Icma.az
close
up
RU
Paşinyanın alternativ dəmiryol layihəsi: Bakının tələbi odur ki...

Paşinyanın alternativ dəmiryol layihəsi: Bakının tələbi odur ki...

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

Ermənistanın baş naziri Nikol Paşinyan Zəngəzur dəhlizinə alternativ dəmiryol xəttini yenidən gündəmə gətirib.

Bakıvaxtı.az-ın məlumatına görə, Baş nazir vurğulayıb ki, söhbət Ermənistanla Azərbaycan arasında dəmir yolu nəqliyyatından, yəni Azərbaycanın qərbindən Naxçıvana və Ermənistandan Ermənistana - Arazdəyəndən Mehriyə qədər olan əlaqədən gedir:

"Həm də hər iki ölkə beynəlxalq yükdaşımalar üçün bir-birinin ərazisindən keçən dəmir yollarından istifadə etmək imkanı əldə edəcək".

O həmçinin qeyd edib ki, Ermənistan Azərbaycanla dəmir yolunun istismar şərtlərini daha da sadələşdirməyə hazırdır:

“Mən tez-tez təhlil edir və düşünürəm ki, Azərbaycan niyə bizim təklifimizə mənfi reaksiya verməlidir. Və obyektiv təhlil göstərir ki, imtina üçün heç bir əsas yoxdur”.

Müharibə ehtimalı ilə bağlı sualı cavablandıran baş nazir regionda belə bir təhlükənin olmadığını bildirib:

“Mən belə dəyərləndirirəm ki, regionda müharibə və ya eskalasiya üçün nə səbəb, nə şərt, nə də əsas var”.

Deputat Naqif Həmzəyev Bakıvaxtı.az-a açıqlamasında deyib ki, Paşinyanın dəmiryolu layihəsi Azərbaycanın maraqlarına xidmət etmir.

Onun sözlərinə görə, Azərbaycan üçün önəmli olan məsələ Zəngəzur dəhlizinin işə düşməsidir:

"Yəni Azərbaycanın qərb ərazisindən maneəsiz olaraq Naxçıvana yol açılsın. Bu, Azərbaycanın bir ərazisindən digər bölgəsində gediş-gəliş deməkdir. Paşinyanın irəli sürdüyü "birgə yüşdaşımalarla bağlı dəmiryolu" layihəsi tamam başqadır və Zəngəzur dəhlizini manipulyasiya etmək cəhdidir. Paşinyan faktiki olaraq Azərbaycan dəmiryolları vasitəsi ilə beynəlxalq yükdaşımalara qoşulmaq istədiklərini deyir. Bunlar fərqli məsələlərdir. Bakı tələbi odur ki, tarixi Zəngəzur bölgəsindən Naxçıvana maneəsiz, heç bir yoxlama proseduru olmadan gediş-gəliş təmin olunsun. Onsuz da Azərbaycanla İran arasında nəzarətlə təmin edilən yollarımız var və faəliyyət göstərir. Bizə üçüncü ölkənin nəzarəti olmadan gediş-gəliş imkanı lazımdır. Bu tələbimiz reallaşandan sonra ikinci dəmiryol xətti layihəsi işə düşə bilər ki, ondan da region dövlətləri istifadə etsinlər. Ancaq bu, sonrakı mərhələnin müzakirələridir".

Naqif Həmzəyev: Ermənilər özləri də təhlükəsizlik nəzarət mexanizminə hazır deyillər

Həmsöhbətimiz vurğulayıb ki, Nikol Paşinyanın diqqətinə dəfələrlə çatdırılıb ki, onun layihəsi real deyil:

"Zəngəzur dəhlizi işə düşməmiş digər formatlı kommunikasiyaların açılması ilə bağlı müzakirələr yersizdir. Bizim məqsədimiz nəzarət mexanizmi olmadan, sovetlər dövründə də olmuş həmin əlaqəni bərpa etməkdir. Hətta elə format tətbiq etmək olar ki, dəhlizdə heç bir erməninin üzünü görməyək və hansısa təhlükə ilə üzləşməyək”.

“Ermənistan tərəfi bu gün İran vətəndaşı olan azərbaycanlı TIR sürücülərinə belə keçid məntəqələrində təzyiq göstərirlər. Yəni ermənilər özləri də təhlükəsizlik nəzarət mexanizminə hazır deyillər", - deyə Naqif Həmzəyev əlavə edib.

Aydın Baxış

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 28 Fevral 2025 14:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see236

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see234

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see194

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see189

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see183

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see177

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see171

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see163

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see159

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see150

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see149

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see146

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see144

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see143

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see141

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see136

Mədəniyyət Nazirliyində “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib

14 Yanvar 2026 18:51see134

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see129

Bu ərazilərdə mədəni irsə dəyən zərərlə bağlı tədbirlər planı hazırlanacaq

15 Yanvar 2026 00:29see129

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri