Icma.az
close
up
RU
Kreml Paşinyana qarşı koalisiya formalaşdırır RƏY

Kreml Paşinyana qarşı koalisiya formalaşdırır RƏY

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Brüsselə məktub ünvanlayıb. XİN başçısının Brüsselə ünvanladığı məktubda mümkün Rusiya müdaxiləsi və dezinformasiyanın qarşısının alınması üçün yardım istəyib. Rəsmi İrəvan iyunda keçiriləcək parlament seçkiləri ərəfəsində Avropa İttifaqından(Aİ) ölkəyə “hibrid sürətli reaksiya qrupu” göndərilməsini xahiş edib.

Aİ isə Ermənistanın “demokratik dayanıqlığını” gücləndirməyi planlaşdırır. Yeni missiya təsdiqlənərsə, əsas diqqət seçki prosesi və mümkün referendumun qorunmasına yönələcək. Qərarın mart ayında verilməsi gözlənilir. Rusiyanın Ermənistandakı seçkilərə hansı üsul və vasitələrlə müdaxilə etmək istədiyi maraq doğuran nüansdır.

Modern.az-a açıqlamasına politoloq Elxan Şahinoğlu bildirib ki, Rusiyanın dövlət strukturları Ermənistanda parlament seçkilərinə xüsusi olaraq hazırlaşırlar:

“Kremlin həmin strukturlara verdiyi əsas tapşırıq seçki öncəsi baş nazir Nikol Paşinyanı və onun partiyasını zəiflətməkdir. Kreml bu məqsədlə Ermənistandakı radikal müxalifəti və Paşinayana müxalif olan oliqarx qrupları dəstəkləməyə qərar verib. Kreml bundan başqa Paşinyana qarşı güclü koalisiya formalaşdırmağa çalışır. Çünki, Kremldə hesab edirlər ki, müxalifət partiyaları və müxalif oliqarxlar ayrı-ayrılıqda Nikol Paşinyanın partiyası üzərindən qələbə qazana bilməyəcəklər. Təsadüfi deyil ki, həqiqətən, Ermənistanda müxtəlif partiyalar arasında koalisiya danışıqları intensivləşib”.

               

Politoloq vurğulayıb ki, Kremlin Nikol Paşinyan və onun hökumətinə qarşı cəbhə açdığı ikinci istiqamət kiberhücumların təşkilidir:

“Rusiyanın bu hücumları təşkil etmək üçün əlində kifayət qədər maliyyə və texnoloji resursları var. Buna görə də xarici işlər naziri Ararat Mirzoyan Brüsseldən Rusiyadan istiqamətlənən kiberhücumlara qarşı dəstək istəyib. Ermənistanda parlament seçkiləri və yeni Konstitusiyanın qəbulu məqsədilə referendumun keçiriləcəyi tarix yaxınlaşdıqca, Rusiyadan kiberhücumların miqyası artacaq. Avropa İttifaqının Ermənistanı Rusiyanın kiberhücumlarından qoruması asan deyil. Bunu Ermənistan hökuməti də anlayır. Buna baxmayaraq, Ermənistan hökuməti Brüsseldən dəstək istəməklə beynəlxalq aləmə mesaj göndərir ki, Rusiya Ermənistandakı parlament seçkilərini və yeni Konstitusiyanın qəbulu ilə bağlı referendumu pozmaq istəyir. Azərbaycanda yaxın illərdə heç bir seçki keçirilməsə də, Rusiya ölkəmizə qarşı da müxtəlif kiberhücumlar təşkil edir. Bunu Milli Məclisin xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının hesabatları da sübut edir”.

Politoloq Natiq Miri isə qeyd edib ki, əsas məsələ informasiya məkanında, media qurumlarında yayıla biləcək dezinformasiyaları qarşısının alınmasıdır:

“Paşinyan və onun komandası haqqında yalançı kompramantlar, eyni zamanda 2020-ci il 44 günlük müharibə və 2023-cü ilin 19-20 sentyabrı tarixində həyata keçirilmiş antiterror əməliyyatları ilə bağlı müxtəlif dezinformasiyalar mediaya ötürülə bilər. Bu da ictimai rəyi çaşdırmaq, hökumətə qarşı potensial nifrəti tətikləmək məqsədi daşıyacaq. Bunlar sadəcə məsələnin bir tərəfidir. Ona görə ki, Rusiya dezinformasiya sahəsində institutlaşmış ölkədir. Rusiya bu siyasətindən Qərb dünyasında, xüsusilə, Avropa Birliyi məkanında çox məharətlə istifadə edir. Bariz nümunə kimi Moldovada keçirilən seçkiləri göstərmək olar. Moldovada keçirilən seçkilər zamanı dezinformasiya və təxribatların qarşısını məhz Avropa Birliyindən göndərilən çevik qruplar aldılar. İnformasiya yayılan kimi, dərhal araşdırılır və həqiqət dərhal ictimaiyyətə açıqlanır. Bir sözlə, dezinformasiya və yalanın ayaq tutub yeriməsinə imkan verilmir. Yalan informasiyalar ictimai rəydə çox həlledici amil olduğu üçün Rusiya bu həssas məqamdan istədiyi ölkəyə qarşı istifadə edir. Ermənistanda da Rusiyanın eyni addımlar atacağı heç kimdə şübhə doğurmur. Rusiya Moldovadakı məğlubiyyəti kompensasiya etmək üçün ciddi hazırlıq işləri görülür. Ona görə də Ermənistan hökuməti Avropa Birliyinə müraciət edib. Hesab edirəm ki, Aİ qərara müsbət yanaşacaq. Avropa Birliyindən gələcək çevik qrupun fəaliyyəti özünü Moldovada doğrultdu. Yəni bu sınaqdan çıxmış, effektiv fəaliyyət göstərən qrupdur. Burada müxtəlif texnologiyalardan, hətta süni intellektdən istifadə olunmaqla yanaşı ola bilsin ki, Nikol Paşinyan hökuməti ilə bağlı xüsusi PR qrupları da fəaliyyət göstərsin. Hökumətin təbliğatına dəstək qrupları da əlavə edilə bilər. Bunu mən çox müsbət sayıram”.

             

Politoloq söyləyib ki, bütün bunlarla yanaşı erməni ictimai rəyini qazanmaq da çox önəmlidir:

“Çünki xalq arasında doğru-dürüst təbliğat aparılmasa, yayılan dezinformasiyaların qarşısını almaq o qədər də işə yaramayacaq. Bununla bağlı, xüsusilə də, Paşinyan hökumətinin gördüyü işlər, Ermənistana gətirdiyi sülh, erməni gənclərin ölümünün qarşısının alınması, iqtsadiyyata müəyyən inkişaflar, o cümlədən investisyaların ölkəyə gəlməsinin önünün açılaması, ABŞ ilə Ermənistan arasında bağlanan sənədlər, Türkiyə ilə sərhədlərin açılması kimi çox pozitiv hadisələr yaşanıb. Belə pozitiv hadisələr seçki ərəfəsində də yaşanmağa davam edəcək. Hətta Azərbaycanla ticarət bərpa olunub. Bütün bunlar erməni ictimaiyyətinə çatdırılmalı, çox ciddi təbliğat aparılmalıdır ki, ictimai rəy bütövlükdə Nikol Paşinyan hökumətindən, onun Ermənistana gətirdiyi sülhdən tərəf olsun. Yalnız bu halda Avropadan gələcək çevik qrupun dezinformasiya və yalanların qarşısını alması bir işə yaraya bilər”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:130
embedMənbə:https://modern.az
archiveBu xəbər 25 Fevral 2026 19:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see336

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see270

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see257

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see257

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see253

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see243

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see242

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see240

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see240

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see233

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see226

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see225

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see216

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see215

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see215

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see212

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see193

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see191

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see182

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri