Icma.az
close
up
RU
Paşinyan Türk İttifaqı ilə gizli sövdələşməyə can atır: Onun siyasi karyerası indi Bakı və Ankaradan asılıdır

Paşinyan Türk İttifaqı ilə gizli sövdələşməyə can atır: Onun siyasi karyerası indi Bakı və Ankaradan asılıdır

Icma.az, Olke.az saytına istinadən bildirir.

ABŞ və Qərbə ümidləri doğrulmayan, Rusiyanın genişmiqyaslı təzyiqlərinin hədəfinə çevrilən Paşinyan hakimiyyəti üzünü Azərbaycan və Türkiyəyə çevirməyə çalışır... Ona görə də, seçki ərəfəsində Azərbaycan-Türkiyə İttifaqının Ermənistana yönəlik mövqeyi böyük ehtimalla bu ölkədə siyasi hakimiyyət uğrunda mübarizənin nəticələrini böyük ölçüdə təyin edə bilər...

Ölkə.az "Yeni Müsavat"a istinadən xəbər verir ki, Cənubi Qafqaz regionu ətrafında çənbər daralır. Belə ki, genişmiqyaslı savaşların əhatə dairəsi tədricən Cənubi Qafqaza doğru irəliləyir. Hər halda, bu regiona iki qonşu dövlət hazırda dağıdıcı savaş içərisindədir. Belə ki, Rusiya Ukraynaya qarşı işğalçı savaş aparmaqda davam edir. Ona görə də, hazırda Rusiya yalnız Ukrayna ilə savaş deyil, həm də rəsmi Kiyevin Qərbdəki NATO üzvü olan müttəfiqləri ilə də amansız qarşıdurma vəziyyətinə məhkumdur. Və Rusiyanın bu “savaş bataqlığı”ndan nə vaxt, həm də necə çıxa biləcəyi hələlik müəmmalı xarakter daşıyır.

Cənubi Qafqaza digər qonşu dövlət – İran isə hazırda İsraillə amansız müharibə vəziyyətindədir. Üstəlik, İran da Rusiya kimi, Qərbin İsraili dəstəkləyən dövlətlər koalisiyası ilə də qarşıdurmaya məhkumdur. Çünki rəsmi Tehranın ənənəvi müttəfiqlərinin – Çin, Rusiya və Şimali Koreyanın hələlik İrana dəstəyi daha şox İsrailə yönəlik qınayıcı bəyanatlarla məhdudlaşır. İsrail isə ABŞ, Böyük Britaniya, Fransa, Almaniya və s. dövlətlər tərəfindən intensiv şəkildə dəstəklənir. Və hətta yaxın vaxtlarda ABŞ-ın öz müttəfiqləri ilə birlikdə İrana qarşı savaşa qatıla biləcəkləri də qətiyyən istisna olunmur.

Onu da qeyd etmək lazımdır ki, Cənubi Qafqaza qonşu olan dövlətlərin genişmiqyaslı müharibəyə məhkum olması bu regionu da real təhlükə qarşısında buraxır. Çünki region ətrafında baş verənlər istənilən halda, Cənubi Qafqazda cərəyan edən geopolitik proseslərə də təsir göstərir. Hətta bu “savaş çənbəri” bir az da daralarsa, onda Cənubi Qafqaz üçün “domino effekti”nin yarana biləcəyi də qətiyyən istisna deyil. Və bu baxımdan, region dövlətlərinin yaxın gələcək üçün geopolitik seçim edilməsi ilə bağlı manevrlərə məcbur qaldığı da qətiyyən şübhə doğurmur.

Maraqlıdır ki, Cənubi Qafqaz ətrafında yaranmış situasiya hazırda ən çox Ermənistana təsir göstərir. Belə ki, bir müddət öncəyə qədər Qərbdən gözlədiyi dəstəyi ala bilməyən rəsmi İrəvan Rusiya ilə münasibətlərin normalaşdırılması barədə düşünmək məcburiyyətində qalmışdı. Hətta ABŞ-da Tramp administrasiyasının hakimiyyətə gəlişindən sonra Paşinyan hakimiyyəti ümumiyyətlə, Rusiyanın orbitinə qayıtmağın mümkün yollarını axtarırdı. Və rəsmi İrəvan Qərbə inteqrasiya kursunun iflasa uğradığına əmin olmağa başladığından Kremlə barışıq mesajları da verməyə başlamışdı.

Məsələ ondadır ki, Kreml də Ermənistanın yenidən Rusiyanın nəzarət zonasına salınmasını əsas prioritetlərin sırasına daxil edib. Ancaq Kremldə rəsmi İrəvanın müstəqilliyini tamamilə məhdudlaşdırıb,  Ermənistanı Rusiyanın qeyri-formal quberniyasına çevirməyi hədəfləyib. Paşinyan hakimiyyəti isə müxtəlif manevrlərlə, ən pis halda, Rusiya-Ermənistan münasibətlərini Qərbə inteqrasiya kursundan öncəki keyfiyyətə qaytarmağa cəhd göstərirdi. Və bununla da Paşinyan hakimiyyəti Ermənistanın Qərbə qaçışı üçün zaman qazana biləcəyinə ümid bəsləyirdi.

Ancaq rəsmi İrəvanın bu istiqamətdə hesablamaları yenə də boşa çıxmağa başlayıb. Belə ki, ABŞ və Qərb Ermənistana Rusiyanın orbitinə qayıtmaq şansı tanımaq niyyətində olmadığını açıq-aşkar biruzə verir. Hər halda, Qərb siyasi dairələrinin bulaşdığı, Rusiyaya da birbaşa təsir göstərən iki amansız savaşın mövcud olduğu şəraitdə Kremlin Ermənistanı öz təsir dairəsinə salmasını qətiyyən istəmirlər. Və ona görə də, Paşinyan hakimiyyətinə Qərbə inteqrasiya kursuna sadiq qalmaq təlimatı verilmiş kimi görünür.

Maraqlıdır ki, Paşinyan hakimiyyəti Qərbdən alınan bütün təlimatları qeyd-şərtsiz yerinə yetirmək məcburiyyətindədir. Ancaq indiki qəliz situasiyada rəsmi İrəvan Rusiya ilə siyasi qarşıdurmanı davam etdirməkdə çətinlik çəkir. Çünki ABŞ və Qərb hazırda Ukrayna savaşı ilə bağlı da Rusiyaya müəyyən güzəştlər etməyə başlayıb. Kreml isə nisbətən “rahat nəfəs almaq şansı” qazandığı üçün indi yenidən Cənubi Qafqaza can atır. Bu regionda əvvəlki mövqelərini bərpa etmək iddiasında olan Rusiya ilk olaraq, Ermənistanı, daha dəqiq desək, məhz Paşinyan hakimiyyətini hədəfə alıb. Və Ermənistanda keçiriləcək növbəti parlament seçkilərində Paşinyan hakimiyyətinin dəyişdirilməsi planları qurulur.

Onu da qeyd etmək lazımdır ki, Kreml Rusiyanın Ermənistandakı bütün təsir mexanizmlərini artıq hərəkətə gətirib. Belə ki, Ermənistan ordusundakı Rusiya agentləri Kremldən təlimat gösləyirlər. Rusiya kəşfiyyatının nəzarətində olan erməni kilsəsi və silahlı “Qarabağ klanı” da Krermlin Paşinyan hakimiyyətinə qarşı əsas zərbə qüvvəsi olmağa çoxdan hazırdır. Və hazırda Rusiya kəşfiyyatının fəallaşdırdığı bu casus şəbəkəsi Paşinyan hakimiyyətinə qarşı hərəkətə keçməklə yanaşı, səbrsizliklə seçkilərin yaxınlaşmasını gözləyir.

Paşinyan hakimiyyəti isə real təhlükənin uzaqda olmadığını tam dəqiqliyi ilə anlayır. Ona görə də, baş nazir Hikol Paşinyan yenə də Qərbdən umduğu dəstəyi hələlik ala bilmədiyindən hazırda iki istiqamət üzrə prinsipial manevrlər etməyə çalışır. Birinci istiqamət üzrə erməni baş nazir yalnız silahlı “Qarabağ klanı”na qarşı deyil, həm də erməni kilsəsinə qarşı açıq savaş başladıb. Və baş nazir Nikol Paşinyan növbəti parlament seçkiləri ərəfəsində bu savaşdan təkbaşına çıxa bilməyəcəyini də tam dəqiqliyi ilə anlayır.

Ona görə də, erməni baş nazir Azərbaycan və Türkiyəyə yönəlik yaxınlaşma manevrləri etməyə cəhd göstərir. Belə ki, baş nazir Nikol Paşinyanın Azərbaycanı Qurban Bayramı münasibətilə təbrik etməsi konkret hədəflərə yönəlik addım idi. Böyük ehtimalla erməni baş nazir bununla həm iki ölkə arasında münasibətlərin normallaşdırılmasının təşəbbüskarı, həm də rəsmi Bakı ilə anlaşma potensialı olan dövlət başçısı kimi görünməyə çalışır. Və bu manevrlərin rəsmi Bakının Paşinyan hakimiyyətinə səhnəarxası dəstəyini təmin edə biləcəyinə ümid bəsləyir.

Digər tərəfdən, baş nazir Nikol Paşinyan Türkiyəyə münasibətdə də oxşar manevrlərə həvəs göstərir. Belə ki, erməni baş nazir Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib, Qurban Bayramı münasibətilə təbrik etməsi də onun rəsmi Ankaranın dəstəyinə ehtiyac duyduğunu təsdiqləyir. Üstəlik, baş nazir Nikol Paşinyan Ankaraya səfər edərək, Türkiyə lideri ilə birbaşa danışıqlar aparmağa da xüsusi önəm verir. Əgər, bu səfərdən rəsmi Ankaranın tolerant münasibətinə nail olaraq, ayrılmağı bacararsa, rəsmi Bakıdan da oxşar yanaşmaya ümid edə biləcəyini düşünür. Və seçki ərəfəsində Azərbaycan-Türkiyə İttifaqının Ermənistana yönəlik mövqeyi böyük ehtimalla bu ölkədə siyasi mübarizənin gələcək taleyini böyük ölçüdə təyin edə bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://olke.az
archiveBu xəbər 18 İyun 2025 20:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyevlə Paşinyanın Ağ Evdə görüşü gözlənilir

06 Avqust 2025 08:40see287

Vaşinqton görüşü nə vəd edir?

07 Avqust 2025 01:26see212

Okeanın möcüzəsi ilə bağlı PROBLEM: Dünyanın ən böyük mərcan rifinin üçdəbiri yox olub

07 Avqust 2025 05:01see198

Doğuşdan sonra üzündə qorxunc izlər yaramağa başlayan qadın təcrübəsini paylaşdı FOTO

06 Avqust 2025 07:18see135

Yəhudilərə qarşı nifrət cinayətləri rekord həddə çatıb FTB

06 Avqust 2025 07:39see132

Gündə cəmi bir kolbasa 11 xəstəlik riski yaradır Həkimdən ciddi xəbərdarlıq

07 Avqust 2025 04:05see129

Çempionlar Liqası: Fənərbaxça Feyenoord a məğlub oldu

07 Avqust 2025 01:03see129

Həzm problemlərinin qarşısını necə almaq olar? Ekspert rəyi

07 Avqust 2025 01:02see127

Oskar ödüllü məşhur aktyora ağır itki üz verdi

07 Avqust 2025 01:55see124

Şəmkirdə dəhşətli qəzada ölənlərin kimliyi açıqlandı

07 Avqust 2025 09:21see123

Almaniya 100 milyard avroluq fond yaratmağa hazırlaşır

07 Avqust 2025 00:04see119

İranın yol və şəhərsalma naziri Şahin Mustafayev ilə görüşüb

06 Avqust 2025 10:32see118

Ağstafada yol qəzası ölümlə nəticələndi

06 Avqust 2025 08:56see117

“The New York Times”: Çin borc içində boğulur...

07 Avqust 2025 00:16see117

Uşaqlara GTA oynamaq qadağan ediləcək

07 Avqust 2025 01:24see116

Şagirdlər dünyaca məşhur universitetin yay məktəbinə qatılıblar

07 Avqust 2025 00:01see116

“Bolqarıstana sərfəli nəticə qazanmaq üçün gəlmişik” Sekidika

07 Avqust 2025 01:14see116

Bred Pittin ən çox gəlir gətirən filmi

06 Avqust 2025 08:32see115

Netanyahu ilə İsrail təhlükəsizlik rəhbəri arasında SAVAŞ BAŞLADI: Kim qalib gələcək? KONKRET

06 Avqust 2025 15:57see115

Əfsanədən onun şıltaqlığına reaksiya

07 Avqust 2025 07:16see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri