"20 ildən sonra Avropa İttifaqı olmayacaq, Paşinyan nağıl danışır" Zərdüşt Əlizadə
Icma.az xəbər verir, Bakupost saytına əsaslanaraq.
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin 20 ildən sonra Avropa İttifaqının (Aİ) üzvü olmasını istədiyini bildirib.
“Bakupost” xəbər verir ki, Paşinyan bu barədə Dublində Beynəlxalq və Avropa Məsələləri İnstitutunda çıxışı zamanı danışıb.
Qeyd edək ki, 2025-ci ilin martında Ermənistan parlamenti ölkənin Aİ-yə üzvlük prosesinə başlanması haqqında qanun qəbul edib.
Politoloq Zərdüşt Əlizadə “Bakupost”a bildirib ki, Paşinyan hiyləgər olsa da, savadı çox aşağı səviyyədədir:
“İnsanları aldada bilir. Amma onun iqtisadi biliyi dərin deyil. O anlamır ki, 20 ildən sonra Avropa İttifaqı ümumiyyətlə olmayacaq. Hətta ola da bilsin bu daha tez, 5 ildən sonra baş versin. Aİ-nin xeyli problemləri var. Qurum dərin böhran içindədir. Amma erməni cəmiyyəti cahil olduğunda, Aİ haqqında şirin vədlər danışaraq, onları aldatmaq olar”.
Ekspertin fikrincə, Paşinyanın Ai vədləri sadəcə olaraq əhalini aldatmaqla öz vəziyyətinin möhkəmləndirilməsinə hesablanıb:
“İndiki məqamda vəzifəsini möhkəmləndirmək, xalqa şirin nağıllar danışmaq üçün Paşinyana Aİ-yə üzvlük məsələsini inadla cəmiyyətə sırıması lazımdır. Hamı da elə bilir ki, yolları daha yaxşı yaşayışın olduğu Avropayadır. Boş söhbətlərdir. Sadəcə, xalqın avamlığından istifadə edib, nağıl danışırlar”.
Rüfət Sultan,
BakuPost
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 16 Noyabr 2026 17:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















