Icma.az
close
up
RU
Nikol seçkilərdə qələbə qazandıqdan sonra Konstitusiyanı dəyişdirəcək PROQNOZ

Nikol seçkilərdə qələbə qazandıqdan sonra Konstitusiyanı dəyişdirəcək PROQNOZ

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

Ermənistanda Konstitusiya dəyişiklikləri ilə bağlı işlər davam edir. Nikol Paşinyan hökuməti qapalı şəraitdə Konstitusiya dəyişikliyi layihəsinin hazırlanması ilə məşğul olan qrup yaradıb.

Bu  barədə “Past” qəzeti məlumat yayıb.

Erməni nəşri yazıb ki, qrup tanınmış hüquqşünaslar və siyasi-ictimai xadimlərin daxil olduğu Konstitusiya İslahatları Komissiyasına əlavə olaraq formalaşdırılıb:

“Bir neçə həftə əvvəl ədliyyə naziri Srbuhi Qalyan bəyan etmişdi ki, Ermənistanda Konstitusiya dəyişiklikləri üzərində iş 2018-ci ildən dərhal sonra başlayıb və bu prosesi hər hansı xarici amillə (Azərbaycanla) əlaqələndirmək düzgün deyil, bu, Ermənistanın daxili məsələsidir.

Xatırladaq ki, Azərbaycan uzun müddətdir Ermənistandan Konstitusiyaya düzəlişlər tələb edir, Konstitusiyanın preambulasında Azərbaycanın ərazi bütövlüyünü təhdid edən müddəaların (ərazi iddialarının) olduğunu qeyd edir. Ermənistan hakimiyyəti Konstitusiya Məhkəməsi vasitəsilə bir qərar çıxarsa da, Azərbaycan Konstitusiyanın preambulasında Müstəqillik Bəyannaməsinə istinadın saxlanmasının gələcəkdə problemlər yarada biləcəyini bəyan edərək, İrəvanın mövqeyi ilə qətiyyən razılaşmır.

Konstitusiya Məhkəməsindəki mənbələrimizin verdiyi məlumata görə, Paşinyan vəkillərinə yeni layihədən Müstəqillik Bəyannaməsini tamamilə çıxarmaq, eləcə də sülh sazişinin imzalanmasına xələl gətirməyəcək bir ifadənin daxil edilməsi barədə göstəriş verib. Hakimiyyət nə qədər inandırmağa çalışsa da ki, düzəlişlərin bununla heç bir əlaqəsi yoxdur, fakt budur ki, Ermənistanda Konstitusiya məhz Azərbaycanın tələbi ilə dəyişdirilir”.

“Past”ın iddiasına görə, Ermənistanda Konstitusiya dəyişikliyinə dair referendum 2026-cı ilin iyununda parlament seçkiləri ilə eyni gündə keçiriləcək: “Rəsmilər yeni Konstitusiyanın həmin vaxta qədər hazır olacağını istisna etmirlər”.



Politoloq Oqtay Qasımov “Sherg.az”a bildirib ki, Ermənistanda Konstitusiya dəyişiklikləri ilə bağlı məsələ 2018-ci ildə qaldırılmışdı:


“Bu dəyişikliklər fərqli mahiyyət daşıyırdı. Amma hazırda Azərbaycanın Ermənsitandan tələbləri bu dəyişikliklərin mahiyyətini ciddi şəkildə fərqləndirir. Azərbaycan Ermənistan Konstitusiyasında “Müstəqillik Bəyannaməsinə”istinadın və bunun əsasında Azərbaycana qarşı irəli sürülən ərazi iddialarının ləğvi ilə bağlı dəyişikliklər istəyir. Paşinyan hakimiyyəti də bunu anlayır. Lakin Ermənistan cəmiyyətindəki  revanşist qüvvələr, kilsə və digərləri bu məsələnin əleyhinə olduğuna görə dəyişiklıiyi həyata keçirmək mümkün deyil. Amma Nikol Paşinyan anlayır ki, Konstitusiyada dəyişiklik edilməyənə qədər Azərbaycanla, həmçinin Türkiyə ilə münasibətlərin normallaşacağı mümkün olmayacaq. Bu isə Ermənistan üçün yenə də  “dalan” vəziyyətinin qalmasını sürətləndirəcək. Ermənistan bölgədəki bütün layihələrdən kənarda qalacaq. Bu baxımdan, Ermənistanda Konstitusiya dəyişikliklərinin edilməsi şərtdir”. 

Politoloq qeyd edib ki, Ermənistan Konstitusiyasında dəyişikliklər 2026-cı ildə seçkilərlər eyni gündə keçirilməsi iddiası inandırıcı deyil:

“Çünki  bu məsələnin paralel şəkildə gündəmə gətirilməsi müsbət nəticə verməyəcəyini Ermənistan hakimiyyəti yaxşı bilir. Hətta müxalifətdə bundan  Paşinyan hakimiyyətinin əleyhinə istifadə edə bilər. Nikol seçkilərdə qələbə qazandıqdan sonra Konstitusiyada dəyişiklik edəcək. Paşinyan bu dəyişikliklərdə isə Azərbaycanın tələblərini nəzərə almalıdır. Əks təqdirdə, sülh müqaviləsi imzalanmayacaq. Bu isə bölgədə kommuniksasiyaların açılmasına mənfi təsir edəcək. Bu mənada, Ermənistan “dalan” vəziyyətində qalmalı olacaq”. 



Kəmalə  Vəliyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:57
embedMənbə:https://sherg.az
archiveBu xəbər 04 Avqust 2025 14:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see187

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see159

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see158

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see158

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see152

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see148

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see143

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see141

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see136

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see136

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see135

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see135

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see135

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see134

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see134

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see133

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see130

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri