Icma.az
close
up
RU
"Oyunbazlıqla camaatın başını tovlayırlar" Zərdüşt Əlizadə

"Oyunbazlıqla camaatın başını tovlayırlar" Zərdüşt Əlizadə

Icma.az, Bakupost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Donald Tramp Fars körfəzinin adının "Ərəb körfəzi"nə dəyişdirilməsini elan etmək niyyətindədir. Məlumata görə, strateji əhəmiyyətə malik körfəzin adının dəyişdirilməsi ilə bağlı qərar regiondakı ərəb dövlətlərinin, xüsusilə də Səudiyyə Ərəbistanının istəyi ilə qəbul edilib. Trampın bu qərarı mayın 13–16-da Səudiyyə Ərəbistanına planlaşdırılan səfəri zamanı açıqlayacağı bildirilir.

Son məlumatlara əsasən, Fars körfəzinin adı bəzi istifadəçilər üçün “Google Maps” platformasında artıq “Ərəb körfəzi” kimi göstərilib. Belə ki, Yaxın Şərq regionunda olan istifadəçilər həm “Fars körfəzi”, həm də “Ərəb körfəzi” ifadələrini axtarsalar da, xəritədə “Ərəb körfəzi” adı əks olunur.

Trampın bu qərarının arxasında hansı məqsəd dayanır? Siyasi ekspertlər bu barədə nə düşünür?

Mövzu ilə bağlı Bakupost.az-a danışan politoloq Zərdüşt Əlizadə Trampın bu niyyətini sərt şəkildə tənqid edib:


“Tramp haqqında bütün dünya nə deyir? Deyir ki, şoumendir, savadsızdır. Amerika xalqı onu seçib deyə prezidentdir. Durub boş-boş danışır. Deyir, rüsumları mən tətbiq etmişəm, bu, Amerikanın böyük gəliridir. Bəs bu rüsumları kim ödəyəcək? Amerikanın alıcıları. Trampsa deyir, bu, Amerikanın gəliridir. İqtisadiyyatdan başı çıxmır".

Politoloq bildirib ki, Tramp dünyanın Meksika körfəzi kimi tanıdığı körfəzin adını Amerika körfəzi qoyub və Google Maps da məcbur qalıb onun adını dəyişib:

"Burda nəsə dəyişir? Bu ona bənzəyir ki, Ermənistanda türk adlarını dəyişib erməni adları etdilər. Onlar bizdə də Azərbaycan adlarını dəyişib erməni adları etdilər. Bununla nəsə dəyişdi? Bu, sadəcə, bunu edən insanların dayazlığını, tərbiyəsizliyini, səfehliyini göstərir. Fars körfəzinin bir tərəfində farslar, o biri tərəfində ərəblər yaşayır. O körfəz dünya xəritələrində Fars körfəzi adlanır. Tramp bəzi ərəblərə xoş gəlmək üçün onun adını Ərəb körfəzi qoymaq istəyir. Google da onun adını dəyişir. Sonra nə olacaq? Dünya bundan sonra deyəcək ki, bu, Ərəb körfəzidir? Yox, elə Fars körfəzi deyəcək. Mahiyyət qalır qıraqda, zahiri oyunbazlıqla camaatın başını tovlayırlar”.

Lalə,

BakuPost


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:212
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 08 May 2025 17:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri