Paşinyandan Bakıda mühakimə olunan erməniəsilli şəxslərlə bağlı AÇQILAMA
Unikal.az saytına istinadən Icma.az xəbər verir.
"Azərbaycanda mühakimə olunan məhbusların azad edilməsi ilə bağlı heç bir razılaşma yoxdur".
"Unikal" xəbər verir ki, bu barədə jurnalistlərə Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.
"Məsələ hələ də həllini tapmayıbsa, deməli, hələ də razılaşma yoxdur və bu, Ermənistanın məsələni haradasa qaldırmaması deyil. Mən ancaq bunu deyə bilərəm", - o əlavə edib.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və adətlərini pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və digərləri Bakıda həbsdədirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 13 Mart 2025 19:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















