Paşinyandan Lukaşenkoya qarşı HÖRMƏTSİZLİK: “Onu Ermənistanda görmək istəmirəm” KONKRET
Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.
Şəxsən mən Avrasiya İqtisadi Birliyinin (AİB) sammitinin Ermənistanda keçirilməsini yersiz hesab etdim.
KONKRET.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bu gün, dekabrın 4-də parlamentdə sual-cavab zamanı “Ermənistan həqiqətən AİB sammitinin Ermənistanda yox Sankt-Peterburqda keçirilməsini xahiş edibmi?” (Ermənistan AİB-ə sədrlik edən ölkə olduğu üçün) sualına cavab verərkən deyib.
“Bunun səbəbini deyə bilərəm. Çünki təəssüflər olsun ki, sizə məlum olan səbəbdən AİB-nin Ali İqtisadi Şurasının bütün üzvləri Ermənistan üçün arzuolunan deyil”, deyə o, qeyd edib.
Böyük ehtimalla Nikol Paşinyan Ermənistanda olması xoş qarşılanmayan Belarus prezidenti Aleksandr Lukaşenkoya eyham vurub.
Üstəlik, Paşinyan bir müddət öncə bildirib ki, nə qədər ki, Lukaşenko Belarusun prezidentidir, Ermənistana gəlməyəcək.
Rəsmiyyə Şərifova,
KONKRET.az
Baxış sayı:74
Bu xəbər 04 Dekabr 2024 22:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















