see480

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see437

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see303

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see299

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see295

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see288

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see283

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see276

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see266

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see252

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see244

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see235

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see223

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see220

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see197

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see189

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see184

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see181

Mətanət A işçilərin maaşının bir hissəsini depozit saxlayırmış

01 Noyabr 2026 11:14see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri