Icma.az
close
up
RU
Paşinyan yenə sərsəmlədi: Bu, Ermənistanın siyasi xəritədən silinməsi ilə nəticələnə bilər

Paşinyan yenə sərsəmlədi: Bu, Ermənistanın siyasi xəritədən silinməsi ilə nəticələnə bilər

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ermənistanın baş naziri Nikol Paşinyan ölkə mediasına müsahibəsində növbəti dəfə absurd və sərsəm açıqlamalarla yadda qalıb. Paşinyan bildirib ki, "İrəvan Bakıya sülh sazişi layihəsinin razılaşdırılmamış iki bəndi ilə bağlı təkliflər göndərib, müsbət cavab alacağı təqdirdə onu imzalamağa hazırdır".

Halbuki, Prezident İlham Əliyev dekabrın 18-də "Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Dmitri Kiselyova müsahibəsində bu məsələdən danışarkən bir daha bildirmişdi ki, razılaşdırılmamış iki şərt qalıb ki, onlardan biri bir-birinə qarşı beynəlxalq iddialardan kənarda durmaqdır:

"Bu yaxınlarda biz vurulmuş zərərin təhlilini başa çatdırdıq, həm də bunu ətraflı etdik. Biz buna dörd il vaxt sərf etdik və orada hər şey sənədlərlə qeyd olunub. Bu, təqribən 150 milyard dollardan çoxdur, yəni işğal illərində vurulan zərərdir. Ona görə də zənnimcə, qarşılıqlı iddiaları kənara qoymaq hər iki tərəf üçün qəbulediləndir".

Digər maddə isə başqa ölkələrin nümayəndələrini Azərbaycanla sərhəddə yerləşdirməməklə bağlıdır:

"Bu niyə bizim üçün vacibdir? Çünki sözdə Avropa müşahidəçiləri pərdəsi altında bizimlə Ermənistan sərhədində NATO tərəfindən infrastruktur yaradılıb. Axı bu müşahidəçilərin göndərilməsi məsələsi bizimlə 2022-ci ilin oktyabrında Paşinyan, Avropa Şurasının Prezidenti Şarl Mişel, Fransa prezidenti və mənim aramda keçirilən dördtərəfli görüşdə razılaşdırılıb. O vaxt Fransa hələ bizim tərəfimizdən normallaşdırma prosesindən kənarlaşdırılmamışdı. Belə bir razılıq əldə edildi ki, Avropa İttifaqının nümayəndələrinin iki ay müddətində məhdud kontingenti olacaq. İlkin olaraq 40 nəfərin yerləşdirilməsindən söhbət gedirdisə, sonra onların sayı 200 nəfərdən çox artırıldı. Bundan başqa, bu missiya tədricən NATO-nun missiyasına çevrildi, belə ki, oraya Kanadanın nümayəndələri qoşuldular. Beləliklə, bu, bizim razılığa gələcəyimiz ikinci maddədir".

Həmçinin, İlham Əliyevin sözlərinə görə, erməni tərəfinin həyata keçirməli olduğu daha iki məqam var:

"Birincisi, öz konstitusiyasını dəyişməkdir. Çünki konstitusiyada Azərbaycana ərazi iddialarının yer aldığı müstəqillik Bəyannaməsinə istinad var, burada keçmiş Dağlıq Qarabağ muxtar vilayəti Ermənistanın bir hissəsi elan olunur. Ona görə də Konstitusiyanın dəyişdirilməsi bizim istəyimiz deyil, sadəcə, obyektiv şərtdir".

Azərbaycanın ikinci şərti olaraq dövlət başçısı ATƏT-in Minsk qrupunun ləğvini deyib.

"Bu məsələ konsensusla həll edildiyinə görə, formal olaraq bunu Ermənistanın razılığı olmadan etmək mümkün deyil. Hərçənd, ATƏT-in Minsk qrupu artıq çoxdandır fəaliyyətsizdir, amma formal olaraq mövcuddur və bizim məsələmiz ondan ibarətdir ki, əgər Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi olaraq tanıyıbsa, Minsk qrupu isə Qarabağ məsələsinin həlli üçün yaradılıbsa, onda o nəyə lazımdır? Yəni Ermənistanın onun ləğv edilməsini, ATƏT-in Minsk qrupunun ləğv edilməsi üçün bizimlə birlikdə ATƏT-ə müraciət etməyi istəməməsi onu göstərir ki, revanşistlərin planları kifayət qədər ciddidir. Əgər bunlar həll edilsə, daha sülh sazişinin imzalanmasına heç bir maneə olmayacaq".

Yəni Paşinyanın hansı təklifdən danışması və müsbət cavab gözləməsi aydın deyil. Çünki ortada aydın olan təklif və müharibədə qalib gəlməsinə baxmayaraq, regionun təhlükəsizliyi üçün Ermənistana sülh əlini uzadan Azərbaycan var. Ermənistan isə müxtəlif bəhanələrlə bir-birinə zidd addımlar atıb və bəyanatlar verirsə, təxribatlar törədərək prosesi yubadırsa, sonra da heç nə olmamış kimi təklif irəli sürürsə, bu, heç bir məntiqə sığımır və kövrək sülhün ilkin addımlarına xələl gətirir.

Paşinyan əlavə edir ki, Ermənistan sülhsevər xalqdır, sülhsevər strategiyaya sadiqdir və sülh gündəmini ardıcıl olaraq həyata keçirməyə, sərhədlərin müəyyənləşdirilməsinə, sülh müqaviləsinin mətninin razılaşdırılmasına, "Sülh kəsişməsi" layihəsinin həyata keçirilməsinə, humanitar məsələlərə, o cümlədən itkin düşənlərin taleyinin aydınlaşdırılması problemlərinə diqqəti davam etdirəcək.

Maraqlıdır ki, ermənilər hesab edirlər ki, Ermənistan Şərq və Qərbin, Şimal və Cənubun kəsişməsində yerləşir. Guya bu ölkə geopolitik və nəqliyyat baxımından əhəmiyyətli ölkədir. Halbuki, Ermənistanın həm enerji sektoru, həm dəmiryol nəqliyyat sistemi, həm də Ermənistan məhsullarının xaricə nəql edilməsinin yeganə quru yolu (Gürcüstan-Rusiya sərhədinin Yuxarı Lars məntəqəsi) bilavasitə Rusiyanın nəzarətindədir. Yəni bu ölkə nəinki dünyanın kəsişməsidir, ümumiyyətlə dünyada mövcudluğunu qoruyub-saxlaması özü bir möcüzədir.

Digər tərəfdən, Paşinyan Ermənistanın bütün qonşularının ərazi bütövlüyünü, o cümlədən Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deyir. Çox yaxşı, amma bunun üçün təxribatlardan, terrordan, mənfi hadisələrdən başqa hansı müsbət addımlar atılır? Kommunikasiyada maraqlı olan Ermənistan niyə Üçtərəfli Bəyannamənin üzərindən dörd il keçməsinə baxmayaraq, Zəngəzur dəhlizi layihəsinin açılmasında israrlı deyil, bu istiqamətdə üzərinə düşən öhdəliyi yerinə yetirmir? Çünki Paşinyanın açıqlamaları pafosdan və sərsəmləmədən başqa bir şey deyil.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədr müavini Sahib Alıyev Oxu.Az-a açıqlamasında deyib ki, Ermənistan baş nazirinin Azərbaycan Prezidentinin konkret tələblərinin yer aldığı xəbərdarlığına reaksiyası, təbii ki, adekvatlıqdan uzaqdır:

"Düşünmürəm ki, bu, təkcə Paşinyanın özünün şəxsi keyfiyyəti ilə bağlıdır. Keçmişləri kimi gələcəklərini də buferçilikdə, geosiyasi alət olmaqda görənlər sərbəst qərar vermək iqtidarında deyillər. Diktəsi ilə durub-oturduqları "havadar"ları isə buna qarşı olduqlarından onlara Prezident İlham Əliyevin regionda dayanıqlı sülhün təminini nəzərdə tutan tələbini yerinə yetirməyə icazə vermirlər. Lakin regionda sülhü təmin etməyin beynəlxalq təcrübədə rast gəlinən bir yolu var ki, o da qarşı tərəfi buna məcbur etməkdir".

"Paşinyanın son açıqlaması da onu göstərir ki, faşist ideologiyasından, qonşulara qarşı düşmənçilik siyasətindən əl çəkmək istəməyən Ermənistan real sülh danışıqlarındansa, sülhə məcbur edilməyə üstünlük verir. Ancaq unudur ki, bu sülhə məcburetmə əməliyyatı sonda onun siyasi xəritədən silinməsi ilə də nəticələnə bilər", - deyə deputat diqqətə çatdırıb.

Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əlizadə də hesab edir ki, Paşinyan və Ermənistanın digər rəsmilərinin və eləcə də bundan əvvəlki dönəmdə Ermənistana rəhbərlik edən şəxslər də daxil olmaqla, onların hər zaman ziddiyyətli açıqlamalarının, qeyri-konstruktiv yanaşmalarının şahidi olmuşuq:

"Xüsusilə də Paşinyan açıqlamalarında dəfələrlə müxtəlif məsələlərə ziddiyyətli açıqlamalar verməklə gündəmə gəlib. Budəfəki yanaşması da birmənalı olaraq sülhə yaxınlaşdırmır, əksinə, daha da uzaqlaşdırır. Paşinyan bir çox məsələlərə qeyri-konstruktiv yanaşmaqla yanaşı, eyni zamanda, Azərbaycanın haqlı tələblərinin əleyhinə olduğunu nümayiş etdirən açıqlamalarla yadda qalır. Amma heç kim Azərbaycanı haqlı tələblərindən geri döndərə bilməz. Çünki Azərbaycanın tələbləri, eyni zamanda, beynəlxalq hüququn norma və prinsiplərinə uyğundur. Sadəcə olaraq, Paşinyan, bir tərəfdən, gah Rusiyaya istinad edir, digər tərəfdən, onu hakimiyyətə gətirən Qərbin onun qarşısına qoyduğu şərtləri yerinə yetirmək üçün cəhdlər etməkdədir".

Millət vəkili qeyd edib ki, Azərbaycan Ermənistana sülh sazişi təklif edərkən beynəlxalq hüququn beş baza prinsipinə əsaslanıb:

"Bununla yanaşı, Paşinyan üzərinə götürdüyü öhdəlikləri də yerinə yetirməlidir. O, 2020-ci ildə imzalanan Üçtərəfli Bəyannaməyə müvafiq olaraq, mütləq mənada kommunikasiya xətlərinin, ilk növbədə Zəngəzur dəhlizinin açılması ilə bağlı üzərinə götürdüyü öhdəliyə əməl etməlidir. Həmçinin, Minsk qrupunun buraxılması ilə bağlı ölkəmizin haqlı tələbi yerinə yetirilməlidir. Eləcə də Qərbi azərbaycanlıların öz dədə-baba torpaqlarına geri dönüşünün də təmin olunması Ermənistanın qarşısına qoyulan ədalətli və haqlı tələblərdən biridir. Bununla yanaşı, Ermənistan ilk növbədə konstitusiya müstəvisində Azərbaycana ərazi iddialarından geri çəkilməlidir. Əks halda, sülh müqaviləsindən söhbət gedə bilməz. Nəzərə alsaq ki, sülh müqaviləsi ermənilərə daha çox lazımdır, deməli, sazişin imzalanmamasının nəticəsi erməni ictimaiyyəti üçün daha zərərlidir".

Mərahim Nəsib

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://oxu.az
archiveBu xəbər 11 Yanvar 2025 09:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see266

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see237

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see183

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see147

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri