Icma.az
close
up
RU
Kilsə, iş adamları və Kreml tərəfdarları Paşinyana qarşı: Ermənistanda xaosun miqyası artacaq

Kilsə, iş adamları və Kreml tərəfdarları Paşinyana qarşı: Ermənistanda xaosun miqyası artacaq

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

"Ermənistanda gələn il keçiriləcək parlament seçkisi yaxınlaşdıqca vəziyyət gərginləşəcək. Artıq həbslərin miqyası da genişlənib."

Bu fikirləri Oxu.Az-a açıqlamasında politoloq Elxan Şahinoğlu söyləyib.

O qeyd edib ki, baş nazir Nikol Paşinyan bir tərəfdən, radikal müxalifətlə, digər tərəfdən, kilsə ilə, bir də Rusiya tərəfindən öyrədilmiş hansısa dairələrin öyrətdiyi iş adamları ilə mübarizə aparmaq məcburiyyətindədir:

"Samvel Karapetyan da məhz ona görə həbs olunub ki, o, kilsə ilə birləşərək Paşinyanı devirmək yollarını axtarırdı. Ona görə də bu həbslərin sayının artacağı istisna deyil. Beynəlxalq aləmdə isə bu həbslərə reaksiya olmayacaq. Buna da səbəb odur ki, Paşinyan özünü qərbpərəst siyasətçi kimi qələmə verir, Qərbin müəyyən dairələrindən ona dəstək var. Məhz bu dəstəyə görə də həbslərə göz yumacaq".

E.Şahinoğlu vurğulayıb ki, Qərbin özü də, ABŞ olsun, Avropa dövlətləri olsun, Paşinyanın hakimiyyətdən getməsini istəmirlər:

"Onlar düşünürlər ki, Paşinyan hakimiyyətini itirsə, onun yerinə gələnlər Rusiya ilə ittifaqı gücləndirəcəklər. Bu isə Amerika və Avropanın maraqlarına cavab vermir. Həbslərə göz yummaqlarının səbəbi də elə budur. Halbuki başqa ölkələrdə, misal üçün Azərbaycanda, bu tip həbslər olanda Avropadakı dairələr bar-bar bağırırdılar, Azərbaycana təzyiq də baş verirdi. Ermənistana isə bu mənada heç bir təzyiq görmürük, çünki yoxdur. Bir az Rusiyada müəyyən narahatlıq var, onun da səbəbi həbs olunanların Rusiya ilə bağlılıqlarının olmasıdır. Ona görə də hesab edirəm ki, parlament seçkisi yaxınlaşdıqca Ermənistanda gərginlik artacaq".

Politoloqun sözlərinə görə, parlament seçkisi yaxınlaşdıqca Ermənistanda yalnız siyasi gərginliyin artması deyil, hətta çevriliş cəhdlərinin baş verə biləcəyi ehtimalı da az deyil:

"Çünki Paşinyanı seçki yolu ilə hakimiyyətdən uzaqlaşdıra bilməyən qüvvələr onu devirmək və hətta öldürmək istəyə bilərlər. Bu da onu deməyə əsas verir ki, getdikcə Ermənistanda xaosun miqyası artacaq".

Əzizə İsmayılova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://oxu.az
archiveBu xəbər 27 İyun 2025 17:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see173

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see160

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri