Icma.az
close
up
RU
Fransa: Makron ölkəni Avropanın “xəstə adamı”na çevirib

Fransa: Makron ölkəni Avropanın “xəstə adamı”na çevirib

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 8 sentyabr, AZƏRTAC

Fransanın son üç ildə dördüncü Baş naziri olan Fransua Bayru bazar ertəsi günü etimad səsverməsini itirəcək və avro zonasının ikinci ən böyük iqtisadiyyatını daha da siyasi qeyri-müəyyənliyə sürükləyəcək. Rusiya-Ukrayna müharibəsi, Çinin artan dominantlığı və ABŞ-la ticarət gərginliyi fonunda birliyə can atan Avropa üçün kritik bir məqamda hökumətin dağılması Fransanın iflicini dərinləşdirə bilər.

AZƏRTAC xəbər verir ki, Fransa təcili olaraq maliyyə vəziyyətini bərpa etmək zərurəti ilə üzləşir. “Reuters” agentliyinin yazdığına görə, keçən ilki kəsir Aİ-nin istehsal həddi olan 3%-dən təxminən iki dəfə çox idi, dövlət borcu isə ÜDM-in 113,9%-nə çatıb.

Sentyabrın 8-nə planlaşdırılan etimad səsverməsi Baş nazir Fransua Bayru tərəfindən büdcədə ciddi ixtisarlar aparmağı planlaşdırdığı üçün çağırılıb. Fransa hökumətinin başçısı 2026-cı il üçün büdcə planını təqdim edib ki, bu sənədə 44 milyard avro vergi artımı və xərclərin azaldılması, o cümlədən pensiya və sosial müavinətlərin kəsilməsi, habelə varlıların hələ də müəyyən edilməmiş “həmrəylik töhfəsi” daxildir.

Siyasi spektrdəki müxalifət liderləri Bayrunu hakimiyyətdən kənarlaşdıracaqlarını açıq şəkildə bildirirlər.

“Bu böhran Prezident Emmanuel Makron və ona xidmət edənlərin hamısı tərəfindən təhrik edilib və qızışdırılıb”, -deyə “Milli Birlik” fraksiyasının lideri Marin Le Pen bazar günü deyib. O əlavə edib: “Bu gün onların üzündən Avropanın “xəstə adamı” məhz Fransadır”.

“Hökumət yıxılacaq” deyən ifrat solçu “France Insoumise” (İtaətsiz Fransa”) (LFI) partiyasının lideri Jan-Lyuk Melanşon digər sol və sağçıların oxşar bəyanatlarını təkrarlayıb.

Bayrunun istefaya göndəriləcəyi təqdirdə Prezident Makron çox güman ki, onun mühafizəkar sələfi Mişel Barnyenin istefasından bir ildən az bir müddət sonra büdcəni parlamentdən keçirə biləcək başqa bir Baş nazir tapmalı olacaq.

Makron ötən il olduğu kimi, bu günə qədər parlamentin buraxılmasını istisna edir.

“Reuters” yazır: “Makron 2024-cü ildə növbədənkənar seçkilər elan etdikdən sonra Fransa siyasi böhrana qərq olub və nəticədə parlament havadan asılı vəziyyətdə qalıb.

Onun 2022-ci ildən bəri çoxluğu olmayan öz ittifaqı daha da kiçildi, anti-immiqrant ifrat sağçı “Milli Birlik”

isə ən böyük partiya olaraq ortaya çıxdı. İndi dərindən parçalanmış solçu partiyaların sərbəst koalisiyası ən böyük blok kimi meydana çıxır. Heç bir partiya çoxluğa malik deyil”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Sentyabr 2025 11:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see235

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see226

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see223

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see219

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see213

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see208

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see206

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see203

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see202

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see198

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see196

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see193

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see193

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see193

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see192

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see192

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see190

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see189

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see186

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri