Icma.az
close
up
RU
Ermənistanda hakimiyyətə etimadsızlıq çağırışı

Ermənistanda hakimiyyətə etimadsızlıq çağırışı

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Ölümə məhkum” cəhdi “siyasi oyunbazlıq” ssenarisidir

Ermənistanda müxaliflərin aktivləşməsi fonunda baş nazir Nikol Paşinyan hökumətinə etimadsızlıqla bağlı kampaniya tərəfdarlarının da səsləri eşidilməkdədir. Kampaniyanın təşəbbüskarı parlamentin “Şərəfim var” fraksiyası və onun rəhbəri Hayk Mamicanyandır. Əslində, indiyədək də məsələ gündəmə gəlib, amma əks cinah təmsilçilərinin istəkləri həyata keçməyib. Yazımızda bunun səbəbini açıqlamağa çalışacağıq.

Məlumat üçün deyək ki, Paşinyana və komandasına etimadsızlıq kampaniyası ilk dəfə 2021-ci ilin may-iyun aylarında aparılıb. Həmin vaxt “Vətənin qurtuluş hərəkatı” adlanan koalisiya yaradılmışdı ki, onun liderləri sırasında Vazgen Manukyan, Seyran Ohanyan və İşxan Saqatelyan yer alırdı. Məqsəd Nikol iqtidarının həmin ilin iyununda keçirilmiş növbədənkənar parlament seçkilərində iştirakına yol verməmək idi.

İkinci belə cəhdə birincidən düz bir il sonra baş vurulmuşdu. Bu dəfə parlamentin “Ermənistan” və “Şərəfim var” fraksiyaları ön planda idilər. Həmin vaxt müxaliflər impiçment üçün kifayət qədər deputat imzası toplamaq məqsədilə parlament binasında etiraz aksiyaları və blokadalar təşkil etdilər. Yekunda cəmi 35 deputat təşəbbüsə qoşuldu ki, bu sayın necə yarandığını vurğulayacağıq.

2023–2024-cü illərdə də hökumətə etimadsızlıq göstərilməsinə nail olmaq cəhdləri qeydə alınıb. Bu məqsədlə yenə İşxan Saqatelyan, Artur Vanesyan kimi fiqurlar, habelə indiki təşəbbüsün müəllifi H.Mamicanyan öndə olublar. Onlar bəyanatlarında etimadsızlıq səsverməsi üçün siyasi zəmin hazırlandığını vurğulamışdılar. Əlbəttə, o zəmini “görən” olmadı.

Hazırda “Şərəfim var” fraksiyası tərəfindən qaldırılmış etimadsızlıq təşəbbüsünün məqsədi də 2021-ci ildəki aksiyanın məqsədindən fərqlənmir. Mamicanyan bildirib ki, istəkləri Paşinyanın “Vətəndaş sazişi” Partiyasının 2026-cı ildə keçiriləcək parlament seçkilərində iştirakına yol verməməkdir. O, mövcud istiqamətdə hazırlıq işlərinin getdiyini bildirsə də, detalları açıqlamaqdan yayınıb. Yalnız onu deyib ki, indiki mərhələdə əsas diqqət prosesə müstəqil deputatların cəlb edilməsinə ayrılır. Təşəbbüsə dəstək verəcək şəxslərə gəldikdə, Mamicanyan ad çəkməyin hələ tez olduğunu bildirib: “Kim və necə prosesi dəstəkləyəcək, hamımız görəcəyik”.

Mamicanyanın fikirlərindən gəlinən nəticə onu deməyə əsas verir ki, “Şərəfim var” fraksiyasının başlıca məqsədi Paşinyanı devirməkdən sonra seçki keçirməkdir. Ancaq bu fikri Ermənistan parlamentində təmsil olunan bütün müxalif qüvvələrin dəstəklədiklərini söyləmək doğru sayılmaz. Məsələn, bir neçə gün öncə mətbuat konfransı düzənləyən ölkənin ikinci prezidenti Robert Koçaryan deyib ki, növbəti parlamentə “Vətəndaş müqaviləsi”, “Ermənistan” bloku və iş adamı, hazırda həbsdə yatan Samvel Karapetyanın rəhbərlik etdiyi qüvvə daxil olacaq. Parlamentdəki “Şərəfim var” fraksiyasında hərəkətverici qüvvə isə üçüncü prezident Serj Sarkisyanın “Respublika” Partiyasıdır. Deməli, Sarkisyanın istəyi Koçaryanın istəyi ilə üst-üstə düşmür. Ən başlıcası, ikinci birincini parlamentdə görmək istəmir. Ona görə də Mamicanyanın “əgər bu işdə bütün həmkarlarımız bizə kömək etsələr, yaxşı olardı” söyləməsinin heç bir əhəmiyyəti yoxdur. Çünki indidən köməyin olmayacağı bəllidir.

Qeyd edək ki, Mamicanyan impiçment təşəbbüsünün reallaşmasının zəruriliyini də əsaslandırıb. Onun sözlərinə görə, hazırkı iqtidar seçkilərədək imzalayacağı siyasi sazişlərlə Ermənistanı risklərə ata bilər, nəticədə ölkənin gələcəyi qeyri-müəyyənliyə sürüklənər. Yeri gəlmişkən, Ermənistanda hakimiyyətə ilk etimadsızlıq kampaniyası cəhdi Qarabağdakı rüsvayçı məğlubiyyətlə, ikincisi, Paşinyanın ölkəni qeyri-bərabər razılaşmalara sürükləməsi ilə əsaslandırılmışdı.

Maraqlıdır ki, Mamicanyan təmsil olunduğu müxalif cinahın hakimiyyətə gəlmək niyyətinin olmadığını da açıqlayıb. Hakimiyyətin getməsinə nail olmaq, amma hakimiyyətdə təmsil olunmamaq. Əlbəttə ki, məsələ şübhəlidir. Ümumən isə müxaliflərin impiçment təşəbbüsü yalnız siyasi təzyiq vasitəsidir. Onlar bu yolla erməni cəmiyyətində iqtidara qarşı ciddi antipatiya yaratmağa çalışırlar. Yəni çalışırlar ki, antipatiya fonunda həyata keçirəcəkləri nümayiş və mitinqlərə daha çox insan toplansın, izdiham qeydə alınsın. O qədər böyük izdiham ki, hakimiyyəti zorakılıqla devirmək üçün güc formalaşsın.

Ancaq müxaliflərin indiyədək reallaşdırdıqları küçə aksiyalarında da ciddi say nəzərə çarpmır. Səbəb budur ki, erməni xalqı daşnak cinayətkarlardan, Qarabağ canilərindən ibarət “ekslərin” hakim rol oynadıqları siyasi birləşmələrə inanmır. Onların müstəqil şəkildə parlamentdə təmsil oluna bilməmələri də fikrimizin sübutudur. Elə “Şərəfim var” fraksiyasını götürək. Bu fraksiya S.Sarkisyanın Respublika Partiyası ilə Ermənistan Dövlət Təhlükəsizliyi Xidmətinin sabiq rəisi Artur Vanesyanın Vətən partiyasının, bir növ, sintezidir.

Koçaryanın “Ermənistan” (“Hayastan”) partiyası 2021-ci il seçkilərində parlamentə düşmək üçün “Daşnaksütyun” partiyası və kiçik mühafizəkar siyasi qurum olan Dirçəlişlə ittifaqa girmiş, “Ermənistan” fraksiyası formalaşdırmışdı. Hazırda sabiq müdafiə naziri Seyran Ohanyanın rəhbərlik etdiyi bu fraksiya erməni Milli Assambleyasında 29 mandat yerinə sahibdir. “Şərəfim var” fraksiyası isə ali qanunverici orqanda cəmi 6 deputat yeri ilə təmsil olunmaqdadır.

Sonda qeyd edək ki, Ermənistan konstitusiyasına görə, hökumətə etimadsızlıq səsverməsi yalnız parlament çoxluğunun - ən azı 54 deputatın dəstəyi ilə həyata keçirilə bilər. Hazırda hakim “Vətəndaş sazişi” partiyası parlamentdə 107 yerdən 71-nə sahibdir. Belə demək mümkünsə, blokçu müxalifətin müstəqil deputatları ələ almasına gəlincə, ötən impiçmentə cəhd təcrübəsi göstərir ki, onlardan heç biri etimadsızlıq məsələsinə dəstək verməmişdi. Heç şübhəsiz, indi Mamicanyan fikrindən daşınmasa, say iki fraksiyanın ümumi 35 deputat sayını keçməyəcək, yaxud vəziyyət çox az dəyişəcək. Deməli, Paşinyanı və komandasını impiçmentlə hakimiyyətdən uzaqlaşdırmaq mümkünsüzdür. Seçkidə onun rəhbərlik etdiyi qüvvəni məğlubiyyətə uğratmaq da müşkil görünür. Ermənistanda belə bir qüvvə nəzərə çarpmır.

Ə.RÜSTƏMOV
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:212
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 10 Oktyabr 2025 11:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see417

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see410

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see284

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see268

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see257

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see250

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see247

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see244

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see242

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see226

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see215

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see211

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see210

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see208

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see205

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see203

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see202

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see199

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see199

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri