Paşinyanı devirək çağırışı Ermənistanda nə baş verir?
GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Ermənistanın keçmiş prezidentləri Robert Köçəryan və Serj Sarkisyanın nümayəndələrinin ictimai tədbirlərdə iştirakı mitinqlərə gəlməmək üçün səbəb deyil və ola da bilməz”.
Globalinfo.az xəbər verir ki, bunu Qarabağdakı keçmiş qondarma rejimin Ermənistana qaçan separatçılarından Aramayis Ağabekyan deyib.
O, xalqı Ermənistan Baş naziri Nikol Paşinyanı devirməyə çağırıb:
“Onların siyasətdən getməsi tələbini absurd hesab edirəm. Çünki heç kimin hüquqları məhdudlaşdırmağa haqqı yoxdur. Biz o qədər güclüyüksə, doğrudan da potensialımız varsa, gəlin birlikdə platforma yaradaq, öz aramızda seçim edək və Nikolun devrilməsinə gedək. Əks halda, sadəcə şikayət etmək və emosional olmaqla yaxşı heç nə əldə etməyəcəyik. Odur ki, nəyisə etmək və ya etməmək üçün “eks”lərin varlığını bəhanə etməyin”.
Əliyar Xəlil
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 23 Mart 2025 11:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















