Icma.az
close
up
RU
Paşinyanın siyasi taleyi Bakının əlindədir

Paşinyanın siyasi taleyi Bakının əlindədir

Olke.az saytına istinadən Icma.az xəbər verir.

“Bu gün Cənubi Qafqazda sülhün memarı və təminatçısı rolunda çıxış edən Azərbaycanın əsas missiyası bölgəni sabitlik adasına çevirmək üçün sıx əməkdaşlıq münasibətlərinin formatlarının yarandığı və təhlükəsizliyin etibarlı şəkildə təmin edilməsinə nail olmaqdır. Cənab Prezident İlham Əliyevin yürütdüyü siyasətin ana xəttini də bu təşkil edir. Bölgədə reallaşdırılan bağlantı layihələri və onların şaxələndirilməsi də məhz buna xidmət edir”.

Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə Mübarizə Komitəsinin sədri Arzu Nağıyev deyib.

Onun sözlərinə görə, müasir dövrdə beynəlxalq nəqliyyat dəhlizləri və digər bağlantı əlaqələri təkcə ölkələrin sosial-iqtisadi inkişafına deyil, həm də təhlükəsizliyinin etibarlı şəkildə təmin olunmasına xidmət edir. “Bunu nəzərə alan Azərbaycan Cənubi Qafqazda reallaşan beynəlxalq və regional xarakterli bağlantı layihələrini şaxələndirməklə bütövlükdə bölgənin etibarlı şəkildə təhlükəsizliyinin təmin olunmasına çalışır. Zəngəzur dəhlizi və TRİP marşrutu da məhz bölgədə dayanıqlı sülhün, sabitliyin, inkişafın təmin olunmasına, daha geniş formatda sıx əməkdaşlıq münasibətlərinin formalaşması ilə bərabər regional təhlükəsizliyə öz töhfəsini verir”, - o qeyd edib.

Komitə sədri əlavə edib ki, bu məsələ 8 avqust 2025-ci ildə Vaşinqtonda imzalanan sülh sənədlərində də öz əksini tapıb: “Lakin çox təəssüflə qeyd etmək lazımdır ki, Ermənistan tərəfi hər zaman olduğu kimi yenə də imza atdığı sənədlərin reallaşmasına və bölgədə dayanıqlı sülhün əldə olunmasına əngəllər yaratdığına şahidlik edirik. Ermənistanın baş naziri Nikol Paşinyanın ermənilərə xas olaraq istər BMT tribunasından, istərsə də ondan sonra yekun sülhün əldə olunmasına xələl gətirən bəyanatlar verməsinin şahidi oluruq. Amma Ermənistan tərəfi unutmamalıdır ki, bu cür destruktiv hərəkətlər ancaq onların özlərini daha da çıxılmaz dalana dirəyəcək. Ümumiyyətlə, rəsmi İrəvan və ermənilər anlamalıdırlar ki, Ermənistanda istər siyasi, istərsə də bu dövlətin gələcəyi ilə bağlı prosesləri böyük güclər deyil, Bakı diktə edir. Artıq o mərhələ keçib. Ona görə də Paşinyan və onun komandasına tövsiyəm ondan ibarətdir ki, bu cür sərsəm fikirlərdən nə qədər uzaq dursalar, bir o qədər yaxşı olar. Onlar belə sərsəm, cəfəng fikirlər səsləndirməkdənsə, yekun sülhlə bağlı üzərlərinə götürdükləri öhdəlikləri nə qədər tez icra edib Zəngəzur dəhlizini açsalar, bir o qədər yaxşı olar. Əks halda hər zaman olduğu kimi bunun acı aqibətini yaşamalı olacaqlar.

Digər bir məqamı da xatırlatmaq istərdim ki, nəinki Nikol Paşinyan və onun komandasının, hətta bundan sonra hakimiyyətə gəlmək istəyən siyasi qüvvələrin də siyasi taleyi Bakının mövqeyindən asılıdır və asılı da olacaq. Çünki Cənubi Qafqazda sülhün memarı və təminatçısı rolunda çıxış edən Azərbaycan bölgədə gərginliyə və təhlükəsizliyi pozacaq hər hansı hərəkətə və cəhdə imkan verməyəcək. Buna cəhd edənləri isə çox ağır bədəl gözləyir”.

Mürtəza

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:174
embedMənbə:https://olke.az
archiveBu xəbər 01 Oktyabr 2025 17:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see321

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see271

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see228

Sensasion kəşf: Qalaktikamızın ən təhlükəli yerində su tapıldı

24 Sentyabr 2026 00:23see224

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see221

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see219

Bu heyətlə çempionluq Ay qədər uzaqdır “Yunayted”in əfsanəsi

24 Sentyabr 2026 00:33see218

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see215

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see214

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see211

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see202

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see199

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see193

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see192

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see182

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see180

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see179

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see178

Yeni yaranan planet aşkarlandı

23 Sentyabr 2026 22:47see169

Sumqayıtda ağır qəza: Chevrolet ağaca çırpıldı

24 Sentyabr 2026 00:33see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri