Icma.az
close
up
RU
Paşinyan və rəqibləri: Ermənistanda siyasi yarış başladı

Paşinyan və rəqibləri: Ermənistanda siyasi yarış başladı

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

Ermənistanda 2026-cı ilin iyun ayında keçiriləcək parlament seçkilərində baş nazirliyə namizədlər müəyyənləşib. 

Baş nazir Nikol Paşinyan hakim “Vətəndaş Müqaviləsi” Partiyasından namizədliyini irəli sürüb. Paşinyan bundan əvvəl 2026-cı ilin sülh prosesi üçün həlledici il olacağını bildirmişdi: 

“Növbəti parlament seçkiləri iyun ayında keçiriləcək və onlar mahiyyət etibarilə bir əsas suala cavab verəcək: Ermənistan xalqı dünyanın ağası olmağı seçməlidir. Əks halda, Ermənistan forpost məntiqinə qayıdacaq”, - deyə o bildirib. 

Eyni zamanda, Ermənistan Milli Məclisinin sədri Alen Simonyan “Vətəndaş Müqaviləsi” Partiyasının vahid proporsional siyahısı üzrə gələn il keçiriləcək parlament seçkilərində iştirak etmək istədiyini deyib. Öz növbəsində, bir sıra müxalifət liderləri də Baş nazir postuna iddialarını irəli sürüblər. Onlardan biri rusiyalı milyarder, hazırda həbsdə olan Samvel Karapetyandır. 

O, seçkilərə “Bizim Yol” hərəkatından namizədi kimi qatılmaq niyyətindədir. Bundan başqa, sabiq ombudsman Arman Tatoyan və eks-prezident Robert Köçəryan da hökumət rəhbəri olmaq uğrunda siyasi yarışa qoşulacaqlarını bəyan ediblər. 

Qeyd edək ki, sonuncu rəy sorğuları Nikol Paşinyanın müxalifətçi rəqibləri ilə müqayisədə öndə olduğunu göstərir. Bu baxımdan, hazırkı baş nazirin qələbə şansı yüksək dəyərləndirilir. 

“Vətəndaş Müqaviləsi”sinin hələ sentyabr ayında keçirilən qurultayında Nikol Paşinyan növbəti dəfə partiya sədri seçilib. Bununla da onun baş nazirliyə növbəti dəfə namizəd olacağı müəyyənləşmişdi. Hakim partiyanın namizədələrindən ibarət proporsional siyahıya Paşinyan rəhbərlik edəcək. 

İndi iqtidar düşərgəsində əsas rəqabət partiya siyahısı üzrə ikinci yer uğrunda olacaq. Alen Simonyanın açıqlaması da bu kontekstdə dəyərləndirilməlidir. Yəni Simonyan seçkilərdə iştirak edəcəyini deməklə əslində, proporsional siyahıda ikinci yerə və növbəti dəfə spikerliyə iddiasını ortaya qoyub. 

Lakin hakim partiya daxilində ona etimadın azaldığı bildirilir. Sonuncu qurultaydan sonra Alen Simonyan İdarə Heyətində ikinci yeri itirərək üçüncü sıraya düşüb. Hazırda Paşinyandan sonra “Vətəndaş Müqaviləsi” Partiyasında Gevorq Papoyan və baş nazir aparatının rəhbəri Araik Harutyunyan daha çox söz sahibi sayılırlar. 

Müxalifət düşərgəsində isə baş nazirliyə iddialıların müəyyənləşməsi artıq seçkiöncəsi siyasi proseslərlə bağlı ilkin proqnozları verməyə kömək edir. Belə ki, hakimiyyət seçkilərə vahid namizədlə getdiyi halda, müxalifət düşərgəsində siyasi pərakəndəlik müşahidə olunur. Hətta seçkilər yaxınlaşdıqca müxalifət namizədlərinin sayının artacağı gözlənilir. 

Robert Köçəryanın seçkilərə qatılmaq istəyi Nikol Paşinyan üçün əsas rəqib hesab edilən Samvel Karapetyanın elektoratını parçalaya bilər. Son sorğulara görə, Robert Köçəryanın rəhbərlik etdiyi “Ermənistan” blokunun siyasi reytinqi 6 faiz civarındadır. Bu göstərici ilə onun seçkilərdə 7 faizlik seçki barajını aşa biləcəyi şübhə doğursa da, müxalif düşərgədə qütbləşmənin artmasına şərait yaradacaq. 

Ona görə də Köçəryanın seçkilərə qatılması Paşinyanı nəinki narahat edir, əksinə, bu, baş nazirin əlini gücləndirə biləcək amilə çevrilə bilər. Eks-prezident Serj Sarkisyanın da seçkilərdən kənarda qalmayacağı gözlənilir. 

Lakin Serj Sarkisyanın Robert Köçəryanla münasibətlərindənki gərginliyin daha da artması revanşist müxalifətin mövqelərini zəiflədən amil kimi çıxış edir. Serj Sarkisyanın Ermənisan cəmiyyətində reytinqinin 1 faiz təşkil etməsini, eləcə də Moskvadan dəstəyinin olmadığını nəzərə alsaq, çox güman ki, eks-prezident deputatlığa öz namizədliyini irəli sürməyəcək. 

Buna baxmayaraq, o, rəhbərlik etdiyi Ermənistan Respublika Partiyasından proporsional siyahıda birinci yerə nüfuzlu namizəd də tapa bilmir. Arman Tatoyan isə ilin sonuna qədər yeni partiya yaratmaq niyyətindədir. Ancaq radikal baxışları ilə tanınan Tatoyan bu mənada revanşist müxalifətin elektoratına iddialı görünür. 

Yəni xalqı Paşinyanın ətrafında cəmləşdirən əsas amillərdən birinin Köçəryanın və Sarkisyana olan mənfi münasibətin olduğunu anlayan sabiq ombudsman radikalları öz tərəfinə çəkə biləcək yeni lider kimi meydana çıxmaq niyyətindədir. Lakin Ermənistan cəmiyyətində güclü siyasi reytinqi və liderlik təcrübəsi olmayan Arman Tatoyanın Rusiyaya bağlılığı da yoxdur. Ona görə də Arman Tatoyanın seçkilərdə uğur qazana biləcəyi inandırıcı görünmür. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

 

Açar sözlər: Paşinyan Ermənistan yarış

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 04 Noyabr 2025 16:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see390

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see383

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see259

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see238

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see226

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see220

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see218

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see214

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see213

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see197

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see191

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see185

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see185

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see183

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see179

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see179

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see177

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see174

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see174

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri