Paşinyana sabaha kimi vaxt veririk!” Tofiq Zülfüqarov AzPolitika onlayn siyasiictimai qəzet
Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Paşinyana sual vermək lazımdır ki, ilin sonuna kimi Ermənistan konstitusiyanı dəyişdirə biləcəkmi?”
"AzPolitika" xəbər verir ki, bu sözləri Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov "teleqraf.com"-a müsahibəsində deyib.
O bildirib ki, Paşinyanın “ilin sonuna kimi sülh müqaviləsi imzalana bilər” açıqlaması siyasi spekulyasiyadır: “Paşinyana demək lazımdır ki, sabaha kimi konstitusiyanı dəyişdir! Niyə ilin axırını gözləyirsən? Ya da həftənin sonuna kimi… Bu onların daxili işidir. Gedib dəyişiklik etsinlər, sonra gəlsinlər. Bundan sonra Azərbaycan tərəfi bu və ya digər mövzulara baxa bilər.
Rəsmi Bakı öz mövqeyini açıq şəkildə bəyan edib. Mən də olsam, deyərdim ki, sabaha kimi sülh sazişini imzalamağa hazıram. Görək Ermənistan sabaha kimi konstitusiyasını dəyişdirə biləcəkmi? Getsinlər müstəqillik haqqında bəyanatı da dəyişdirsinlər. Sabaha kimi vaxt veririk!”
Baxış sayı:63
Bu xəbər 28 Noyabr 2024 11:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















