Icma.az
close
up
RU
Paşinyandan Kilsəyə qarşı yeni TƏLİMAT: Ermənistanda gərginlik artır KONKRET

Paşinyandan Kilsəyə qarşı yeni TƏLİMAT: Ermənistanda gərginlik artır KONKRET

Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

2025-ci il iyunun 24-də Ermənistan mətbuatı baş nazir Nikol Paşinyanın Ermənistan Apostol Kilsəsinə qarşı yeni hücum mərhələsinə keçdiyini yazıb.

KONKRET.az xəbər verir ki, “Qraparak” qəzetinin məlumatına görə, bu qərar müxalifətin və kilsə tərəfdarlarının son aksiyalarından sonra verilib və yaxın günlərdə yeni həbslərin ola biləcəyi istisna edilmir.

Məqalədə qeyd olunur ki, bir gün əvvəl – Apostol Kilsəsinin bayramı münasibətilə, minlərlə insan Zvartnots məbədindən Eçmiədzin Kafedralına qədər yürüş təşkil edib. Bu yürüşdə sadə vətəndaşlarla yanaşı, müxalifət nümayəndələri və Ermənistan Apostol Kilsəsinin inanclı insanları iştirak edib.

“Qraparak” yazır ki, yürüşün ardından hakimiyyət təmsilçiləri tədbiri məsxərəyə qoymağa çalışıblar, sosial şəbəkələrdə isə iqtidaryönlü trollar və saxta profillər yürüş iştirakçılarına qarşı təhqiramiz və aqressiv paylaşımlar ediblər. Bu isə xalq arasında narazılığı daha da artırıb.

Qəzetin iddiasına görə, Paşinyan yürüşdən və onun doğurduğu ictimai dəstəkdən narahat olub və buna cavab olaraq Kilsəyə qarşı yönəlmiş mübarizəyə yeni təkan verilməsi barədə göstəriş verib. Hədəfdə həmçinin Kilsəni dəstəkləyən müxalifətçilər var.

Mənbənin məlumatına görə, bu yeni mərhələ çərçivəsində gözlənilməz və səs-küylü həbslər baş verə bilər.

Qəzet vurğulayır ki, Kilsəyə yaxın olan iş adamı və ictimai fiqur Samvel Karapetyanın həbsi ilə Paşinyan artıq “qanunilik pərdəsini” tamamilə aradan qaldırıb və istənilən sərt addımı atmağa hazır görünür.

Bu addım ictimaiyyətdə “artıq heç bir qırmızı xətt qalmayıb” mesajı kimi qəbul edilir.

“Qraparak”ın yazdığı kimi, Paşinyan hökumətinin Ermənistan Apostol Kilsəsinə və onunla həmrəylik göstərən müxalif dairələrə qarşı repressiv siyasəti güclənir. Bu, təkcə dini azadlıqlara yox, həm də ölkədəki sosial və siyasi sabitliyə təhlükə kimi dəyərləndirilir.

Hazırkı vəziyyət Ermənistan cəmiyyətində kəskin bölünmələr və qarşıdurmaların dərinləşəcəyindən xəbər verir.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:210
embedMənbə:https://konkret.az
archiveBu xəbər 24 İyun 2025 10:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see742

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see573

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see323

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see317

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see286

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see284

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see278

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see273

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see272

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see268

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see268

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see267

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see265

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see246

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see231

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see227

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see220

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see215

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see200

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri