Icma.az
close
up
RU
Paşinyandan kilsəyə qarşı TAKTİKİ GEDİŞ

Paşinyandan kilsəyə qarşı TAKTİKİ GEDİŞ

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Ermənistanın Baş naziri Nikol Paşinyan qarşıdan gələn seçkilərə görə kilsə qarşısında geri addım atdı”.

Bu sözləri Azad Vətən Partiyasının sədri Akif Nağı “Cebheinfo.az”-a açıqlamasında deyib.

O, Paşinyanın kilsə ilə bağlı səsləndirdiyi qeyri-etik fikirlərə görə xalqdan üzr istəməsi barədə danışıb:

“Paşinyanın əsas hədəfi qarşıdan gələn parlament seçkilərində qalib gəlməkdir. Böyük ehtimalla da seçkilərdə qələbə qazanacaq. O, seçkidə qalib gəlmək üçün ölkə daxilində müəyyən addımlar atır, Azərbaycanla münasibətlərdə cəmiyyəti sülhə alışdırır.

Artıq Ermənistan cəmiyyətində sülh istəyənlər və müharibədən çəkinənlər çoxluq təşkil edir. Həmçinin, Paşinyan ABŞ ilə yaxşı münasibətlər qurur, Rusiya ilə isə çox qarşıdurmaya getmir. Yəni bütün sahələrdə işlərini nizamlayır”.

Partiya sədri qeyd edib ki, Paşinyanın bir az fərqli strategiyası var:

“Paşinyan hər hansısa məsələnin üzərinə birbaşa getmir. Hətta müəyyən məqamlarda geri də çəkilə bilər. O, belə diplamtik və siyasi gedişlər edir. Bəzi siyasətçilər birbaşa hədəfə getməyə çalışır, Paşinyan isə lazım olanda geriyə də addım atır. Kilsə ilə bağlı üzrü də belə dəyərləndirmək lazımdır. Əslində, Paşinyan kilsənin mövqeyini xeyli zəiflədib. O, üzr istəməklə seçki qabağı din adamlarını incik salmamağa çalışır”.

Həmsöhbətimiz onu da diqqətə çatdırıb ki, bütün ermənilərin katalikosu II Qaregin bir müddət əvvəl ABŞ-yə getmişdi:

“Bəlkə II Qaregin ABŞ-də olarkən Prezident Administrasiyası nümayəndələri ilə də görüşüb. Çünki o, bir çox görüş keçirmişdi. II Qaregin bu görüşlərlə Ermənistanda öz mövqeyini mökəmləndirməyə çalışır. Düşünürəm ki, Paşinyanın üzr istəməsində və geri çəkilməsində II Qareginin ABŞ səfərinin də təsiri olub. Ola bilər ki, Vaşinqtonda Paşinyana kilsə ilə sərt qarşıdurmaya getməmək məsləhət görülüb”.

Onun sözlərinə görə, Paşinyanın üzr istəməsi də onun xeyrinə işləyir:
“Baş nazirin üzr istəməsi də təbliğat formasıdır. Lakin onun hədəfi kilsənin mövqeyini tam şəkildə öz istədiyi səviyyəyə endirməyə çalışır. Paşinyan kilsəni özündən asılı vəziyyətə salmaq istəyir.

Ümumi olaraq bunu tam geri çəkilmə saymıram. Çünki siyasətdə irəli gedə bilmək üçün müəyyən məqamlarda geri çəkilməyi bacarmaq lazıdmır. Hesab edirəm ki, Paşinyan əsas hədəfindən geri çəkilmə deyil, taktiki gedişdir”.
Elmir Mustafa
“Cebheinfo.az”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 20 Avqust 2025 12:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see596

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see421

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see304

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see284

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see279

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see269

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see259

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see258

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see256

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see239

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see233

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see210

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see203

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see203

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see198

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see187

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see182

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see176

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see176

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri