Icma.az
close
up
RU
Paşinyana yaxın iş adamları hədəfdə Kreml erməni oliqarxlara qarşı “ova başlayır”

Paşinyana yaxın iş adamları hədəfdə Kreml erməni oliqarxlara qarşı “ova başlayır”

Icma.az, Azpolitika.az saytına istinadən bildirir.

Kreml indi də erməni iş adamlarına qarşı təqiblərə başlayıb.

“AzPolitika” xəbər verir ki, Kremlə yaxın “VÇK-OQPU” kanalının bildirdiyinə görə, Ermənistanın Baş naziri Nikol Paşinyanın adamları sayılan və Rusiyada biznesi olan bir sıra erməni sahibkarlara qarşı Rusiya təhlükəsizlik qüvvələrinin hücumu hazırlanıb.

“Mənbənin sözlərinə görə, hazırda oliqarxlar Xaçatur Sukiasyan, Narek Nalbandyan, Manvel Kazaryanla bağlı qaçaqmalçılıqda iştirak, vergidən yayınma, etnik mütəşəkkil cinayətkar qruplarla qarşılıqlı əlaqə ilə bağlı tədbirlər görülür” – kanal yazıb.

Qeyd olunur ki, əsasən Ermənistan mənşəli spirtli içkilər və kənd təsərrüfatı məhsulları bazarları hədəf seçilib. Ötən ilin iyulunda analoji tədbirlər artıq Ermənistan parlamentinin Paşinyanın partiyasından olan deputatı, tanınmış iş adamı Xaçatur Sukiasyana qarşı görülüb. Bir müddət əvvəl isə Rusiya onu rəsmən brilyant oğurluğu və qiymətli daşların Ermənistana qaçaqmalçılıq yolu ilə gətirilməsində ittiham edib.

Xatırladaq ki, Paşinyan hakimiyyəti bir müddət əvvəl Kremlə yaxın oliqarx Samvel Karapetyanı Ermənistanda çevrilişə cəhd ittihamı ilə həbsə atıb. Rusiya rəhbərliyi isə eyni tədbiri Paşinyanın adamlarına qarşı etməyə başlayır. Beləliklə, göründüyü kimi, Kreml keçmiş SSRİ respublikalarında ona tabe olmaq istəməyən siyasi hakimiyyətlərə təzyiq üçün əlində olan bütün vasitələrdən istifadə etməyə çalışır.

“AzPolitika.info” 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:43
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 29 İyul 2025 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see187

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see159

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see158

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see158

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see152

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see148

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see143

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see141

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see136

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see136

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see135

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see135

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see135

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see134

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see134

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see133

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see130

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri