Icma.az
close
up
RU
Ermənistanda fermerlər üsyana qalxdı Paşinyanı axtarırlar

Ermənistanda fermerlər üsyana qalxdı Paşinyanı axtarırlar

Turkstan.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ermənistanda kənd təsərrüfatı istehsalçılarının narazılığı artır. Ararat vilayətində fermerlər məhsullarını sata bilmədiklərinə görə İrəvan–Yerəsx beynəlxalq avtomobil yolunu bağlayıblar. Eyni zamanda İrəvanda balıqçılıq təsərrüfatlarının nümayəndələri hökumət binası qarşısında etiraz aksiyası keçirirlər. Etirazçıların əsas tələbi ixrac problemlərinin həll edilməsidir.

Musavat.com-un “Vzqlyad” nəşrinə istinadən verdiyi məlumatına görə, Ararat vilayətində onlarla fermer tonlarla pomidor və xiyarın anbarlarda qaldığını bildirir. Onların sözlərinə görə, emal müəssisələri məhsulu qəbul etmir, ixrac kanallarının bağlanması isə vəziyyəti daha da ağırlaşdırıb. İrəvanda keçirilən digər aksiyada isə balıqçılıq təsərrüfatlarının nümayəndələri iqtisadiyyat naziri Gevorq Papoyanın Ermənistan balıq məhsullarının Avropa İttifaqı bazarına çıxışı ilə bağlı açıqlamalarına etiraz ediblər. Sahibkarlar bildirirlər ki, kağız üzərində imkan yaransa da, praktikada Avropa bazarı Ermənistan istehsalçıları üçün hələ də əlçatmazdır.

Balıqçılar Birliyinin rəhbəri Qor Qriqoryanın sözlərinə görə, hazırda təsərrüfatlarda 15 ton canlı balıq satılmadan qalıb. Bundan əlavə, Rusiya sərhədindən geri qaytarılan məhsullar soyuducu anbarlarda saxlanılır və onların qısa müddətdə Avropa bazarında satılması mümkün görünmür.
Rusiyalı politoloq İvan Lizan nəşrə deyib ki, Ermənistanın kənd təsərrüfatında yaranmış böhran təsadüfi iqtisadi problem deyil, son illərdə İrəvanın xarici siyasətdə seçdiyi kursun məntiqi nəticəsidir. Onun fikrincə, Nikol Paşinyan hökuməti Avropa İttifaqı ilə yaxınlaşmanı prioritet elan edərkən istehsalçılarda Rusiya bazarının asanlıqla Avropa ilə əvəz olunacağı barədə gözləntilər formalaşdırdı. Lakin praktika göstərdi ki, Avropa bazarına çıxış siyasi bəyanatlarla deyil, sərt fitosanitar standartlar, sertifikatlaşdırma, logistika və uzunmüddətli kommersiya əlaqələri ilə müəyyən olunur.

Politoloqun sözlərinə görə, Rusiya uzun illər Ermənistan məhsullarının əsas alıcısı olub və bu bazar ətrafında bütün ixrac infrastrukturu formalaşıb. Bu səbəbdən Moskvanın tətbiq etdiyi məhdudiyyətlər Ermənistan iqtisadiyyatına dərhal təsir göstərdi. Lizan hesab edir ki, Rusiya bazarı itirilərkən alternativ bazarlar hələ formalaşmayıb və nəticədə zərbəni ilk növbədə fermerlər, balıqçılar və kiçik sahibkarlar alırlar. Onun fikrincə, hökumət geosiyasi prioritetləri dəyişsə də, iqtisadi riskləri düzgün hesablamayıb və bunun nəticəsində kənd təsərrüfatı sektoru ciddi böhranla üzləşib. Nəticədə Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsinin 21,5 faiz azaldığı bildirilir. Bu fonda Avropa İttifaqı Ermənistan mallarının böyük hissəsinə tətbiq olunan gömrük rüsumlarının ləğvi imkanlarını müzakirə edir, ABŞ bazarına çıxış məsələsi də gündəmdədir. Lakin istehsalçılar hesab edirlər ki, bu perspektivlər qısamüddətli dövrdə itirilmiş Rusiya bazarını əvəz edə bilməz.

Ekspert həmçinin qeyd edir ki, Paşinyan hökuməti hazırda yaranmış vəziyyəti Rusiyanın siyasi təzyiqi kimi təqdim etməyə çalışacaq. Ancaq Lizanın qənaətincə, bu izah fermerləri qane etmir. Çünki onların əsas problemi geosiyasət deyil, satılmayan məhsul, artan borclar və gündən-günə böyüyən maliyyə itkiləridir.

Digər rusiyalı politoloq Nikolay Silayev isə məsələyə daha çox iqtisadi baxımdan yanaşır. Silayev bildirir ki, Avropa bazarına daxil olmaq üçün məhsulun keyfiyyət standartlarının uyğunlaşdırılması, yeni sertifikatların alınması, logistika marşrutlarının qurulması, marketinq strategiyasının hazırlanması və uzunmüddətli tərəfdaşlıq əlaqələrinin yaradılması lazımdır. Bu proses aylarla deyil, illərlə davam edir. Xüsusilə tez xarab olan pomidor, xiyar, balıq və digər kənd təsərrüfatı məhsulları üçün belə gecikmələr istehsalçılar üçün böyük maliyyə itkisi deməkdir. Silayev hesab edir ki, Ermənistanın ixracatçıları hazırda iki bazar arasında qalıb: ənənəvi Rusiya bazarı əvvəlki kimi açıq deyil, Qərb bazarları isə hələ Ermənistan məhsullarını qəbul etməyə hazır vəziyyətə gəlməyib.
Ekspertlərin ümumi qənaətinə görə, hazırda Ermənistanda baş verən fermer və balıqçı etirazları təkcə kənd təsərrüfatı sektorunda yaranmış böhranın deyil, həm də ölkənin geosiyasi seçimlərinin iqtisadi nəticələrinin ilk genişmiqyaslı sosial təzahürü kimi qiymətləndirilə bilər. Bu səbəbdən etirazların yaxın aylarda daha da genişlənməsi ehtimalı istisna edilmir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:178
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 22 İyul 2026 13:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see386

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see339

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see327

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see325

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see307

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see301

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see297

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see254

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see241

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see237

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see234

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see228

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see227

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see222

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see215

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see207

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see202

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see197

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see193

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri