Icma.az
close
up
RU
Paşinyanın konstitusiya açıqlamasında Türkiyə amili Bakının tələbi...

Paşinyanın konstitusiya açıqlamasında Türkiyə amili Bakının tələbi...

GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Xəbər verdiyimiz kimi, Ermənistanın Baş naziri Nikol Paşinyan, nəhayət, yeni konstitusiyasının qəbul edilməsinin lazım olduğunu bildirib. Azərbaycanın əsas tələbinin həqiqətən yerinə yetirilib-yetirilməyəcəyi isə sual doğurur.

Məlumdur ki, Ermənistan rəhbərliyi Azərbaycanın öz əraziləri üzərində suverenliyini bərpa etdiyi andan etibarən sülh müqaviləsinin imzalanması ilə bağlı “müsbət” fikirlər səsləndirsə də, əməldə illərdir, mühüm addım atımaqdan yayınır.

Ermənistanın silahlanması fonunda yalnız konstitusiya dəyişikliyinin olması sülh müqaviləsinin imzalanması üçün kifayət edirmi?

Globalinfo.az-a danışan politoloq Zaur İbrahimli deyib ki, Ermənistan Baş nazirinin açıqlamaları rəsmi İrəvanın yeni konstitusiyanın qəbulu ilə bağlı hazırlıqları davam etdirdiyini göstərir:

“Bu məsələyə bir müddət əvvəl ara verilmişdi. Hazırda yenidən başlanmılmasının əsas səbəbi isə Ermənistanın üzləşdiyi yeni geosiyasi çağırışlardır. ABŞ-da Co Bayden administrasiyasının hakimiyyətdən getməsi rəsmi İrəvanı əsas geosiyasi dəstəkdən məhrum edib. Hazırda Fransa Prezidenti Emmanuel Makronun da mövqeləri güclü deyil. Hər iki əsas müttəfiqin Ermənistana əvvəlki dəstəyi verə bilməməsi, Paşinyanı indidən gələcək riskləri önləmək üçün addımlar atmağa məcbur edir. Bunlardan biri də Azərbaycanla yenidən sülh danışıqlarını intensivləşdirmək, irəli sürdüyümüz sülh gündəliyini nəzərdən keçirməkdir. Rəsmi Bakının əsas şərtlərindən biri Ermənistan konstitusiyasında ərazi iddialarına son qoyulması, rəsmi İrəvanın növbəti dəfə aqressiv xarici siyasət yürütməyəcəyinə, Azərbaycana qarşı hərbi təhdidlər formalaşdırmayacağına dair hüquqi zəmanətlərin verilməsidir. Nikol Paşinyan rəsmi Bakı ilə ikitərəfli münasibətləri formalaşdıraraq Türkiyə ilə əlaqələrin bərpasına və sərhədlərin açılmasına nail olmağa səy göstərəcək”.

Politoloqun sözlərinə görə, Rusiyanın mövqelərinin güclənməsi, əvvəlki təsir imkanlarını geri qaytarması Nikol Paşinyanın narahatlığına səbəb olur:

Zaur İbrahimli

“Paşinyan yaranan riskləri aradan qaldırmaq üçün Türkiyə ilə münasibətləri normallaşdırmaqda maraqlıdır. Bununla da NATO ölkələri və Qərblə əlaqələri genişləndirməyi hədəfləyir. Bütün bunların baş verməsi üçün də Ermənistanda konstitusiya dəyişikliyi olmalıdır. Çünki burada Azərbaycanla yanaşı Türkiyəyə qarşı da ərazi iddiaları mövcuddur. Tez bir zamanda Ermənistanda konstitusiya dəyişkliyinin olacağını da söyləmək doğru deyil. Təcrübə göstərir ki, Nikol Paşinyan müsbət fikirlər səsləndirsə də əməldə onun icrası hər zaman ləngiyir.
Digər tərəfdən istisna edilməməlidir ki, Nikol Paşinyan yeni konstitusiyada öz səlahiyyət imkanlarını daha da artıra bilər”.

Zaur İbrahimli vurğulayır ki, Azərbaycanın şərtlərinin nəzərə alınması fonunda Ermənistanda konstitusiya dəyişikliyi olarsa, bu sülh gündəliyinin icrası istiqamətində atılan mühüm addım olacaq:

“Diqqətçəkən məqamlardan biri də Ermənistanın müdafiə ilə yanaşı hücum silahları almasıdır. Bu revanşist siyasətə zəmin yaratmaq kimi qiymətləndirilməlidir. Azərbaycan buna qəti şəkildə qarşı çıxır. Ermənistan konstitusiya dəyişikliyinə gedəcəksə, sözügedən istiqamətlərdə də addımlar atmalı, iki proses paralel aparılmalıdır. Yalnız bundan sonra Nikol Paşinyanın sülh gündəliyinə sadiq qaldığını söyləmək olar. Hələlik silahlanma ilə bağlı Ermənistandan rəsmi məlumat eşitməmişik. Yalnız konstitusiya dəyişikliyi ilə sülh müqaviləsinin imzalanacağını söyləmək doğru deyil. Çünki Azərbaycan sülhün əldə olunmasına kompleks yanaşma ortaya qoyub. Bunun əsas məqsədi isə dinc birgəyaşayışı təmin edən hüquqi zəmin yaratmaqdır”.

Safura Bənnayeva
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 21 Fevral 2025 18:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see302

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see241

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see221

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see219

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see192

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see191

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see174

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see174

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see166

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see157

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see156

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see156

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see155

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see155

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see153

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see149

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see148

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see147

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri