Icma.az
close
up
RU
Paşinyanın Aİ missiyası açıqlaması sülh dövründə tam məntiqsizdir ŞƏRH

Paşinyanın Aİ missiyası açıqlaması sülh dövründə tam məntiqsizdir ŞƏRH

Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.

Ermənistan Baş naziri Nikol Paşinyan deyib ki, Ermənistan və Azərbaycan arasında münasibətlərin qurulmasına dair saziş imzalanana qədər Avropa İttifaqının mülki missiyasının fəaliyyətində mahiyyətcə heç bir dəyişiklik baş verməyəcək. Baş nazir qeyd edib ki, Avropa İttifaqının müşahidə missiyası hazırkı mandat çərçivəsində fəaliyyətini davam etdirəcək:

"Avropa İttifaqı monitorinq qrupunun fəaliyyətində, ən azı, sülh sazişinin imzalanmasına və Ermənistanla Azərbaycan arasında dövlətlərarası münasibətlərin qurulmasına qədər heç bir ciddi dəyişiklik gözlənilmir. Saziş imzalandıqdan və ratifikasiya edildikdən sonra, əlbəttə, onun fəaliyyət formatında müəyyən dəyişikliklər ola bilər və olacaq da. Bu mövzuda Avropa İttifaqı ilə tərəfdaşlıq müzakirələri aparmışıq".

Siyasi şərhçi Həsrət Rüstəmov Sherg.az-a bildirib ki, N.Paşinyanın Aİ müşahidə missiyasının fəaliyyətini davam etdirəcəyi ilə bağlı bəyanatı iki ölkə arasında sülhlə bağlı çox ciddi addımların atıldığı hazırkı dövr üçün çox məntiqsiz görünür. Analitik vurğulayıb ki, həmçinin, bu addım onun son vaxtlar verdiyi sülh bəyanatlarına uyğun gəlmir:

"Görünür, Avropa İttifaqı, əsasən də Fransa ilə münasibətlərə xələl gəlməsindən çəkinir. Çox böyük ehtimalla bu missiya ilə bağlı Ermənistan hökuməti Aİ ilə diplomatik müzakirələr apardıqdan sonra baş nazir bu cür açıqlama verib. Aydındır ki, Aİ missiyası Ermənistandan çox Fransa və Aİ-yə lazımdır. Bu gün Ermənistanda rus və ABŞ hərbi kontingenti var və bu, onların bölgədəki maraqlarının təmin olunmasına xidmət edir. Avropa İttifaqının da mülki missiyası bölgədəki geosiyasi oyunlarda “biz də burda varıq” təəssüratı yaratmaq üçündür. Yəni bu həm də təktərəfli olaraq rəsmi Yerevan tərəfindən həll olunmayan bir məsələdir. İstənilən halda bu mülki missiyanın mövcudluğu bizə sülh prosesini davam etdirməyə mane olmur. Ona görə də narahat olmağımıza məncə lüzum yoxdur. Amma bölgədə sülh əldə olunduqdan sonra həm yad hərbi kontingent, həm də Aİ missiyası kimi yarımhərbi missiya Ermənistanı tərk etməlidir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://sherg.az
archiveBu xəbər 15 Noyabr 2025 09:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see352

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see238

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see221

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see192

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see189

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see178

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see171

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see170

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see166

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see157

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see156

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see153

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see153

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see151

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see150

Dünyanın ən yaxşı hücumçusu bilindi

29 Dekabr 2025 02:22see141

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see138

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see133

Kamavinqanın 2026 planı “Real” üçün əsas prioritetdir

29 Dekabr 2025 02:36see132

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri