Paşinyan Vaqarşapatdakı qələbəni Eçmiədzinin azad edilməsi adlandırdı
Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ermənistan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Vaqarşapatda keçirilmiş seçkilərinin ilkin nəticələrinə görə, hakim “Vətəndaş Müqaviləsi” Partiyası qalib gəlib. Bu, 47 seçki məntəqəsinin hamısından bülletenlər sayıldıqdan sonra məlum olub.
Hakim partiya Vqarşapatda səslərin 48,5%-ni toplayaraq, ağsaqqallar icma şurasında çoxluq və icmanı təkbaşına formalaşdırmaq imkanı əldə edib.
Modern.az xəbər verir ki, Vaqarşapat İcma Şurasındakı yerlər uğrunda səkkiz siyasi qüvvə mübarizə aparıb.
Vaqarşapat seçkiləri Ermənistanın Baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi hakim komanda üçün bir sıra səbəblərdən vacibdir. Eçmiədzin sadəcə başqa bir icma deyil, Ermənistanın mənəvi paytaxtıdır. Bu seçkilərdə qələbə hakimiyyət üçün Erməni Apostol Kilsəsi ilə qarşıdurma kontekstində əhəmiyyətlidir. Səsvermənin nəticələri ictimai əhval-ruhiyyənin göstəricisi olacaq. Paşinyan üçün burada qələbə seçki kampaniyasında iştirak edən əsas müxalifət qruplarının zəifləməsi deməkdir.
Ermənistanın Baş naziri Nikol Paşinyan partiyasının Vaqarşapatdakı qələbəsini Bütün Ermənilərin Katolikosu II Qareginin taxtdan salınması üçün "mandat" kimi qəbul edib. O bu açıqlamanı sosial mediada verib.
Paşinyan xalqı demokratik seçkilər münasibətilə təbrik edib. Baş nazir hesab edir ki, !Vətəndaş Müqaviləsi”nin namizədi Argişti Mekhakyanı lider seçməklə icma sakinləri ölkə uğrunda həlak olanların xatirəsini əbədiləşdirməyin ən yaxşı yolunun dinc, çiçəklənən və demokratik Ermənistan yaratmaq olduğunu təsdiqlədilər.
"Siz dövlətçiliyimizi, müstəqilliyimizi, suverenliyimizi və azadlığımızı gücləndirmək üçün “Vətəndaş Müqaviləsi” strategiyasına sarsılmaz dəstəyinizi nümayiş etdirdiniz. Seçkinizlə Eçmiədzinin Ana Taxtının Ktriç Nersisyandan (katolikosun ruhanilər üçün qəbuledilməz olan dünyəvi adı) azad edilməsi prosesinə mühüm təkan verdiniz", - deyə baş nazir yazıb.
Onun sözlərinə görə, “Vətəndaş Müqaviləsi” partiyasının Eçmiədzindəki qələbəsi 2026-cı il milli parlament seçkilərinə hazırlıqdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 17 Noyabr 2025 10:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















