“Paşinyan sülh sazişi imzalamasa, seçkini uduzacaq" Zərdüşt Əlizadə
Icma.az xəbər verir, Bakupost saytına əsaslanaraq.
“Məlum olduğu kimi, 2026-cı ildə Ermənistanda parlament seçkiləri keçiriləcək. O vaxta qədər Nikol Paşinyana müsbət nəticələr lazımdır. Bu müsbət nəticə isə Azərbaycanla əldə edilmiş sülh müqaviləsi, sərhədlərin açılması, nəhayət, müharibə təhlükəsinin olmamasıdır. Sadalananlar Paşinyan üçün vacib amillərdir”.
Bu fikirləri Bakupost.az -a politoloq Zərdüşt Əlizadə bildirib.

O qeyd edib ki, əgər sadalananlar öz həllini taparsa, onda Paşinyanın partiyasına seçkilərdə qələbə qazanmaq imkanı yaranacaq:
"Bundan başqa variant yoxdur. Çünki Azərbaycanla yeni müharibə Ermənistanın məğlubiyyəti və nəhayət, Paşinyanın növbəti seçkilərdə uduzması deməkdir. Bu mənada sülh Azərbaycandan çox Ermənistana lazımdır”.
Sevinc,
BakuPost
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 09 Yanvar 2025 11:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















