Paşinyan XİNin avtomobillərini ixtisar edir
Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ermənistanın Baş naziri Nikol Paşinyan Xarici İşlər Nazirliyinin demək olar ki, bütün xidməti avtomobillərinin ixtisar edilməsi ilə bağlı qərar qəbul edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Past” qəzeti yayıb.
Bildirilib ki, XİN rəhbəri Ararat Mirzoyan Baş nazirə avtomobillərin xarici qonaqların qəbulu və onların müşayiət edilməsi üçün lazım olduğunu deyərək vəziyyəti düzəltməyə çalışıb:
“Hökumət rəhbəri isə başqa alternativ variantlar tapmaq lazım olduğunu bildirib, məsələn, icarəyə avtomobil götürmək. Mirzoyanın Paşinyanı razı sala bilib-bilməyəcəyi hələ bəlli deyil”.
Bununla yanaşı, bu məsələnin Paşinyanla Mirzoyan arasında münasibətlərə təsir etdiyi qeyd olunub.
Baxış sayı:125
Bu xəbər 26 Noyabr 2024 12:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















