Paşinyana hücum cəhdi ilə əlaqədar üç nəfərə ittiham elan edildi
Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.
Ermənistanın Baş naziri Nikol Paşinyana hücum cəhdi ilə əlaqədar açılmış cinayət işi çərçivəsində üç ölkə vətəndaşına rəsmi ittiham elan edilib.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı Ermənistan İstintaq Komitəsinin rəsmi nümayəndəsi Kima Avdalyan ictimaiyyətlə bölüşüb.
"D.M. barəsində Cinayət Məcəlləsinin xuliqanlıq və dövlət məmurunun qanuni rəsmi və ya siyasi fəaliyyətinə mane olma maddələri ilə cinayət təqibinə başlanılıb. M.M.-yə isə xuliqanlığa dəstək və vəzifəli şəxsin fəaliyyətinə müdaxiləyə dəstək, G. G. barəsində isə xuliqanlığı təşkil etmə və vəzifəli şəxsin qanuni rəsmi və ya siyasi fəaliyyətinə mane olmağı təşkil etmə ittihamı ilə iş açılıb", - deyə o, "Facebook" hesabında yazıb.
Qeyd edək ki, mart ayının 29-da Ermənistanın Daxili İşlər Nazirliyi İrəvan şəhərində yerləşən Müqəddəs Anna kilsəsindəki bazar günü ibadətindən sonra üç nəfərin polis tərəfindən saxlanıldığını elan etmişdi. Həmin hadisə hökumət rəhbərinə qarşı təxribatın qeydə alındığı ərazidə cərəyan edib. Belə ki, bir vətəndaş kilsənin binasını tərk edən zaman Nikol Paşinyana fiziki hücum etməyə çalışıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 31 Mart 2026 16:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















